Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-428/2025 02.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Xanadanova Nüybər Səı̇ d qızı, Abbasova Elmı̇ ra Bayram qızı,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı həyətyanı torpaq sahəsinin naturada real bölünməsi və payın ayrılıb verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Aqrar İslahat komissiyasının 26 yanvar 1998-ci il tarixli 40 saylı qərarına uyğun olaraq verilmiş JN-069F KOD 40705048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İsmayıllı rayon Qalacıq kəndi ərazisində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsindən onun payına çatan hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi arvadı X4 məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək cavabdehlər Xanadanova Nüybər Səı̇ d qızı, Abbasova Elmı̇ ra Bayram qızı,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı irəli sürülmüş iddia tələbinin baxılmamış saxlanılması, iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi oğlu X5 məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Cavabdehlər Abbasova Elmı̇ ra Bayram qızı,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlmədiklərindən onların iddiaçının nümayəndəsinin ərizəsinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə İddiaçı nümayəndəsi X2 və cavabdeh X1 nümayəndəsi X3 ərizələrini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh X1 nümayəndəsi X3 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Xanadanova Nüybər Səı̇ d qızı, Abbasova Elmı̇ ra Bayram qızı,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı həyətyanı torpaq sahəsinin naturada real bölünməsi və payın ayrılıb verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-428/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-428/2025
02.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver