Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-461/2023 15.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Hüseynov İlqar Vidayət oğlu Ərizəçi İsmayıllı RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Orqanını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri 15 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdim: Ərizəçi ərizə ilə müraciət edərək 19 sentyabr 1997-cı il təvəllüdlü bacısı qızı X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-150-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, ərizədən görünür ki, ərizəçi bacısı qızının fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göründüyü kimi qanunvericilikdə dayının bacısı qızının fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmək hüququnun olması nəzərdə tutulmamışdır. Hazırki tələblə isə məhkəməyə müvafiq icra hakimiyyəti orqanı və yaxud da psixi qüsurlu şəxs psixiatriya (psixonevroloji) müəssisəsində olarsa həmin müəssisə tərəfindən ərizə verilə bilər. Bundan başqa Ərizəçi ərizəsinə tələbini əsaslandırıldığı hallara dair sənədləri əlavə etməyərək məhkəməyə müraciət etmişdir. Belə ki, ərizəçi bacısı qızı Gülzadə Həmzəyevanın fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi üçün əsas olan hansı xəstəliklə hansı tibbi müəssisəsində qeydiyyatda olmasını, həmin xəstəlikdən müalicə alıbalmamasını və əlilliyini təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Qanunvercilikdə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra olunaraq həmin şəxsə qəyyum təyin edilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq ərizəçi öz mülahizələrinə görə bacısı qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edərək qeyrimüəyyən tələblə müraciət edərək qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi ərizəni qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət etmədən tərtib etdiyinə görə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Ərizəçiya izah edilir ki, ərizənin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra buna səlahiyyəti olan şəxs (şəxslər) tərəfindən ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldım: Ərizəçi İsmayıllı RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Orqanını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 10 mart 2023-cü il tarixdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə Ərizəçi qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-461/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-461/2023
15.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver