Məhkəmə qərarları › İş №2(037)-469/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-469/2024

19.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-469/2024 19.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin naturada paylarına uyğun ayrılması və torpaq sahəsindən istifadəyə olan manelərin aradan qaldırılması tələbinə dair mülki işə 19 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Uştalqışlaq kəndi ərazisində yerləşən, İsmayıllı rayon AİK-nın qərarı ilə mülkiyyətlərinə verilmiş JN-0050 KOD 40710048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylarına uyğun naturada bölünməsi, 1/7 hissəsi ayrılaraq ona tanıdılması, torpaq sahəsindən istifadəsinə cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 08 oktyabr 2009-cu il tarixdə İsmayıllı rayonu Hacıhətəmli kənd sakini Nümayəndə ilə evlənmiş və İsmayıllı rayonun Hacıhətəmli kəndində yerləşən evə gəlin köçmüşdür. Torpaq islahatı aparılan zaman İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə ailə başçısı babası X1 olmaqla, nənəsi X9, atası Cavabdeh1, anası Cavabdeh2, bacısı X2, qardaşı Cavabdeh4 və ona hər birinə 1,04 hektar payları bərabər olmaqla, cəmi 7,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmiş və müvafiq JN-0050 KOD 40710048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. Ailə başçısı babası Atayev Mirzǝağa Nəsrullah oğlu və nənəsi X9 vəfat etmişdır. Mülkiyyətdə olan torpaq sahəsindən hal-hazırda cavabdehlər istifadə edir. O, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən mülkiyyəti olan 1,04 hektar torpaq sahəsinin naturada ayırıb ona verilməsini cavabdehlərdən istəsə də buna razı olmurlar. O, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. O, məcbur olaraq mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün aparılması, bölgü planının verilməsi üçün "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də cavabdehlərin razılıq verməməsi səbəbindən imtina edilmişdir. İsmayıllı rayonu Uştalqışlaq kəndi ərazisində yerləşən, İsmayıllı rayon AİK-nın qərarı ilə mülkiyyətlərinə verilmiş JN-0050 KOD 40710048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylarına uyğun naturada bölünməsi, 1/7 hissəsi ayrılaraq ona tanıdılması, torpaq sahəsindən istifadəsinə cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə Nümayəndə təmsil etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun qızıdır. JN-0050 KOD 40710048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X3, X5, Cavabdeh2, X4, X2, Cavabdeh4 və onun birgə mülkiyyətinə İsmayıllı rayonu Uştalqışlaq kəndi ərazisindən 7,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinin bölünməsinə nə o, nə də ailə üzvləri razı deyil. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını qərara almışdır. JN-0050 KOD 40710048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X3, X5, Cavabdeh1, Cavabdeh2, X4, X2 və Cavabdeh4 birgə mülkiyyətinə İsmayıllı rayonu Uştalqışlaq kəndi ərazisindən 7,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi İddiaçı ünvanladığı 15 noyabr 2023-cü il tarixli 3-21-3-42/2-5998/2023 nömrəli məktubda qeyd etmişdir ki, İsmayıllı rayonu Uştalqışlaq kəndində yerləşən torpaq sahələrinə bölgü planının verilməsi ilə bağlı ərizələrinə bölünəcək torpaq sahəsində razılıq olmaması səbəbindən imtina verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 iyul 2024-cü il tarixli 3-21-3-42/2-3573/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, JN-0050 KOD 40710048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına (Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********87 saylı və **********86 saylı çıxarışa) əsasən X3, X5, Cavabdeh1, Cavabdeh2, X4, X2 və Cavabdeh4 birgə mülkiyyətində olan İsmayıllı rayonu Uştalqışlaq kəndində yerləşən 6,17 hektar və 1,09 hektar, ümumilikdə 7,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 (1,037 hektar) hissədə bölünməsi mümkündür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, JN-0050 KOD 40710048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə X3, X5, Cavabdeh1, Cavabdeh2, X4, X2 və Cavabdeh4 birgə mülkiyyətinə İsmayıllı rayonu Uştalqışlaq kəndi ərazisindən 7,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanladığı 15 noyabr 2023-cü il tarixli 3-21-3-42/2-5998/2023 nömrəli məktubla İsmayıllı rayonu Uştalqışlaq kəndində yerləşən torpaq sahələrinə bölgü planının verilməsi ilə bağlı ərizələrinə bölünəcək torpaq sahəsində razılıq olmaması səbəbindən imtina verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 iyul 2024-cü il tarixli 3-21-3-42/2-3573/2024 nömrəli mütəxəssis rəyinə əsasən JN-0050 KOD 40710048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına (Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********87 saylı və **********86 saylı çıxarışa) əsasən X3, X5, Cavabdeh1, Cavabdeh2, X4, X2 və Cavabdeh4 birgə mülkiyyətində olan İsmayıllı rayonu Uştalqışlaq kəndində yerləşən 6,17 hektar və 1,09 hektar, ümumilikdə 7,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 (1,037 hektar) hissədə bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi və tanıdılması hissəsinə münasibətdə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 iyul 2024-cü il tarixli 3-21-3-42/2-3573/2024 nömrəli mütəxəssis rəyinə əsasən JN-0050 KOD 40710048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına (Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********87 saylı və **********86 saylı çıxarışa) əsasən X3, X5, Cavabdeh1, Cavabdeh2, X4, X2 və Cavabdeh4 birgə mülkiyyətində olan İsmayıllı rayonu Uştalqışlaq kəndində yerləşən 6,17 hektar və 1,09 hektar, ümumilikdə 7,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 (1,037 hektar) hissədə bölünməsi mümkündür. Məhkəmə mütəxəssis rəyinə əsaslanaraq və hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi və tanıdılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə,qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə iddia tələbinin torpaq sahəsindən istifadəsinə olan manelərin aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlər iddiaçının paylı mülkiyyətçisi olduğu torpaq sahəsindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olmaları onun əmlak üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi torpaq sahəsindən istifadəsinə olan manelərin aradan qaldırılması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN-0050 KOD 40710048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə İsmayıllı rayonu Uştalqışlaq kəndində yerləşən, X3, X5, Cavabdeh1, Cavabdeh2, X4, X2 və Cavabdeh4 birgə mülkiyyətində olan 7,26 hektar torpaq sahəsi 1/7 hissədə (1,037 hektar) naturada real bölünərək İddiaçı tanıdılmaqla verilsin. 7,26 hektar torpaq sahəsindən İddiaçı payına verilmiş 1/7 hissədən (1,037 hektar) onun istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən edilən manelər aradan qaldırılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar