Məhkəmə qərarları › İş №2(037)-449/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-449/2023

28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-449/2023 28.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 28 aprel 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-1152 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X25, X26, İsrafilova (nikahdan sonra İsmayılova) Aynur Cavad qızı, İsrəfilova (nikahdan sonra Abasova) Aygün Cavad qızına və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-1152 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı həmin vaxt Volod olmasına baxmayaraq səhvən Volodya, mülkiyyətçi X9 ata adı həmin vaxt Şərəf olmasına baxmayaraq səhvən Şərif, mülkiyyətçi X4 həmin vaxt İsrafilov olmasına baxmayaraq İsrafilova, cinsi qadın, mülkiyyətçi X3 həmin vaxt İsrəfilova olmasına baxmayaraq səhvən İsrafilova kimi yazılmışdır. Mülkiyyətçi X17 29 sentyabr 2003-cü il tarixdə ailə quraraq ərinin soyadına uyğun İsmayılova, mülkiyyətçi X18 23 fevral 2011-ci il tarixdə ailə quraraq ərinin soyadına uyğun Abasova soyadını götürmüşdür. Dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adlarının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirilməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək Dövlət aktında yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki soyad, ad və ata adları ilə Dövlət aktındakı soyad, ad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Ərizəçi2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək göstərdi ki, ərizəçilər onun ailə üzvləridir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq onların birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-1152 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qardaşı Ərizəçi1 adı səhvən Volodya, atası X9 ata adı həmin vaxt Şərəf olmasına baxmayaraq səhvən Şərif, qardaşı X4 həmin vaxt İsrafilov olmasına baxmayaraq İsrafilova, cinsi qadın, bacısı X3 həmin vaxt İsrəfilova olmasına baxmayaraq səhvən İsrafilova kimi yazılmışdır. Həmin dövlət aktının ərizəçilərə və digər ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid X19 ilə eyni məzmunlu ifadə verərək JN-1152 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon VVAQ bürosu tərəfindən verilmiş 17 dekabr 1965-ci il tarixli İ-ИЕ 411966 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X20 arasında 17 dekabr 1965-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə İsrafilov, arvada İsrafilova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1948-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs Ərizəçi2dır. İş materiallarında olan Mican kənd sovetliyi tərəfindən verilmiş V-ЖГ 309052 nömrəli doğum haqqında şəhadətnamənin və İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2012-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1977-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs Ərizəçi1dur. İş materiallarında olan Mican kənd sovetliyi tərəfindən verilmiş 2 iyun 1975-ci il tarixli İİİ-ЖГ 252211 nömrəli doğum haqqında şəhadətnamənin və Tatarıstan Respublikası üzrə DİN tərəfindən verilmiş 26 may 2020-ci il tarixli ********** nömrəli pasportun surətindən görünür ki, 14 may 1975-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuş şəxs X15r. İş materiallarında olan Mican kənd sovetliyi tərəfindən verilmiş 2 aprel 1979-cu il tarixli Vİ-ЖГ 339655 nömrəli doğum haqqında şəhadətnaməin surətindən görünür ki, 24 mart 1979-cu il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş şəxs X11r. İş materiallarında olan Mican kənd icra hakimiyyəti tərəfindən verilmiş 29 sentyabr 2003-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X21 arasında 29 sentyabr 2003-cü il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Səyyar ASAN 10 tərəfindən verilmiş 23 oktyabr 2016-cı il tarixli AZE seriyalı 16436980 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 24 mart 1979-cu il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonun Mican kəndində yaşayan şəxs X12r. İş materiallarında olan İsmayıllı rayonu Mican kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 624475 nömrəli doğum haqqında şəhadətnaməin surətindən görünür ki, 08 may 1987-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş şəxs X13r. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 fevral 2011-ci il tarixli AZ-İ 637829 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Abasov Söhrab ilə X18 arasında 23 fevral 2011-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir. İş materiallarında olan Nijeqorod vilayəti üzrə Rusiya DİN Bİ tərəfindən verilmiş 26 may 2021-ci il tarixli ********** nömrəli pasportun surətindən görünür ki, 08 yanvar 1987-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs X27r. İş materiallarında olan İsmayıllı rayonu Mican kənd icra nümayəndəliyi tərəfindən verilmiş V-ЖГ 298946 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 14 oktyabr 1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 22 mart 2002-ci il tarixli JN-1152 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı Ərizəçi2, X28, Ərizəçi1ya Cavad oğlu, X22, X17 və X6 qeyd olunmuşdur. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli 05/09İS/038257-22 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 31 oktyabr 2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və Ərizəçi2 ailə tərkibi aşağıdakı kimidir: əri-X25, qızı-X24, oğlu-X29, oğlu-X26, oğlu-Ərizəçi1 Cava oğlu, qızı-X19, qızı- X23. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli 3-21-3-42/2-İ-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN-1152 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X43 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-1152 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında iştirak edən ərizəçilərin izahatları, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq Ərizəçi2, X25, Ərizəçi1, X26, X17 və X8 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 22 mart 2002-ci il tarixli JN-1152 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X9 ata adı Şərif, mülkiyyətçi Ərizəçi1 adı Volodya, mülkiyyətçi X4 İsrafilova, cinsi qadın, mülkiyyətçi X5 İsrafilova kimi yazılmışdır. Mülkiyyətçi X21 29 sentyabr 2003-cü il tarixdə X16 ilə ailə quraraq ərinin soyadına uyğun İsmayılova, mülkiyyətçi X18 23 fevral 2011-ci il tarixdə Abasov Söhrab ilə ailə quraraq ərinin soyadına uyğun Abasova soyadını götürmüşdür. Digər mülkiyyətçi X25 14 oktyabr 1997-ci il tarixdə vəfat etmişdir. Dövlət aktında ad və ata adlarında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də 22 mart 2002-ci il tarixli JN-1152 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi1 adının səhvən Volodya, mülkiyyətçi X9 ata adının səhvən Şərif, mülkiyyətçi X2 səhvən İsrafilova, cinsinin qadın, mülkiyyətçi X1 səhvən İsrafilova kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi2 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), X25 (İsmayıllı rayonu Mican kənd icra nümayəndəliyi tərəfindən verilmiş V-ЖГ 298946 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2012-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), X26 (Tatarıstan Respublikası üzrə DİN tərəfindən verilmiş 26 may 2020-ci il tarixli ********** nömrəli pasport) , İsrafilova ( nikahdan sonra İsmayılova) Aynur Cavad qızı (Səyyar ASAN 10 tərəfindən verilmiş 23 oktyabr 2016-cı il tarixli AZE seriyalı 16436980 saylı şəxsiyyət vəsiqəsi) və İsrəfilova (nikahdan sonra Abasova) Aygün Cavad qızına (Nijeqorod vilayəti üzrə Rusiya DİN Bİ tərəfindən verilmiş 26 may 2021-ci il tarixli ********** nömrəli pasport) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən 1,54 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin Ərizəçi2, X25, Ərizəçi1, X26, X17 və X14 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 22 mart 2002-ci il tarixli JN-1152 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X9 ata adının səhvən Şərif, mülkiyyətçi Ərizəçi1 adının səhvən Volodya, mülkiyyətçi X2 səhvən İsrafilova, cinsinin qadın, mülkiyyətçi X1 səhvən İsrafilova kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi2 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), X25 (İsmayıllı rayonu Mican kənd icra nümayəndəliyi tərəfindən verilmiş V-ЖГ 298946 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2012-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), X26 (********** nömrəli pasport), İsrafilova (nikahdan sonra İsmayılova) Aynur Cavad qızı (Səyyar ASAN 10 tərəfindən verilmiş 23 oktyabr 2016-cı il tarixli AZE seriyalı 16436980 saylı şəxsiyyət vəsiqəsi) və İsrəfilova (nikahdan sonra Abasova) Aygün Cavad qızına (********** nömrəli pasport) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar