Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1075/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq оğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli2(039)-154/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hаkim Toğrul Əliyev) xx xxxxxx 2019-cu il tаrixli2(039)- 154/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasıqismən təmin edilərək, JN-107, kod 901Q-048 saylı Dövlət Aktına əsasən Yevlax rayon X1 xx xxxxxx 1998-ci il tarixli 27 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Yevlax rayonu Cırdaxan kəndi ərazisində 1.64 ha torpaq sahəsinin qətnaməyə əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində 0.91 ha sahəsinin müqabilində 18200 manatın, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 200 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manatın, ümumi 18430,40 (on səkkiz min dörd yüz otuz manat 40 qəpik) manatın cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-dən İddiaçı xeyrinə tutulması, JN-107, kod 901Q-048 saylı Dövlət Aktına əsasən Yevlax rayon X1 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Yevlax rayonu Cırdaxan kəndi ərazisində 1.64 ha torpaq sahəsinin qətnaməyə əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində 0.91 ha sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarına xitam verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İşin hаllаrı İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X10, onun mülkiyyətində olan Yevlax rayon X1 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə verilmiş, JN-107, Kod 901Q-048 saylı dövlət aktına əsasən 1.6 ha torpaq sahəsinin zəbt edilmiş 1.6 ha torpaq sahəsindən dərhal çıxarılması və həmin ərazinin əvvəlki vəziyyətinə qaytarılması, 2013-cü ildən hal-hazıra kimi 6 il ərzində onlara vurulmuş 22500 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayon X1 xx xxxxxx 1998-ci il tarixli 27 saylı qərarı ilə 1.64 ha torpaq sahəsi JN-107, Kod 90104048 saylı xx xxxx 2000-ci il tarixli 107 saylı qeydlə torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə pay torpağı olaraq mülkiyyətinə verilmişdir. Həmin pay torpağı verildiyi tarixdən 2013-cü ilədək tam istifadəsində olmaqla həmin torpaq sahəsindən şəxsi mülkiyyəti olaraq istifadə etmiş, ailəsinin tələbatını təmin etmişdir. Pay torpağı dövlət tərəfindən ona verilən mülkiyyəti olaraq onun yeganə iş və qazanc yeri olmaqla istifadə edilmişdir. Hazırkı iddia tələbinin əsası odur ki, 2012-ci ilin aprel ayından etibarən 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illər ərzində onların torpaq sahələrinin hamısı X15 tərəfindən hasarlanaraq, tam olaraq həmin torpaq sahəsi üzərində olan hüquqları məhdudlaşdırılaraq əllərindən alınmışdır. Nəticədə həmin ərazilər Azalın şəxsi əmlakı olaraq istifadə edilməklə, bu günə kimi qanuni torpaqları boşaldılaraq onlara verilməmişdir. Torpağı qanunsuz olaraq istifadə edilmiş və qazanc götürülmüşdür. Nəticədə o, hər il iş və qazancından məhrum olmaqla bərabər ağır maliyyə sarsıntısı keçirmişdir. Bundan sonra bütün işləri və fəaliyyəti dayanmış, son qazanc yeri əlindən alındığından, maliyyə vəziyyəti hədsiz dərəcədə korlanmışdır. O, dəfələrlə Azal rəhbərliyinə rəsmi müraciətlər etmiş, ona aid torpaq sahəsinin boşaldılmasını, qanuni mülkiyyətinin zəbt edilməsi ilə əlaqədar çoxsaylı dövlət orqanlarından kömək istəmişdir. Bu gün o, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci illərdə istifadə etdiyi hər il üçün hər hektardan real olaraq 1000 manat pul götürürdü. Həmin torpaq sahəsi tərəfindən yonca sahəsi olaraq istifadə edilirdi. Hal-hazırda da həmin torpaq sahəsi yonca sahəsidir. Hər hektardan ən azı 1000 ədəd yonca qəbul edir. 4 dəfə həmin ərazi biçilir. Hər dəfə orta hesabla ən azı 300-400 ədəd pres otu qəbul edilir. Ümumilikdə 1 il ərzində o, 1.6 ha torpaq sahəsindən ən azı 1500 ədəd pres ot əldə edirdi ki, həmin otun 1 presinin qiyməti minimum həddi 2 manat 50 qəpik olmaqla 3750 manat hər ay gəlirindən məhrum olmuşdur. Onun 1 ilinin real gəliri zəbt edilmiş torpağından 22500 manatdır. Üstəgəl mal-qaranı həmin torpaq sahəsində otarırmış. Əlavə olaraq kartof və bostan bitkiləri əkərək ailəni saxlayırmış. Hazırda cavabdeh torpaq sahəsini istismar edərək götürdüyü torpaq sahəsinin istismarı ilə bağlı ona 1 manat olsun belə heç bir ödəmə etmir. Qanunsuz zəbt etdiyi torpaq sahəsi isə boşaldılmır. Onlar 6 il ərzində real gəlirlərindən hər il 22500 manat olmaqla, 3750 x 6 il= 22500 edir ki, onlar həmin gəlirdən məhrum olmuşdur. O, bu məbləği cavabdehdən tələb edir. Çünki həmin yonca sahəsi hazır vəziyyətdə olarkən onun əlindən alınmışdır. Nəticə etibari ilə bu gün onlar maddi vəziyyətdən əziyyət çəkir. Ona görə də iddia tələbinin digər hissəsi tutulmuş torpaq sahəsinin dərhal boşaldılması və 6 il ərzində məhrum olduğu bu şirkətin qanunsuz hərəkətləri nəticəsində əllərindən çıxmış qazancının 22500 manat məbləğ, onlara dəyən ziyan ona qaytarılmalıdır. Bütün bunlarla bərabər iddiasında qəti və israrlıdır. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək cavabdeh tərəfindən zəbt etdiyi hissəyə dair kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin əvvəlki iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, həqiqətən cavabdeh tərəfindən istifadə edilən və onun mülkiyyətində olan torpaq sahəsinin müqabilində ona Cırdaxan Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmışdır və o, buna etiraz etməmiş və tərtib olunan aktı imzalamışdır. Lakin, həmin torpaq sahəsi yararsız olmuşdur. Bu müddət ərzində həmin torpaq sahəsindən hər hansı xeyir götürə bilməmişdir. Sonradan isə Cırdaxan Bələdiyyəsi həmin sərəncamı ləğv etmişdir. Bu səbəbdən cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinə görə ona kompensasiyanın ödənilməsi, 2013-cü ildən halhazıra kimi 6 il ərzində ona vurulmuş 22500 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X4 birinci instansiya məhkəməsininiclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, 2013-cü ildə Yevlax rayonunun ərazisində fəaliyyət göstərən hava limanında yenidənqurma işləri həyata keçirilməsi başlanılmışdır. Belə ki, uzunluğu 2400 m, eni 30 m olan uçuş enmə zolağının tikintisi ilə bağlı işlərin yerinə yetirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən X16 Hakimiyyətinə rəsmi müraciət edilərək hava limanına tələb olunan əlavə torpaq sahələrinin ayrılması ilə bağlı aidiyyəti sərəncam verilməsi xahiş olunmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə bildirilmişdir ki, orada yerləşən torpaq sahələrinin mülkiyyətçilərinə, o cümlədən İddiaçı başqa yerdə torpaq sahəsi ayrılacaq və onların torpaq sahələri mübahisəsiz qaydada hava limanının ərazisinə qatılacaqdır. Bu məqsədlə iddiaçıya məxsus torpaq sahəsinin əvəzində ona Cırdaxan Bələdiyyəsi tərəfindən başqa torpaq sahəsi verilmiş və o, buna heç bir etiraz etməmişdir. Bu barədə aktın surəti də onlara təqdim edilmişdir. Hazırda iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi həqiqətən hava limanının istifadəsindədir və bu torpaq sahəsinin qaytarılması hava limanının fəaliyyətinə təhlükəsizlik baxımından mənfi təsir göstərəcəkdir. Həmin torpaq sahəsinin verilməsinə görə isə X16 Hakimiyyəti məsuliyyət daşımalıdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 Hakimiyyətinin nümayəndəsi X7 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən X16 Hakimiyyətinə hava limanı üçün torpaq ayrılması barədə müraciət olunmuşdur. Lakin, cavabında bildirilmişdir ki, qeyd edilən ərazidə yerləşən torpaq sahələri İcra Hakimiyyətinin mülkiyyətində deyil və həmin torpaqlar üzərində İcra Hakimiyyəti hər hansı sərəncam verə bilməz. Buna baxmayaraq orada torpaqları olan mülkiyyətçilərlə, o cümlədən İddiaçıla razılıq əldə edilmiş və onlara başqa sahədə bələdiyyə tərəfindən torpaq verilmişdir. Mülkiyyətçilər buna etiraz etməmişlər. X16 Hakimiyyəti tərəfindən həmin torpaq sahələri “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə təqdim edilmədiyindən İcra Hakimiyyəti buna dair hər hansı məsuliyyət daşıya bilməz. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli2(039)-154/2019 nömrəli qətnаməsi çıxаrılmışdır. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin təsviri hissəsindən göründüyü kimi Yevlax rayon İcra Hakimiyyətinin nümayəndəsi Vahid Quliyev məhkəmə iclasında “Yevlax” Hava Limanının eniş-uçuş zolağının uzadılması məqsədilə Cəmiyyətin həqiqətən də rəsmi qaydada İH-yə müraciət etdiyini, İH-nin iddiaçı ilə razılığa gələrək sonuncuya başqa ərazidə Yevlax rayon Cırdaxan Bələdiyyəsinin torpağından alınan torpaq sahəsi həcmində əvəzləşmə qaydasında torpaq sahəsi təqdim edildiyini təsdiq etmiş, qeyd olunan torpağın təyinatının dəyişdirilərək gələcəkdə iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə İH tərəfindən rəsmi müraciətin verildiyini məhkəməyə bildirmişdir. İddiaçı isə öz növbəsində alınan torpaq sahəsinin əvəzində Yevlax rayon Bələdiyyəsinin ərazisində verilmiş torpaq sahəsini aktla İH-nin və bələdiyyənin rəhbər şəxslərindən qəbul etdiyini, hal-hazırda onun sərəncamında olduğunu məhkəmədə inkar etməmişdir. Bu halda Cəmiyyətin iddiaçıya məxsus 0.91 ha sahənin qanuvericiliklə müəyyən edilmiş qaydada alınmasını təsdiq edən hər hansı sübut təqdim etməməsi barədə məhkəmənin gəldiyi nəticə mülki işdə olan, bir tərəfdən İH-nin və Cırdaxan Bələdiyyəsinin rəhbər şəxsləri, digər tərəfdən iddiaçı tərəfindən xx xxx 2014-cü ildə tərtib edilmiş və imzalanmış ikitərəfli aktla, İH-nin iddiaçıya verilən yeni torpağın təyinatının (örüşdən əkinə) dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciəti ilə təkzib olunur. İddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin torpaq sahəsi 2014cü ildən etibarən 6 ildir ki, onun faktiki istifadəsində və sahibliyindədir. Qeyd olunan torpaqdan iddiaçının istifadəsini məhdudlaşdıran məhkəmə və ya inzibati akt yoxdur. Məhkəmə qətnamədə yalnız iddiaçının bələdiyyədən ayrılmış torpağın yararsız olması, uzun illər gəlirdən məhrum olması haqqında verdiyi ifadəsinə əsaslanmış, bələdiyyənin səlahiyyətli şəxslərinin iddiaçının ifadələrini təsdiq və ya təkzib edən ifadələrini almamış, ifadələri müqayisələndirməmiş, iddiaçının qalmış olduğu maddi məhrumiyyətlərin həqiqiliyini sübuta yetirməmişdir. Məhkəmənin, yerli özünüidarə orqanları (İH və bələdiyyə) tərəfindən iddiaçıya alınan torpağın əvəzi olaraq eyni ölçüdə başqa torpaq sahəsinin verilməsi faktını nəzərə almadan, Cəmiyyətə verilmiş 0.91 ha torpağın dəyərinin pulla kompensasiya edilməsi haqqında qətnamə çıxarması həm qanun, həm də məntiqi nöqteyi-nəzərdən bir-birinə tərs mütənasibdir, belə ki, bu hal iddiaçının ikiqat gəlir götürməsi, əsassız varlanmasından başqa heç bir halı ehtiva etmir. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli2(039)- 154/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi Məmmədov Sahib Hökumət oğlu apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli2(039)-154/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddia tələbində kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsini nəzərdə tutduğunu bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli2(039)-154/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 Hakimiyyətinin nümayəndəsi X2 qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Belə ki, iş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: - Torpağa mülkiyyət hüququna dair JN: 107 nömrəli, 90104048 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilməmiş surətindən müəyyən olunur ki, Yevlax rayonu X1 1998-ci il 31 yanvar tarixli 27 saylı qərarı ilə verilmiş, Cırdaxan kəndində, cizgidə göstərilən sərhəd daxilində 1.64 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. - “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən X16 Hakimiyyətinə ünvanlanmış imzasız məktubun surətindən müəyyən olunur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən X9 yenidən quruluması həyata keçirilir. Bununla əlaqədar yeni, uzunluğu 2400 m eni 30 m olan uçuş enmə zolağının tikintisi yerinə yetirilir. Beynəlxalq mülki aviasiya təşkilatının (İCAO) normalarına əsasən layihələndirilən uçuş enmə zolağının tikintisi ilə bağlı və uçuşların təhlükəsizliyinin təmin olunması nöqteyi nəzərindən X11 əlavə torpaq sahələrinin ayrılması tələb olunur. Qeyd olunanları nəzərə alaraq təqdim olunmuş plana əsasən hava limanına tələb olunan əlavə torpaq sahələrinin ayrılması ilə bağlı aidiyyəti sərəncam verilməsi xahiş olunmuşdur. - X16 Hakimiyyəti başçısının Aqrar Məsələlər üzrə müavini, Samux ƏKTİ-nin əməkdaşları, Cırdaxan Bələdiyyəsinin sədri, habelə Cırdaxan kənd sakini İddiaçı tərtib edərək imzaladığı xx xxx 2014-cü il tarixli aktın surətindən müəyyən olunur ki, akt tərtib edilmişdir ona görə ki, həqiqətən X9 yenidən qurulması və genişlənməsi məqsədi ilə Cırdaxan kənd ərazisində kənd sakinləri Musa Vəliyevdən 9.1 ha, İddiaçı 1.64 ha pay torpaqlarının alınması və əvəzinə Cırdaxan kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaqlara onlara təklif edilən sahələrə baxış keçirilərkən məlum oldu ki, həmin sahələr meleorativ şəbəkə, su təminatı və gediş gəliş yolları baxımından əlverişlidir, əkin üçün yararlıdır və hər iki mülkiyyətçinin onlara təklif olunan sahə ilə bağlı bir narazılığı yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin xx xxxx 2019-cu il tarixli məktubunun surətindən müəyyən olunur ki, Cırdaxan Bələdiyyəsinə müraciət olunaraq bildirilmişdir ki, X9 yenidən qurulması və genişlənməsi məqsədi ilə uçuş enmə zolağına daxil edilmiş 2 ailənin xüsusi mülkiyyətində olan, ümumilikdə 14.07 ha torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsinə, habelə həmin torpaq sahəsinin əvəzinə vətəndaşlara xüsusi mülkiyyət verilməsi nəzərdə tutulan bələdiyyə mülkiyyətində olan örüş uqodiyalı 10.74 ha torpaq sahəsinin əkin uqodiyasına keçirilməsinə dair qəbul edilmişdir. Lakin, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyə mülkiyyətinə aid olmayan xüsusi mülkiyyətdə olan torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsinə dair qərar qəbul edilmiş, eyni zamanda bələdiyyənin örüş uqodiyalı torpaq sahəsinin vətəndaşlara məxsus olan torpaq sahələrinin əvəzinə verilməsi nəzərdə tutulmuşdur. Bələdiyyəyə təklif edilmişdir ki, hazırkı məktub 15 gündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılmaqla, bələdiyyənin xx.xx.2019-cu il tarixli 07 nömrəli qərarı ləğv edilsin. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı mülkiyyətinə JN-107 nömrəli Dövlət Aktına əsasən verilmiş 1.64 ha torpaq sahəsinin bir hissəsindən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC istifadə etdiyindən həmin torpaq sahəsinin əvəzinə, İddiaçı və ailə üzvlərinin razılığı ilə Yevlax rayonu Cırdaxan kənd bələdiyyəsi torpağından 1.64 ha torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC istifadəsində olan torpaq sahəsinin və iddiaçıya ayrılmış torpaq sahəsinin uqodiyasının dəyişdirilməsi barədə bələdiyyə xx xxxx 2019-cu il tarixli, 12 nömrəli qərar qəbul etmiş və bu barədə xx xxxx 2019-cu il tarixli, 11 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının JN-107 nömrəli Dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,44 ha hektarından özü, 0,29 ha hektarından başqa şəxs istifadə edir, 0,91 ha hektarı isə xxxxxxxxxxxxxxxxxxxxxxx QSC-nin Yevlax Aeroportunun metal tordan çəkilmiş hasarı daxilindədir. Eyni zamanda iddiaçı əlavə olaraq onun mülkiyyətində olmayan 0,91 ha torpaq sahəsindən istifadə edir və onun istifadəsində cəmi 1,35 ha torpaq sahəsi vardır. - Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Yevlax rayonu Cırdaxan kəndində yerləşən İddiaçı mülkiyyətində olan 1.64 torpaq sahəsinin xx.xx.2019-cu il tarixə real bazar dəyəri 16.000 manat, 1 sotunun orta bazar qiyməti 200 manat təşkil edir. - Yevlax rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 14.07 ha əkin uqodiyalı pay torpaq sahələrinin 10,74 ha uqodiyasının dəyişdirilərək “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSCnin istifadəsinə verilməsi üçün sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi qərara alınmışdır. - “Cırdaxan bələdiyyəsinin aktına inzibati nəzarət qaydasında baxılmasının nəticələri barədə” Yevlax rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 07 nömrəli qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-dən İddiaçı xeyrinə mülkiyyətində olan 0.91 ha torpaq sahəsinin müqabilində hər sota 200 manat hesablanmaqla 18200 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat və mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 200 manat tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Eyni zamanda İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməlidir. Məhkəmə kоllegiyаsı iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Bundan başqa Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apelyasiya şikayəti tam və hərtərəfli araşdırılaraq obyektiv qərar qəbul edilməsi baxımındanAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinə bələdiyyənin “Cırdaxan bələdiyyəsinin aktına inzibati nəzarət qaydasında baxılmasının nəticələri barədə” xx.xx.2019-cu il tarixli qərarının əslinin və ya təsdiq edilmiş surətinin, eyni zamanda həmin qərarın nəticəsi barədə məlumatın təqdim edilməsi barədə sorğu edilmiş, sorğuya cavab olaraq təqdim edilmiş Yevlax rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 07 saylı qərarına əsasən, İddiaçı xüsusi mülkiyyətinə verilmiş 1.64 ha torpaq sahəsi hava limanının ərazisinə daxil edilmişdir. Onun razılığı əsasında geri alınan torpaq sahələrinin əvəzinə Cırdaxan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, bələdiyyənin eyni tarixli qərarına əsasən, Yevlax rayonu Cırdaxan kəndi ərazisində kənd sakinlərinin X5 7 nəfər ailə üzvlərini və İddiaçı xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 14.07 ha əkin uqodiyalı pay torpaq sahələrinin 10,74 ha uqodiyasının dəyişdirilərək “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin istifadəsinə verilməsi üçün sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi qərara alınmışdır. “Cırdaxan bələdiyyəsinin aktına inzibati nəzarət qaydasında baxılmasının nəticələri barədə” Yevlax rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 07 nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə tərəflərin izahatları və iş materiallarında olan sənədlər araşdırılan zaman müəyyən olunmuşdur ki, Cırdaxan kəndində, Dövlət Aktına əsasən, cizgidə göstərilən sərhəd daxilində 1.64 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC X16 Hakimiyyətinə müraciət edərək hava limanına tələb olunan əlavə torpaq sahələrinin ayrılması ilə bağlı aidiyyəti sərəncam verilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məxsus torpaq sahəsi X9 yaxınlığında yerləşdiyindən onun razılığı əsasında bu torpaq sahəsinin müqabilində Cırdaxan Bələdiyyəsi başqa torpaq sahəsi təklif etmiş və İddiaçı bu təklifi qəbul edərək 2014-cü ilin aprel ayından həmin torpaq sahəsindən istifadə etmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0.91 ha hissəsi həmin vaxtdan “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin faktiki istifadəsindədir. Yevlax rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 07 saylı qərarına əsasən, İddiaçı xüsusi mülkiyyətinə verilmiş 1.64 ha torpaq sahəsi hava limanının ərazisinə daxil edilmişdir. Onun razılığı əsasında geri alınan torpaq sahələrinin əvəzinə Cırdaxan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, bələdiyyənin eyni tarixli qərarına əsasən, Yevlax rayonu Cırdaxan kəndi ərazisində kənd sakinlərinin X5 7 nəfər ailə üzvlərini və İddiaçı xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 14.07 ha əkin uqodiyalı pay torpaq sahələrinin 10,74 ha uqodiyasının dəyişdirilərək “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin istifadəsinə verilməsi üçün sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi qərara alınmışdır. “Cırdaxan bələdiyyəsinin aktına inzibati nəzarət qaydasında baxılmasının nəticələri barədə” Yevlax rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 07 nömrəli qərarı ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan 0.91 ha torpaq sahəsinin cavabdehə verilməsi müqabilində Cırdaxan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya verilməsi barədə olan bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarı bələdiyyənin xx.xx.2019-cu il tarixli qərarına əsasən ləğv edilmişdir. Məhkəmə kоllegiyаsı iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 100-cü maddəsinə əsasən, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı, şəxsi istehlak predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri, sair qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində və sahibkarlıq fəaliyyətinin başqa sahələri üzrə müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və digər istehsal vasitələri, habelə vətəndaşa və hüquqi şəxslərə məxsus ola bilməməsi qanunvericilik aktlarında nəzərdə tutulmuş əmlakdan başqa istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı istənilən əmlak. xx xxxxxxxx 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2- ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. -157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. - 211-ci maddəsinə əsasən, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. - 239.2-ci maddəsinə əsasən, əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. - 242.2-ci maddəsinə əsasən, istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. - 459.1-ci maddəsinə əsasən Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. - 459.5-ci maddəsinə görə isə, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1- ci maddəsinə əsasən işə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: - 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; - 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; - 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; - 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; - 3.1.5. dəniz limanının ərazisinin artırılması. - 3.2-ci maddəsinə əsasən, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC, İddiaçı məxsus torpaq sahəsinin 0.91 ha hissəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada alınmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə hava limanı üçün torpağın dövlət ehtiyaclarına görə alınması nəzərdə tutulmamışdır. Belə olan halda, qeyd edilən torpaq sahəsinin “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin sahibliyinə qanuni əsaslarla keçmədiyi və İddiaçı bu torpaq sahəsinin qanuni əsaslarla mülkiyyətçisi olaraq qaldığı müəyyən olunur. Lakin, hazırda iddiaçı torpaq sahəsinin müqabilində kompensasiya ödənilməsini tələb etməklə həmin torpaq sahəsinin qeyd edilən hissəsinin cavabdehin istifadəsində qalmasını qəbul edir. Eyni zamanda cavabdeh həmin sahənin geri qaytarılacağı təqdirdə bunun hava limanının fəaliyyətinə təhlükəsizlik baxımından mənfi təsir göstərəcəyini bildirir. Bundan başqa, iddiaçının torpaq sahəsinin bir hissəsindən məhrum edilməsi ona maddi ziyanın vurulması kimi də qiymətləndirilə bilər və hazırkı halda mövcud olacaq vəziyyətin bərpa edilməsi tənasübsüz surətdə böyük xərclər tələb edir ki, bu halda kreditora pul əvəzi verilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin istifadəsində qalmış torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi hissəsində iddia təmin edilməlidir. Bu zaman kompensasiya, təqdim edilmiş mütəxəssis rəyində qeyd edilən 1 sota görə 200 manat məbləğində müəyyən edilməlidir. Belə ki, tərəflər həmin məbləğin əsassızlığına dair hər hansı sübut təqdim etməmişlər. İddianın maddi və mənəvi ziyan tələbi hissəsi ilə əlaqədar məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin müqabilində Cırdaxan Bələdiyyəsi tərəfindən ona təklif edilən torpaq sahəsini qəbul etməklə və uzun müddət həmin torpaq sahəsinə faktiki sahiblik etməklə rəsmi mülkiyyətində olan torpaq sahəsinin cavabdehin sahibliyində qalmasına razılıq verdiyindən onun tələbi maddi (əldən çıxmış fayda) və mənəvi ziyan tələbi hissəsində təmin edilməməlidir. İddiaçı həmin hissə ilə bağlı şikayət vermədiyindən məhkəmə kollegiyası tərəfindən həmin hissə ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddia tələbində kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsini nəzərdə tutduğunu bildirmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, JN-107, kod 901Q-048 saylı Dövlət Aktına əsasən Yevlax rayon X1 xx xxxxxx 1998-ci il tarixli 27 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Yevlax rayonu Cırdaxan kəndi ərazisində 1.64 ha torpaq sahəsinin qətnaməyə əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində 0.91 ha sahəsinin müqabilində 18200 manatın, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 200 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manatın, ümumi 18430,40 (on səkkiz min dörd yüz otuz manat 40 qəpik) manatın cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-dən İddiaçı xeyrinə tutulması, JN-107, kod 901Q-048 saylı Dövlət Aktına əsasən Yevlax rayon X1 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Yevlax rayonu Cırdaxan kəndi ərazisində 1.64 ha torpaq sahəsinin qətnaməyə əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində 0.91 ha sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarına xitam verilməsini qət etməkdə haqlı olmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: - 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü mаddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli2(039)-154/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1075/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1075/2020
09.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver