Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-439/2022 06.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 06 may 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-035A kod 40710018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X18, X10, Cuvarova Rəvanə Məhəmməd qızına və ona, Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin oktyabr ayında verilmiş 74 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun X16 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 01 iyun 1998-ci il tarixli 47 saylı qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Qalagah kəndi ərazisində 0,26 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-035A Kod 40710018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun ata adı həmin vaxt “Məmməd” olmasına baxmayaraq səhvən “Məhəmməd”, atasının adı həmin vaxt “Mamed* olmasına baxmayaraq “Məhəmməd”, atasının ata adı həmin vaxt “İsa” olmasına baxmayaraq səhvən “İsə” kimi yazılmışdır. Bundan başqa qeyd etdiyi torpaq sahəsi üzərində atası fərdi yaşayış evi inşa etdirmişdir. Həmin fərdi yaşayış evinə dair Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin oktyabr ayında 74 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu hazırlanmışdır. Pasportda atasının adı Mamed əvəzinə Məmməd kimi qeyd olunmuşdur. Atası 19 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Bu hallar həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin və fərdi yaşayış evinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə şəhadətnamədə onun ata adında, atasının ad və ata adında, texniki pasportda atasının adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Qeyd olunan sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-035A Kod 40710018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə, Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin oktyabr ayında verilmiş 74 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun atası X16 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun oğludur. Aparılan torpaq islahatı zamanı ailə üzvləri ilə birgə mülkiyyətlərinə Qalagah kəndi ərazisindən torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair tərtib olunmuş sənəddə ərinin adı Mamed əvəzinə Məhəmməd, ata adı İsa əvəzinə İsə, oğlunun ata adı Məmməd əvəzinə Məhəmməd kimi yazılmışdır. Bundan başqa əri torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Həmin fərdi yaşayış evinə dair texniki pasportda da ərinin adı Mamed əvəzinə Məmməd kimi qeyd olunmuşdır. Göstərilən şəhadətnamənin ona, ərizəçiyə və ailə üzvlərinə, fərdi yaşayış evinin texniki pasportunun isə əri X16 məxsus olmasını təsdiq edir. X1 şahid X11 ilə eyni məzmunlu ifadə verərək JN-035A Kod 40710018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun atası X16 məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-035A Kod 40710018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçi X13 adı Məhəmməd, ata adı İsə, mülkiyyətçi Ərizəçi ata adı Məhəmməd kimi qeyd olunmuşdur. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, texniki pasportda mülkiyyətçinin soyad, ad və ata adı X8 yazılmışdır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 09 avqust 2005-ci il tarixli seriya AZE № 03661991 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 03 iyun 1954-cü il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda doğulmuş, İsmayıllı rayonun Qalagah kəndində yaşayan şəxs X9r. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 07 oktyabr 2013-cü il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda doğulmuş, İsmayıllı rayonun Qalagah kəndində yaşayan şəxs Ərizəçidur. İş materiallarında olan AA2402097 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 21 yanvar 1991-ci il tarixdə doğulmuş şəxs X5r. İş materiallarında olan İİ-СЛ 400242 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X12 arasında rəsmi nikah bağlanmış, ərə Cuvarov, arvada Cuvarova soyadı verilmişdir. İş materiallarında olan KV-ЖГ 440812 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X7 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. İş materiallarında olan Vİ- СЛ 342261 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçiyə Ərizəçi Mamed oğlu adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. İş materiallarında olan AZ-İİ 085718 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X18 19 iyun 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli **********18 nömrəli məktubdan görünür ki, ərizəçi JN-035A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X24 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-035A Kod 40710018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 01 iyun 1998-ci il tarixli 47 saylı qərarına əsasən İsmayıllı rayonu Qalagah kəndində yerləşən 0,26 ha torpaq sahəsi X14, X10, Ərizəçi Məhəmməd oğlu və X2 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-035A Kod 40710018 saylı şəhadətnamədə ərizəçinin ata adı həmin vaxt “Məmməd” olmasına baxmayaraq səhvən “Məhəmməd”, ərizəçinin atasının adı həmin vaxt “Mamed” olmasına baxmayaraq səhvən Məhəmməd”, ata adı həmin vaxt “İsa” olmasına baxmayaraq “İsə” kimi yazılmışdır. Eyni zamanda qeyd edilən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayaış evinə dair texniki pasportda da mülkiyyətçi X13 adı səhvən Məmməd kimi qeyd edilmişdir. Həmin şəhadətnamədə və texniki pasportda olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də İsmayıllı rayonu AİK-nın 01 iyun 1998-ci il tarixli 47 saylı qərarı əsasında İsmayıllı rayonu Qalagah kəndində yerləşən 0,26 ha torpaq sahəsinin X14, X10, Ərizəçi Məhəmməd oğlu və X2 birgə mülkiyyətinə verilməsi barədə JN-035A Kod 40710018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni X13 ata adının İsə, Ərizəçi ata adının Məhəmməd kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X18, X10, Ərizəçi və X4, Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin oktyabr ayında verilmiş 74 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun X16 məxsus olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu AİK-nın 01 iyun 1998-ci il tarixli 47 saylı qərarı əsasında İsmayıllı rayonu Qalagah kəndində yerləşən 0,26 ha torpaq sahəsinin X14, X10, Ərizəçi Məhəmməd oğlu və X2 birgə mülkiyyətinə verilməsi barədə JN-035A Kod 40710018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni X13 ata adının İsə, Ərizəçi ata adının Məhəmməd kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X18 (AZ-İİ seriyalı 085718 nömrəli ölüm haqqında şəhadətnamə), X10 (AZE 03661991 nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi (AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi) və X4 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin oktyabr ayında verilmiş 74 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun X16 (AZ-İİ seriyalı 085718 nömrəli ölüm haqqında şəhadətnamə) məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-439/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-439/2022
06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver