Məhkəmə qərarları › İş №2(037)-423/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-423/2023

28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-423/2023 28.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1,Ərizəçi2 və Ərizəçi3 İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 28 aprel 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN- 631 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-631 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər mərhum anası X6, bacısı Ərizəçi2 və qardaşı Ərizəçi1 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər ərizəçilər bacısı Ərizəçi2 və qardaşı Ərizəçi1 ata adları “Əlişir” olmasına baxmayaraq JN-631 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında texniki səhv olaraq ata adları qeyd olunmayaraq “Ərizəçi2”, “Ərizəçi1” və “Ərizəçi3” kimi yazılmışdır.Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək,Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir.Dövlət Aktında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-631 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 ifadə verərək göstərdi ki, ərizəçilər övladlarıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-631 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum arvadı Gülarə Məcidovanın və övladları Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 birgə mülkiyyətlərinə verilmişdir. Qeyd edilən dövlət aktında övladları Ərizəçi2,Ərizəçi1 və Ərizəçi3 ata adları texniki səhv olaraq qeyd olunmamışdır. Məhkəmə ərizəçilərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ №284809 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022ci ilin 11 ayının 16 günündə 470 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Səyyar Asan 10 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE №******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü il tarixdə İsmayıllı şəhərində anadan olmuş Məcidov X7 şəhəri, M.F.Axundov küçəsi ev 34A, mənzil 12-də qeydiyyatdadır. İş materiallarında olan Səyyar-Asan 10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş Məcidov X4 şəhəri, X15 pr-ti 34-A, ev 12-də qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1981-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş Məcidova X5 şəhəri, X15 pr-ti 34-A, ev 12-də qeydiyyatdadır. İş materiallarında olan JN-631 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayon İsmayıllı kənd sakinləri X6,Ərizəçi2,Ərizəçi1 və Ərizəçi3 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktı 11281 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir,yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X13 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər Dövlət Aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-631 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 birgə mülkiyyətlərinə verilmişdir. Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 ata adları “Əlişir” olmasına baxmayaraq JN-631 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında texniki səhv olaraq ata adları qeyd olunmayaraq “Ərizəçi2”, “Ərizəçi1” və “Ərizəçi3” kimi yazılmışdır. X9 bu yanlışlıqlar ərizəçilərin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN- 631 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6, Ərizəçi2 (ərizəçi), Ərizəçi1 (ərizəçi) və Ərizəçi3 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-631 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 ata adlarının qeyd edilməməsinin düzgün olmaması və həmin sənədin X3 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş,xx.xx.2022-ci il tarixli, AZ-İİ №284809 nömrəli ölüm haqqında şəhadətnamə),Ərizəçi3 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli,AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, Ərizəçi1 tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227,233,307-308,311,360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-631 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6, Ərizəçi2 (ərizəçi), Ərizəçi1 (ərizəçi) və Ərizəçi3 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-631 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 ata adlarının qeyd edilməməsinin düzgün olmaması və həmin sənədin X3 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AZ-İİ №284809 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi3 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (Səyyar- Asan 10 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi1 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar