Məhkəmə qərarları › İş №2(037)-447/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-447/2021

11.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-447/2021 11.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 11 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-347 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X28, Seyidova (nikahdan sonra Fərzaliyeva) Tünzalə Fəxrəddin qızı, Seyidova (nikahdan sonra Mamedova) Mənsubə Fəxrəddin qızı, Seyidova (nikahdan sonra Rzayeva) Röyalə Fəxrəddin qızı, X29, X15 və ona, JN-346 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X16 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN- 347 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında oğlunun soyad, ad və ata adı X29 əvəzinə X24, digər oğlunun isə soyadı Seyidli əvəzinə Seyidov kimi yazılmışdır. Bundan başqa anası X13 mülkiyyətinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-346 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında anasının soyad, ad və ata adı X11 yazılmışdır. Mülkiyyətçi Tünzalə Seyidova 27 dekabr 2004-cü il tarixdə Kənan Fərzaliyev adlı şəxslə ailə quraraq ərinin soyadına uyğun Fərzaliyeva, mülkiyyətçi Mənsubə Seyidova 04 mart 2005-ci il tarixdə Şahsuvar Mamedov adlı şəxslə ailə quraraq ərinin soyadına uyğun Mamedova, mülkiyyətçi Röyalə Seyidova 29 mart 2008-ci il tarixdə Qorxmaz Rzayev adlı şəxslə ailə quraraq Rzayeva soyadını qəbul etmişlər. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında mülkiyyətçilərin soyad, ad və ata adlarında uyğunsuzluq olduğundan torpaq sahələri barədə sahiblik hüquqlarından istifadə edə bilmirlər. Uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etmələri bildirilmişdir. JN-347 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X28, Seyidova (nikahdan sonra Fərzaliyeva) Tünzalə Fəxrəddin qızı, Seyidova (nikahdan sonra Mamedova) Mənsubə Fəxrəddin qızı, Seyidova (nikahdan sonra Rzayeva) Röyalə Fəxrəddin qızı, X29, X15 və ona, JN-346 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X16 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X9 ifadə verərək göstərdi ki, ərizəçi onun atasıdır. Birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunan sənəddə oğlunun soyad, ad və ata adı X29 əvəzinə X24, digər oğlunun isə soyadı Seyidli əvəzinə Seyidov kimi yazılmışdır. Bundan başqa nənəsi X13 mülkiyyətinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş dövlət aktında da mülkiyyətçinin soyad, ad və ata adı X11 yazılmışdır. Göstərilən JN-347 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə, JN-346 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının isə X16 məxsus olmasını təsdiq edir. X10 X9 ilə eyni məzmunlu ifadə verərək JN-347 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə, JN-346 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının isə X16 məxsus olmasını təsdiq etdi. İ-ИЕ 773568 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ərizəçinin anasıdır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 16 sentyabr 2010-cu il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 15586928 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən mülkiyyətçiyə X28 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA1125529 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X8 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA2734260 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X17 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 14314454 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səyyar- Asan2 tərəfindən 22 iyun 2015-ci il tarixdə mülkiyyətçiyə X26 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA0329676 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X29 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17844813 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 28 iyun 2018-ci il tarixdə mülkiyyətçiyə X27 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 06524738 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 18 sentyabr 2008-ci il tarixdə mülkiyyətçiyə X25 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. 27 dekabr 2004-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 27 dekabr 2004-cü il tarixdə İsmayıllı rayon VVADQ şöbəsində rəsmi nikah qeyd etdirməklə X21 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Fərzaliyeva soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Seyidova olmuşdur. AZ-İ 111662 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 04 mart 2005-ci il tarixdə Cülyan İƏB üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X31 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Mamedova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Seyidova olmuşdur. AZ-İİ 114748 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,, X22 29 mart 2008-ci il tarixdə İsmayıllı rayon Təzəkənd kənd icra nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X37 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Rzayeva soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Seyidova olmuşdur. 25 noyabr 1998-ci il tarixli JN-347 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Ərizəçi, X28, X18, X19, X22, X29, X14 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X3, ad və ata adı X24, mülkiyyətçi X1 Seyidov kimi qeyd olunmuşdur. 25 noyabr 1998-ci il tarixli JN-346 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X13 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında onun soyad, ad və ata adı X11 qeyd olunmuşdur. İsmayıllı RİHB-nın İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 153 nömrəli arayışdan görünür ki, JN- 347 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X1 səhvən Seyidov kimi yazılmışdır. X4 kimi olmalıdır. İsmayıllı RİHB-nın İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 154 nömrəli arayışdan görünür ki, JN- 347 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Seyidov Günəş Fəxrəddin oğlunun soyadı və cinsiyyəti səhvən X24 kimi yazılmışdır. Əslində Seyidov Günəş Fəxrəddin oğlu kimi olmalıdır. İsmayıllı RİHB-nın İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli 172 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 30 noyabr tarixli qərarı ilə verilmiş sənədlərin dövründə İsmayıllı rayonun Təzəkənd kəndində X30 adlı vətəndaş yaşamayıb. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli **********94 nömrəli və 15 aprel 2021-ci il tarixli **********11 nömrəli məktublardan görünür ki, JN-346 və JN-347 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət olunmuş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi, X28, X18, X19, X22, X29, X14 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-347 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X3, ad və ata adı X24, mülkiyyətçi X1 Seyidov kimi qeyd olunmuşdur. Mülkiyyətçi X18 27 dekabr 2004-cü il tarixdə İsmayıllı rayon VVADQ şöbəsində rəsmi nikah qeyd etdirməklə X21 ilə ailə qurmuş, ərinin soyadına uyğun olaraq Fərzaliyeva soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Seyidova olmuşdur. Mülkiyyətçi X19 04 mart 2005-ci il tarixdə Cülyan İƏB üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X31 ilə ailə qurmuş, ərinin soyadına uyğun olaraq Mamedova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Seyidova olmuşdur. Mülkiyyətçi X22 29 mart 2008-ci il tarixdə İsmayıllı rayon Təzəkənd kənd icra nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X37 ilə ailə qurmuş, ərinin soyadına uyğun olaraq Rzayeva soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Seyidova olmuşdur. Bundan başqa X13 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-346 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyad, ad və ata adı X11 qeyd olunmuşdur. Dövlət aktlarında mülkiyyətçilərin soyad, ad və ata adları düzgün qeyd olunmadığından torpaq sahəsinə dair sahiblik hüququndan istifadə edə bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət olunmuş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-346 Kod 40725018 və JN-347 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədlərin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-346 Kod 40725018 və JN-347 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında mülkiyyətçilərin soyad, ad və ata adlarının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-346 Kod 40725018olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə, JN-346 Kod 40725018olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının isə X16 məxsus olması faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 25 noyabr 1998-ci il tarixli JN-347 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi, X28, Seyidova (nikahdan sonra Fərzaliyeva) Tünzalə Fəxrəddin qızı, Seyidova (nikahdan sonra Mamedova) Mənsubə Fəxrəddin qızı, Seyidova (nikahdan sonra Rzayeva) Röyalə Fəxrəddin qızı, X29 və X15 məxsus olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 25 noyabr 1998-ci il tarixli JN-346 Kod 40725018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X16 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar