Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-440/2023 19.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1,Ərizəçi3 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizələri üzrə mülki işə 19 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 nömrəli qərarı ilə 8.98 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara və ailə üzvləri mərhum X10, Məmmədova (nikahdan sonra Osmanova) İlqarə Murad qızına,X17,X12, X33,Muradova (nikahdan sonra Mansırova) Səidə Novruz qızına və Muradova (nikahdan sonra Balamətova) Sona Novruz qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən JN-0097 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Ruşan kəndində yerləşən 8.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər X13, X21,X27, X22,X40,X23 və X14 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. X2 adı həmin vaxt “Gülara” olmasına baxmayaraq JN-0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Gülarə”, X7 həmin vaxt “Muradov” olmasına baxmayaraq JN-0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən soyadı “Məmmədov”,Muradova (nikahdan sonra Mansırova) Səidə Novruz qızının soyadı həmin vaxt “Muradova” olmasına baxmayaraq JN-0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən soyadı “Məmmədova” və Muradova (nikahdan sonra Balamətova) Sona Novruz qızının isə soyadı həmin vaxt “Muradova” olmasına baxmayaraq JN-0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən soyadı “Məmmədova” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn,qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması vəs.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək,Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur.Hesab edir ki,onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-0097 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçilər Ərizəçi3 və Ərizəçi2 məhkəmə iclasına gəlməmişlər,məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək şəxsiyyət vəsiqələri və digər sənədlərində qeyd edilmiş ad,soyad və ata adları ilə JN-0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş ad,soyad və ata adları arasındakı uyğunsuzluğun məhkəmə qaydasında aradan qaldırılmasına etiraz etmədiklərini bildirmişlər. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE №0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə İsmayıllı rayonu, Ruşan kəndində anadan olmuş Məmmədov X31 rayonu, Ruşan kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE № 14377950 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə Gürcüstan, Dmanisi rayonunda anadan olmuş X3 rayonu, Ruşan kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №17239279 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə İsmayıllı rayonu, Ruşan kəndində anadan olmuş Mansırova X19 rayonu, Ruşan kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş,xx.xx.2021-ci il tarixli, AA2176405 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1971-ci il tarixdə İsmayıllı rayonu, Ruşan kəndində anadan olmuş X5 rayonu, Ruşan kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE № 09574047 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə İsmayıllı rayonu,Sumağallı kəndində anadan olmuş X6 rayonu, Ruşan kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə İsmayıllı rayonu, Ruşan kəndində anadan olmuş Ərizəçi2 İsmayıllı rayon Ruşan kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA2941404 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə İsmayıllı rayonu, Ruşan kəndində anadan olmuş X8 rayon Ruşan kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Ruşan kənd icra Nümayəndəliyi tərəfindən verilmiş, 12 may 2020-ci il tarixli AZ-İİ №085574 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X15 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 02 ayının 17 günündə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-0097 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı ilə İsmayıllı rayon Ruşan kənd sakinləri X13, Ərizəçi1 (ərizəçi), X21,X27, X22,X40,X23 və X14 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Ruşan kəndi ərazisindən 8.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 5998 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan 28 noyabr 2013-cü il tarixli AZ-İ №898243 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X21 28 noyabr 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər, ərə Osmanov və arvada Osmanova soyadı verilmişdir,bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2013-cü ilin 11 ayının 28 günündə 357 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 10 aprel 2019-cu il tarixli AZ-İİ №931885 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X34 10 aprel 2019cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər, ərə Balamətov və arvada Balamətova soyadı verilmişdir,bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019-cu ilin 04 ayının 10 günündə 694 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 16 mart 2018-ci il tarixli AZ-İİ №258480 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X41 ilə X30 16 mart 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, ərə Mansırov və arvada Mansırova soyadı verilmişdir,bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin mart ayının 16 günündə 793 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X43, Ərizəçi3 və Ərizəçi2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X43,Ərizəçi3 və Ərizəçi2 məhkəməyə ərizə göndərərək şəxsiyyət vəsiqələri və digər sənədlərində qeyd edilmiş ad, soyad və ata adları ilə JN-0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş ad,soyad və ata adları arasındakı uyğunsuzluğun məhkəmə qaydasında aradan qaldırılmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir,yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X52 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X11 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Dövlət Aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən JN-0097 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İsmayıllı rayonu, Ruşan kəndində yerləşən 8.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13, Ərizəçi1 (ərizəçi),X21,X27, X22, X40, X23 və X14 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında ərizəçilərin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. X2 adı həmin vaxt “Gülara” olmasına baxmayaraq JN-0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən adı “Gülarə”, X7 həmin vaxt “Muradov” olmasına baxmayaraq JN- 0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən soyadı “Məmmədov”,Muradova (nikahdan sonra Mansırova) Səidə Novruz qızının soyadı həmin vaxt “Muradova” olmasına baxmayaraq JN-0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən soyadı “Məmmədova” və Muradova (nikahdan sonra Balamətova) Sona Novruz qızının isə soyadı həmin vaxt “Muradova” olmasına baxmayaraq JN-0097 KOD 40721018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən soyadı “Məmmədova” kimi yazılmışdır. X35 bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998ci il tarixli 44 saylı qərarına əsasən JN-0097 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Ruşan kəndində yerləşən 8.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13, Ərizəçi1 (ərizəçi), X21, X27, X22, X40,X23 və X14 mülkiyyətlərinə verilməsinə dair JN-0097 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 adının “Gülarə”, X4 “Məmmədov”, Muradova (nikahdan sonra Mansırova) Səidə Novruz qızının soyadının “Məmmədova” və Muradova (nikahdan sonra Balamətova) Sona Novruz qızının isə soyadının “Məmmədova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi), Məmmədova (nikahdan sonra Osmanova) İlqarə Murad qızına (Asan-Sumqayıt tərəfindən verilmiş,xx.xx.2021-ci il tarixli,AA2176405 saylı şəxsiyyət vəsiqəsi), X17 (İsmayıllı RPŞ tərəfindən verilmiş AZE №09574047 saylı şəxsiyyət vəsiqəsi), X12 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2014-cü il tarixli, AZE №14377950 saylı şəxsiyyət vəsiqəsi), Muradova (nikahdan sonra Mansırova) Səidə Novruz qızına (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №17239279 saylı şəxsiyyət vəsiqəsi), Muradova (nikahdan sonra Balamətova) Sona Novruz qızına (Asan 4 tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi), X33 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA2941404 saylı şəxsiyyət vəsiqəsi) və X10 (İsmayıllı rayon Ruşan kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2020-ci il tarixli, AZ-İİ №085574 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi1 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227,233,307-308,311,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən JN-0097 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Ruşan kəndində yerləşən 8.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13, Ərizəçi1 (ərizəçi), X21, X27, X22, X40,X23 və X14 mülkiyyətlərinə verilməsinə dair JN-0097 KOD 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 adının “Gülarə”, X4 “Məmmədov”, Muradova (nikahdan sonra Mansırova) Səidə Novruz qızının soyadının “Məmmədova” və Muradova (nikahdan sonra Balamətova) Sona Novruz qızının isə soyadının “Məmmədova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi), Məmmədova (nikahdan sonra Osmanova) İlqarə Murad qızına (Asan-Sumqayıt tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli,AA2176405 saylı şəxsiyyət vəsiqəsi),X17 (İsmayıllı RPŞ tərəfindən verilmiş AZE №09574047 saylı şəxsiyyət vəsiqəsi), X12 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2014-cü il tarixli, AZE №14377950 saylı şəxsiyyət vəsiqəsi), Muradova (nikahdan sonra Mansırova) Səidə Novruz qızına (Asan-Qəbələ tərəfindən verilmiş,xx.xx.2018-ci il tarixli,AZE №17239279 saylı şəxsiyyət vəsiqəsi), Muradova (nikahdan sonra Balamətova) Sona Novruz qızına (Asan 4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi), X33 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA2941404 saylı şəxsiyyət vəsiqəsi) və X10 (İsmayıllı rayon Ruşan kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2020-ci il tarixli, AZ-İİ №085574 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi1 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-440/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-440/2023
19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver