Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-123/2025 15.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X8, X13 və X4 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, qərəzli hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərər) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı, X8, X13 və X4 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, qərəzli hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 aprel 2024-cü il tarixli, 2(033)-201/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı, X8, X13 və X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı, X8, X13 və X6 mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı, X8, X13 və X6 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası İtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, qərəzli hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” dair iddia ərizəsi ilə müraciət edərək onların ümumi birgə paylı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 (fındıq məhsulunun yığılması, çoxillik əkmələrin yararsız hala salınması, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 18816 (on səkkiz min səkkiz yüz on altı) manat maddi zərərin, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən 6184 (altı min bir yüz səksən dörd) manat maddi zərərin, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən 5000 (beş min) manat mənəvi zərərin, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçılar tələbi onunla əsaslandırılmışlar ki, onların paylı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 saylı qərarı əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli A seriyalı 748391 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən onların ümumi birgə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşmişdir. Onlar torpaq sahəsinin paylı mülkiyyətçisidirlər və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Cavabdehlərin Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlər 2018-ci ildən halhazıradək iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsini zəbt edərək istifadə edirlər. Bundan başqa torpaq sahəsində əkdikləri ağaclar yararsız hala salınır. Torpaq sahəsinə gediş-gəliş üçün maneələr yaradılır. Bununla da ailələrinin paylı mülkiyyət hüquqları cavabdehlər tərəfindən qanunsuz olaraq pozulur. Onlar, torpaq sahələrinə sahiblik və sərbəst istifadə edə bilmirlər. Dəfələrlə cavabdehlərə xəbərdarlıq etsələr də nəticəsi olmamışdır. Hazırda cavabdehlər onlara maddi və mənəvi zərər vurmuşlar. "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 2018-ci ildə 1 kq qabıqlı fındığın bazar dəyəri 3,2 manat, 2019-cu ildə 3,4 manat, 2020-ci ildə 3,7 manat, 2021-ci ildə 3,65 manat, 2022-ci ildə 3 manat, 2023-cü ildə isə 3,30 manat aralığında olmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixli aqronom rəyindən görünür ki, Zaqatala rayonu üzrə 1 ha torpaq sahəsində yerləşən fındıq bağı 1500-2000 kq arası məhsul (bar) verə bilər. Bu torpaq sahəsinin yerləşmə yerindən, su hövzələrinə yaxınlığından, fındıq ağaclarının hansı sıxlıqda əkilməsindən və düzgün Aqro-texniki qulluğa riayət edilməsindən asılıdır. 1 ha torpaq sahəsi 8x8 metr ara məsafəsi ilə salındıqda 156 fındıq ağacı (fındıq topası) yerləşir. 18-22 fındıq kolları (budaqları) olan 1 fındıq ağacı 12-14 kq bar verir. Bu həmçinin mövsümdən (ildən-ilə fərqli olur) asılıdır. Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən 64 ədəd fındıq ağacının (fındıq topası) məhsuldarlığı Aqro-texniki qulluq düzgün yerinə yetirilərsə (1 fındıq ağac (fındıq topası) 12-14 kq arası məhsul verə bilər) 768-896 kq arası təşkil edir. 2018-2023-cü illər ərzində orta hesabla cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 hər ildə 896 kq olmaqla, ümumilikdə altı il ərzində 5376 kq qabıqlı fındıq məhsulunu əldə etmişlər. Qabıqlı fındıq məhsulunun 1kq-nın orta qiyməti 3.5 manat hesabı ilə götürdükdə, bir ildə 3136 manat gəlir əldə olunmuş olur. Cavabdehlər altı il ərzində orta hesabla 18816 manat gəlir əldə etmişlər. Hazırda onlar paylı mülkiyyətlərində sahiblik hüquqlarını bərpa etməklə yanaşı, cavabdehlərdən vurduqları maddi və mənəvi zərəri tələb edirlər. Ona görə də məhkəməyə müraciət etmişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)- 162/2021 iş nömrəli qərarı ilə üçüncü şəxslər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, xx.xx.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən xx.xx.1999-cu ildə verilmiş 0,48 ha torpaq sahəsinə iddiaçılar İddiaçı, X2, X5 və X6 adına "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan cavabdehin nümayəndəsi və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-285/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-285/2021 nömrəli qərarından cavabdeh orqan və üçüncü şəxs Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 205/2022 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-285/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun Zaqatala rayonu Təpəçal sovxozunda aqrar islahatın həyata keçirilməsi ilə əlaqədar olaraq 2 nömrəli fındıqçılıq sovxozunun X24 Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş akt ilə sovxozun üzvü İddiaçı özəlləşən fındıq bağından 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq ağacı əmlak payı hesabına onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin akt Zaqatala Rayon Dövlət Arxivində saxlanılır. Zaqatala Rayon Dövlət Arxivində saxlanılan Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun üzvlərinə əmlakın hesablanması və verilməsi sənədlərində üçüncü şəxs Cavabdeh4 adına torpaq üzərində əmlakın verilməsinə dair akt aşkar edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, 0,48 ha torpaq sahəsi ilə bağlı Cavabdeh4 adına tərtib edilmiş A-379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsini, həmin torpaq sahəsinin özünün və ailə üzvlərinin adına sənədləşdirilməsi xahiş etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü”nün, habelə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi İdarənin səlahiyyətinə daxil deyil. Bundan sonra iddiaçılar İddiaçı, X8, X13 və X15 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Zaqatala Rayonu Yuxarı Tala Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala Layihə-Tədqiqat İdarəsinə qarşı “Zaqatala Rayon AİK-in xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2018-ci ildə verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, ailələrinə düşən 0,48 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində əkilmiş 64 ədəd fındıq topasının yerləşdiyi əraziyə dair adlarına “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi” barədə iddia ərizəsi ilə X22 Məhkəməsinə müraciət etmişdir. Sonra iddiaçılar İddiaçı, X8, X13 və X15 məhkəməyə ərizə verərək, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala Layihə-Tədqiqat İdarəsinin, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 üçüncü şəxs qismində göstərilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı, X8, X13 və X15 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 adına işlənmiş A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün, onun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli 263042 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən xx.xx.1999-cu ildə tərtib edilmiş mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tarixli məktubda bildirmişdir ki, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeyd olunan 0,4832 ha torpaq sahəsi başqa şəxslərə məxsus torpaq sahəsi ilə üstüstə düşmür. Həmin çıxarışda qeyd olunan şəxslərin zəbt torpaq sahəsi ilə bağlı İdarədə məlumat aşkar edilməmişdir. Bundan başqa, torpaq islahatı zamanı sözügedən çıxarışda adları qeyd olunan şəxslərə ümumilikdə 1,263 ha pay torpaq sahəsi verilmişdir. Onlardan 1,08 ha-nın məqsədli istifadə növü çoxillik əkmə (fındıq bağı), 0,1831 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün (kəndaltı) torpaq sahələridir. Həmin torpaq sahələrinə müvafiq olaraq A-379945, A-379179, A-380274, A-264182, A- 263897 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”sənədləri tərtib edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1466/2022 iş nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı, X8, X13 və X6 adına Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 162/2021 saylı qərarı əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli A seriyalı 748391 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı, X8, X13 və X6 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 9 fevral 2023-cü il tarixli, 2-1(107)-148/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(116)- 1466/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(107)-148/2023 nömrəli qərarından cavabdeh orqan tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1191/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(107)-148/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçıların hüquqlarını pozmuşdur. Belə ki, əvvəllər məhkəmə araşdırması predmeti olmuş, mübahisəli torpaq sahəsinə münasibətdə digər şəxslərin adına tərtib edilmiş çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmiş, iddiaçılara münasibətdə Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması qərara alınmış, məhkəmə qərarı icra edilmişdir. Cavabdeh faktiki olaraq formal əsaslardan çıxış edərək həmin iş üzrə qəbul edilmiş məhkəmə qərarında torpaq sahəsinə münasibətdə çıxarışın verilməsi barədə qeyd olmadığına əsaslanmaqla iddiaçıların müraciətini təmin etməmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi iddiaçılar İddiaçı, X8, X13 və X10 maddi və mənəvi zərər vurmuşdur. Belə ki, cavabdeh adlarına plan və ölçü sənədinin və çıxarışın verilməsində süründürməçilik etmişdir. Baxmayaraq ki, məhkəmə araşdırmalarının hüquqi nəticəsi onların xeyrinə olmuşdur.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (fındıq bağı) cavabdеhlər tərəfindən zəbt еdilməmiş, həmin sahə əvvəllər оnların adına qеydiyyata alınmaqla və bu barədə AN 379945 saylı “Torpaq sahəsinin planı və ölçüsü”, xx.xx.2018- ci il tarixli 263042 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”, RX seriyalı ******* nömrəli çıxarış vеrilməklə cavabdеhlərə məхsus оlmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 saylı qərarı ilə оnların adına verilmiş AN 379945 saylı “Torpaq sahəsinin planı və ölçüsü”, 15 may 2018-ci il tarixli 263042 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”, RX seriyalı ******* nömrəli çıxarış ləğv edilsə də, çıхarışın vеrilməsinə əsas оlmuş qеydiyyatın ləğv еdilməsi məsələsi həll еdilməmiş, torpaq sahəsinə (fındıq bağı) dair iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-285/2021 saylı qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-205/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-285/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)- 1466/2022 saylı qərarı ilə Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçıların adına Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-162/2021 saylı qərarı əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli A seriyalı 748391 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(107)-148/2023 saylı qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1466/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-ci il tarixli 2-1(102)-1191/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-ci il tarixli 2-1(107)-148/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (fındıq bağı) xx.xx.2023-cü il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçıların adına qeydiyyata alınmışdır.
6. İddiaçılar, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalarını, torpaq sahəsinin özlərinə təhvil verilməsini, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələrə, qərəzli hərəkətlərinə son qoyulmasını tələb еtsələr də, tоrpaq sahəsinin (fındıq bağı) hazırda həmin cavabdеhlərin sahibliyində оlması, sоnuncuların оnların torpaq sahəsinə giriş-çıxışlarına maneələr yaratmaları, qərəzli hərəkətlər еtmələri barədə sübut təqdim еtməmişlər. İş üzrə sübutlarla həmin hallar təsdiq еdilməmişdir.
7. İddiaçı özünün bu il fındıq ağaclarını arıtlaması və qulluq etməsi barədə bildirdikləri ilə isə iddiaçıların yuхarıda sadalanan dəlillərinin işin hallarına uyğun оlmadığı, tоrpaq sahəsinin cavabdеhlərin dеyil, iddiaçıların sahibliyində оlduğu və tоrpaq sahəsindən оnların manеəsiz istifadə еtdikləri təsdiq еdilmişdir. İddiaçılar cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 çoxillik əkmələri yararsız hala saldıqlarını iddia еtsələr də, bu barədə sübut təqdim еtməmişlər. İş üzrə sübutlarla həmin hal təsdiq еdilməmişdir.
8. İddiaçılar еyni zamanda cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulmasını tələb еtsələr də, fiziki və mənəvi sarsıntılar keçirmələri, bunların cavabdehlərin hərəkətləri nəticəsində baş verməsi, cavabdehlərin hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübut təqdim еtməmişlər. İş üzrə sübutlarla cavabdеhlərin hərəkətləri nəticəsində iddiaçılara mənəvi zərər vurulması halı təsdiq еdilməmişdir.
9. Məhkəmə tələbin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən maddi zərərin əvəzinin tutulmasına dair hissəsi üzrə оnu qеyd еtməyi zəruri sayır ki, yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayıldığından, оnların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1466/2022 iş nömrəli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1191/2023 nömrəli qərarının qəbul еdilməsindən sоnra qanuni qüvvəyə mindiyindən, məhkəmələrin əvvəllər qəbul еtdikləri qərarları isə müvafiq sənədin vеrilməsinə əsas sayılmadığından, cavabdеhin əvvəlki qərarlar əsasında müvafiq sənədi vеrməkdən imtinası qanunun tələblərinə uyğun оlmaqla, iddiaçılara maddi zərər vurmağa yönəlmiş hərəkət оlmamışdır.
10. Məhkəmə iddiaçıların cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 maddi zərərin əvəzi üzrə ümumilikdə 18816 manat məbləğində pulun tutulması hissəsi üzrə оnu qеyd еtməyi zəruri sayır ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.4832 ha tоrpaq sahəsi (fındıq bağı) cavabdеhlər tərəfindən zəbt еdilmədiyindən, əksinə əvvəllər оnların mülkiyyətində оlduğundan, iddiaçıların isə tоrpaq sahəsindən (fındıq bağı) fayda götürməyə dair mülkiyyətçi hüquqları həmin sahənin xx.xx.2023-cü il tarixdə оnların ümumi birgə mülkiyyətinə qeydiyyata alındığı vaхtdan yarandığından, fındıq məhsulunun yalnız həmin mövsümdəki dəyəri zərərin əvəzi üzrə cavabdеhlərdən iddiaçıların хеyrinə tutula bilər.
11. Məhkəmə X1 xx.xx.2024-cü il tarixli rəyi tam оlmadığından, X3 xx.xx.2023-cü il tarixli rəyi isə torpaq sahəsinin yerləşmə yeri, su hövzələrinə yaxınlığı, fındıq ağaclarının hansı sıxlıqda əkilməsi, düzgün aqro-texniki qulluğa riayət edilməsi, ara məsafəsi, budaqların sayı kimi məhsuldarlığa təsir еdən amilləri nəzərə alınmaqla vеrildiyindən sоnuncu rəylə razılaşır və Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,48 ha torpaq sahəsində yerləşən fındıq bağının 2023-cü ilin mövsümü üçün məhsuldarlığının 414-552 kq dеyil, 768 kq təşkil etməsini işin hallarına uyğun sayır və iddiaçılara məhrum оlduqları həmin məsulun dəyəri üzrə 2534.4 (768 kq Х 3,30 manat=2534.4 manat) manat həcmində zərər dəydiyini işin hallarına uyğun sayır.
12. Zaqatala Rayon Məhkəməsinin 1 aprel 2024-cü il tarixli, 2(033)-201/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışa əsasən iddiaçılar İddiaçı, X8, X13 və X6 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2023-cü il ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən yığılmış fındıq məhsuluna görə 2534,4 (iki min beş yüz otuz dörd manat qırх qəpik) manat pul vəsaiti sonunculardan müştərək qaydada alınaraq iddiaçılar İddiaçı, X8, X13 və X10 verilməsi, iddia tələbinin qalan hissədə və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə münasibətdə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun 45,34 (qırx beş manat, otuz dörd qəpik) manatının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 134,66 (bir yüz otuz dörd manat altmış altı qəpik) manatının isə iddiaçının özünə aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139, 152, 157, 439 və 1097-ci maddələrinə istinad etmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarış “Torpaq sahəsinin planı və ölçüsü”nün surəti alim aqronom X11 tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli rəy "xxxx" MMC-nin 10 oktyabr 2023-cü il tarixli arayışı Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.4832 ha İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan fındıq bağına dair Zaqatala DAİM-in bitkiçilik sektorunun müdiri alimaqronom X7 tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli rəy Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2- 1(116)-162/2021 saylı qərarı Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli 2- 1(107)-285/2021 saylı qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli 2-1(102)-205/2022 saylı qərarı Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-1466/2022 saylı qərar Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2023-cü il tarixli 1(107)-148/2023 saylı qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-ci il tarixli 2-1(102)-1191/2023 saylı qərarı
15. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı, X8, X13 və X14 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçılar İddiaçı, X8, X13 və X14 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmə işə baxarkən ümumiyyətlə nəzərə almamışdır ki, fındıq ağacları iddiaçılara torpaq islahatının subyekti olduğu üçün əmlak payı kimi verilmişdir. Cavabdehlər onların əmlak payını mənimsəyiblər. Reyestr xidmətinin 12 saylı Zaqatala Ərazi İdarəsi də buna şərait yaratmış, məhkəmə işə qərəzli olaraq yanaşıb tələbi rədd etmişdir. Cavabdehlər məhkəməyə təqdim etdiyi ərizə və sənədlərdən, məhkəmə qərarlarında müəyyən edilmiş hallardan görünür ki, mübahisələndirilən torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olmaqla istifadə edilməkdədir. Belə olmasaydı cavabdehlər hazırki mülki işdə daxil olmaqla bütün məhkəmə işlərində etirazlar, ərizələr təqdim etməzdilər.
17. Digər cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçıların mülkiyyət hüquqlarının qanunsuz və əsassız pozmaqla, məhkəmə qərarı ilə torpaq sahəsinə plan və ölçü sənədi işlənməsinə baxmayaraq çıxarışın da verilməsini 2 ildən artıq müddətə süründürmüşdür. Hüquqların dövlət qeydiyyatı üçün sənədləri olduğu halda cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsi mülkiyyət çıxarışını iddiaçılardan başqa kiməsə işləyə bilməzdi. Ona görə də, cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçıların maddi, mənəvi zərər vurmuşdur.
18. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 1 aprel 2024-cü il tarixli, 2(033)- 201/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin rədd edilmiş hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin təmin edilmiş hissəsinin də ləğv olunaraq təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. İddiaçılar X8, X13 və X14, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və X12 haqqında Kоnvensiya”nın və Avrоpa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında оna mənsub оlan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pоzulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, оna qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb оlması, iztirab keçirməsi dedikdə isə оnun sağlamlığının pоzulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq оlaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizlıklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. İddiaçılar Zaqatala Rayon Məhkəməsinin 1 aprel 2024-cü il tarixli, 2(033)- 201/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 16-cı bəndində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə verilmiş sübut və dəlillər mübahisəli torpaq sahəsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarlarından və həmin torpaq sahəsi və fındıq bağından əldə edilə bilinəcək gəlirlərin məbləği ilə bağlı dəlillərdən ibarət olmuşdur. Cavabdehlərin mübahisəli torpaq sahəsini istifadə etməsi Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı və həmin qərardan verilən şikayətlər üzrə apellyasiya və kassasiya icraatı qaydasında qəbul edilmiş qərarlarla müəyyən edilmişdir ki, həmin vaxt cavabdehlərin torpaq sahəsinə sahibliyi həmin vaxt mövcud olan cavabdehlərin adına verilmiş mülkiyyət sənədinə əsaslandığından zəbt hesab edilmir. Birinci instansiya məhkəməsinin bu barədə gəldiyi qənaət haqlı olmuşdur. Həmin qərarlardan sonrakı müddətdə və hal-hazırda cavabdehlərin mübahisəli torpaq sahəsindən istifadəsi ilə bağlı isə iş materiallarında heç bir sübut və ya dəlilə rast gəlinmir.
28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 17-ci bəndində göstərdiklərinə münasibət bildirməklə birinci isntansiya məhkəməsinin bu barədə bu qətnamənin 9-cu bəndində göstərilmiş əsaslandırmalarına əlavə olaraq qeyd edir ki, iddiaçı cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinin hərəkətlərinin ona vurduğu zərərin nədən ibarət olması və zərərin məbləğinin hansı əsaslarla hesablanması barədə heç bir dəlil təqdim edə bilməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclaslarında kollegiyanın bu barədə verdiyi suallara iddia ərizəsində göstərdiklərini təkrarlamaqla cavab vermişdir. Apellyasiya şikayətinin iddia tələbinin təmin olunmamış mənəvi ziyanla bağlı hissəsinə gəlincə isə kollegiya qeyd edir ki, iddiaçılar cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulmasını tələb еtsələr də, fiziki və mənəvi sarsıntılar keçirmələri, bunların cavabdehlərin hərəkətləri nəticəsində baş verməsi, cavabdehlərin hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübut təqdim еtməmişlər. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilməmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı, X8, X13 və X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 1 aprel 2024-cü il tarixli, 2(033)-201/2024 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçılar İddiaçı, X8, X13 və X14 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 aprel 2024-cü il tarixli, 2(033)-201/2024 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.