Məhkəmə qərarları › İş №2(073)-53/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-53/2025

23.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-53/2025 23.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 9700 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 19700 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 9700 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 19700 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlərlə aralarında razılaşma olduğundan iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizəsində, iddiaçı ilə öz aralarında razılığa gəldiklərini və mülk işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə təqdim etdiyi ərizəsində, iddiaçı ilə öz aralarında razılığa gəldiklərini və mülk işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 150 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 9700 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 19700 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar