Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-445/2020 29.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı cavabdeh İsmayıllı Bələdiyyəsinə qarşı zəbt olunmuş torpaqdan çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İsmayıllı Bələdiyyəsinin icarəsində olan torpaq sahəsinə qanunsuz müdaxilə etməsi nəticəsində ona vurulmuş 10000 (on min) manat məbləğində maddi, 5000 (beş min) məbləğində mənəvi, ümumilikdə 15000 (on beş min) manat məbləğində ziyanın cavabdehdən alınaraq ona ödənilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə saat 10:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə baxışı iclası təxirə salınaraq xx xxxx 2020-ci il tarixə saat 15:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə yenidən rəsmi məlumat verilmişdir. Buna baxmayaraq İddiaçı qeyd olunan vaxtda da məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlmədiyinin səbəblərini bildirməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh İsmayıllı Bələdiyyəsinin nümayəndəsi Nümayəndə isə işin mahiyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdəməhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlmədiyinə və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyinə, cavabdehin nümayəndəsi isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh İsmayıllı Bələdiyyəsinə qarşı zəbt olunmuş torpaqdan çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-445/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-445/2020
29.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver