Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-451/2021 16.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 16 iyun 2021ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyəti (bundan sonra iddiaçı) ərizə ilə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 03 iyul 2019-cu il tarixli SUMG1-11825-1943 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 (bundan sonra birinci cavabdeh) ilə və Cavabdeh2 oğlundan (bundan sonra ikinci cavabdeh) müştərək qaydada 198,54 manat əsas və 2,07 manat faiz borcu olmaqla cəmi 200,61 manat kredit borcunun və 20 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 04 may 2021-ci il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etmələri izah olunmuşdur. Eyni zamanda, cavabdehlərə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Birinci cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətlərini 08 may 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İkinci cavabdehə göndərilmiş məhkəmə sənədi onun qeydiyyatda olduğu ünvandan köçməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında 03 iyul 2019-cu il tarixli SUMG1-11825-1943 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasə borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 208,96 manat güzəştli kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımı qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə tərəflər arasında 03 iyul 2019-cu il tarixdə SUMG1-11825-1943+SUMG1- 11836 saylı zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 ay ərzində hər ay 1,00 manat, növbəti 48 ay ərzində isə hər ay 4,00 manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Cavabdehlərin 28 aprel 2021-ci il tarixə müqavilə üzrə 198,54 manat əsas, 2,07 manat faiz borcu olmaqla, cəmi 200,61 manat borcu mövcuddur. İddiaçı cavabdehlərdən müştərək qaydada cəmi 200,61 manat borc məbləğinin və 20 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 iyul 2019-cu il tarixli SUMG1-11825-1943 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, kreditor boclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 208,96 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 208,96 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş kreiti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə verilmişdir. Müqavilədə cavabdeh kredit borcunu ödəniş cədvəlində göstərilən tarixdə ödəməməklə gecikdirdikdə kreditor bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququ nəzərdə tutulmuşdur. 03 iyul 2019-cu il tarixli SUMG1-11825-1943+SUMG1-11836 nömrəli zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə ikinci cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmış, ikinci cavabdeh 03 iyul 2019-cu il tarixli SUMG1-11825-1943 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. 03 iyul 2019-cu il tarixli SUMG1-11825-1943 nömrəli kredit (restrukturizasiya) müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətində 208,96 manat əsas borc və 6,76 manat faiz borcu olmaqla, ümumilikdə 215,72 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. 30 mart 2021-ci il tarixli 713/HO-OUT nömrəli xəbərdarlığın surətindən görünür ki, müqavilə üzrə borcun beş gün müddətində ödənilməsi cavabdehlərdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 28 aprel 2021-ci il tarixli arayışdan görünür ki, birinci cavabdeh 03 iyul 2019-cu il tarixdən 28 aprel 2021-ci il tarixədək cəmi 12 manat kredit ödəmişdir. Həmin məbləğin 10,42 manat hissəsi əsas borc, 1,58 manat hissəsi isə faiz borcuna silinmişdir. 28 aprel 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli SUMG1-11825-1943 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən birinci cavabdehə vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 208,96 manat güzəştli kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımı qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə tərəflər arasında 03 iyul 2019-cu il tarixdə SUMG1-11825-1943+SUMG1-11836 saylı zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafikinə əsasən birinci cavabdeh ilk 12 ay ərzində hər ay 1,00 manat, növbəti 48 ay ərzində isə hər ay 4,00 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsində kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə iddiaçının kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etmək və kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdeh kredit müqaviləsi üzrə borc məbləğinin tam şəkildə ödənilməsini təmin etməmişdir. Birinci cavabdehin iddiaçıya 198,54 manat əsas və 2,07 manat faiz olmaqla, cəmi 200,61 manat borcu qalmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada cəmi 200,61 manat borc məbləğinin və 20 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış 03 iyul 2019-cu il tarixli SUMG1-11825-1943 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin şərtlərinə əsasən kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə kreditorun kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü krediti və ona hesablanmış faizləri ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında 03 iyul 2019-cu il tarixli SUMG1-11825-1943 saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 198,54 manat əsas, 2,07 manat faiz və 20 manat dövlət rüsumu - cəmi 220 (iki yüz iyirmi) manat 61 (altmış bir) manat birc məbləği alınaraq “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-451/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-451/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver