Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-429/2023 07.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə 07 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qardaşı X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, qardaşı Tağı Tağıyev İ Qarabağ müharibəsi zamanı aldığı xəsarətdən sonra psixi xəstəliyə tutulmuşdur. Uzun illərdir müalicə olunsa da sağlamlığında heç bir irəliləyiş olmamışdır. Bütün müalicələr nəticəsiz qalmışdır. Qardaşı ailə qursa da həyat yoldaşından ayrılmış və onun himayəsində yaşayır. Tağıya bütün qulluğu o və ailəsi göstərir. Tağı İİ qrup əlildir və İsmayıllı rayon X2 Poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində “F20.0 Paranoid şizoferiniya ruhi sferanın qüsuru ilə” diaqnozu ilə qeydiyyatdadır. Onun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Müraciətinə əsasən Şəki şəhərində yerləşən dispanserdə müalicə almışdır. Tağının kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən qardaşı Tağı Tağıyevin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X16 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 izahat verərək göstərdi ki, X10 barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. AZ-İİİ 824005 nömrəli doğum haqqında şəhadətnamənin və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1979-cu il tarixdə İsmayıllı rayonun Ərəgit kəndində doğulmuş, İsmayıllı rayonun Ərəgit kəndində yaşayan şəxs Ərizəçidur. X1 və X5r. AZ-T 047019 nömrəli doğum haqqında şəhadətnamənin və AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 04 iyul 1971-ci il tarixdə İsmayıllı rayonun Ərəgit kəndində doğulmuş, İsmayıllı rayonun Ərəgit kəndində yaşayan şəxs X13r. X1 və X5r. AZ-İ 100448 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 və X14 arasında olan nikah ləğv edilmiş, kişiyə Tağıyev, qadına Abbasova soyadı verilmişdir. X15 məxsus ******* nömrəli ambulator tibbi kitabçanın və çıxarışların surətlərindən görünür ki, X16 15 fevral 2006-cı il tarixdən başlayaraq İsmayıllı rayon X2 Poliklinika şöbəsində qeydiyyata alınmış və müxtəlif vaxtlarda səhhəti ilə bağlı müayinələrdən keçmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Tağıyev Tağı Oqtay oğlunun sağlamlıq vəziyyəti 27 sentyabr 2021-ci il tarixdə qiymətləndirilərək, ona paranoid şizofreniya, Şizofreniya paranoid forma, ağırlaşma F20.0 Paranoid şizofreniya, şizofreniya paranoid forma, fasiləsiz gedişli və qüsur əlamətləri ilə diaqnozu qoyulmuş, əmək qabiliyyətli olmaması müəyyən olunmuş, müddətsiz ikinci qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən 23 fevral 2023-cü il tarixdə verilmiş PHŞ-6-47/3- 645/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Lahıc qəsəbəsində yaşayan 04 iyul 1971-ci il təvəllüdlü X3 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində 15 fevral 2006-cı il tarixdən “F20.0 Paranoid şizofreniya ruhi sferanın qüsuru ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. İsmayıllı rayon İHB-nın Lahıc qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli 88 nömrəli arayışdan görünür ki, Lahıc qəsəbə İƏD-nin Ərəgit kənd sakini X16 İİ qrup əlil əsəb xəstəsidir və İsmayıllı rayonun Ərəgit kəndində qardaşı Ərizəçi himayəsində yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 19 aprel 2023-cü il tarixli 1087 nömrəli rəyindən görünür ki, X11 “şizofreniya paranoid forma şəxsiyyətin qüsur əlamətləri ilə (F20.0) xroniki ruhi xəstəlik müəyyən edilir. Buna anamnestik məlumatlar, tibbi sənədlər və hal-hazırkı müayinənin nəticələri - uzun müddətdir psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, Şəki Rayon Psixiatriya Xəstəxanasında, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında "Şizofreniya paranoid forma" diaqnozu stasionar müalicədə olması, İsmayıllı Rayon Mərkəzi Xəstexanası “PH$-nin ruhi-əsəb kabinetində xx.xx.2006-cı il tarixdən “Paranoid şizofreniya ruhi sferasının qüsuru ilə” diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar lİ qrup əlil hesab edilməsi və s. təsdiq edir. Qeyd olunmalıdır ki, X11 xəstəliyinin uzun müddət davam etməsi, psixi vəziyyətinin dəfələrlə kəskinləşməsi, onda şizofreniya əlamətləri ilə keçən psixotik vəziyyətlərinin dəfələrlə təkrarlanması, şəxsiyyətin qüsurunun formalaşması, həmçinin onun psixi vəziyyətinin xronik hala keçərək onu əmək qabiliyyətsiz etməsi belə qənaətə gəlməyə əsas verir ki, X16 həmin xəstəliyin nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Təqdim olunmuş tibbi sənədlərə əsasən Tağıyev Tağı llyas oğlunda “șizofreniya paranoid forma şəxsiyyətin qüsur əlamətləri ilə” diaqnozu qeyd olunduğundan belə ehtimal etmək olar ki, o, ünsiyyətə adekvat daxil olmaq, verilən suallara düzgün cavab vermək qabillyyətinə malik deyil. Bu səbəbdən X10 məhkəmə iclasında iştirakı məqsədə müvafiq deyil. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X16 04 iyul 1971-ci il tarixdə İsmayıllı rayonun Ərəgit kəndində anadan olmuşdur. X19 M.R.X-nın X4 “Ruhiəsəb” kabinetində 15 fevral 2006-cı il tarixdən “F20.0 Paranoid şizofreniya ruhi sferanın qüsuru ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X11 “şizofreniya paranoid forma şəxsiyyətin qüsur əlamətləri ilə (F20.0) xroniki ruhi xəstəlik müəyyən edilir. Buna anamnestik məlumatlar, tibbi sənədlər və hal-hazırkı müayinənin nəticələri - uzun müddətdir psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, Şəki Rayon Psixiatriya Xəstəxanasında, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında "Şizofreniya paranoid forma" diaqnozu stasionar müalicədə olması, İsmayıllı Rayon Mərkəzi Xəstexanası “PH$nin ruhi-əsəb kabinetində xx.xx.2006-cı il tarixdən “Paranoid şizofreniya ruhi sferasının qüsuru ilə” diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar lİ qrup əlil hesab edilməsi və s. təsdiq edir. Qeyd olunmalıdır ki, X11 xəstəliyinin uzun müddət davam etməsi, psixi vəziyyətinin dəfələrlə kəskinləşməsi, onda şizofreniya əlamətləri ilə keçən psixotik vəziyyətlərinin dəfələrlə təkrarlanması, şəxsiyyətin qüsurunun formalaşması, həmçinin onun psixi vəziyyətinin xronik hala keçərək onu əmək qabiliyyətsiz etməsi belə qənaətə gəlməyə əsas verir ki, X16 həmin xəstəliyin nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ərizəçi X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Tağı Tağıyevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X3 MRX-nın X4 “Ruhi-əsəb” kabinetində 15 fevral 2006-cı il tarixdən “F20.0 Paranoid şizofreniya ruhi sferanın qüsuru ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışa və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 rəyinə əsasən məhkəmə hesab edir ki, Tağı Tağıyev öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 iyul 1971-ci il tarixdə doğulmuş X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-429/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-429/2023
07.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver