Məhkəmə qərarları › İş №2(037)-471/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-471/2020

20.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-471/2020 20.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 20 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə müraciət edərək İsmayıllı rayon x2 26 may 2001-ci il tarixli 123 saylı iclas qərarına uyğun olaraq İsmayıllı rayonun Uştal kəndi üzrə islahat siyahısının 60-cı sırasının və həmin sənədə əsasən Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş və Dövlət Torpaq Kadastrı kitabında 31 may 2011-ci il tarixdə 4073 nömrə ilə uçota alınmış “A” seriyalı 315762 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin x5, x6, x3, x1 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İsmayıllı rayonun Uşta kəndində yaşayır. İsmayıllı rayon x2 26 may 2001-ci il tarixli 123 saylı qərarına uyğun olaraq Uştal kəndində fərdi yaşadıqları evinin yerləşdiyi 1011,6 kv.metr həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Bu barədə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də hazırlanmışdır. Lakin həmin sənəddə yalnız onun adı qeyd olunmuşdur. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, 01 sentyabr 2004-cü il təvəllüdlü oğlu Bəhyəddinin adı islahat aparılan siyahıda Məhyəddin kimi qeyd olunduğundan müraciəti təmin olunmamışdır. Göstərilən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı bildirilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İsmayıllı rayon x2 26 may 2001-ci il tarixli 123 saylı iclas qərarına uyğun olaraq ismayıllı rayonun Uştal kəndi üzrə islahat siyahısının 60-cı sırasının və həmin sənədə əsasən Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş və Dövlət Torpaq Kadastrı kitabında 31 may 2011-ci il tarixdə 4073 nömrə ilə uçota alınmış “A” seriyalı 315762 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin x5, x6, x3, x1 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İsmayıllı rayon x2 26 may 2001-ci il tarixli 123 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, A.Ələsgər adına kolxozun yerli x2 6 saylı 26 mart 2001-ci il tarixli və Uştal bələdiyyəsinin 01 saylı 05 aprel 2001-ci il tarixli iclas protokolları təsdiq edilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 4073 nömrə ilə uçota alınmış “A” seriyalı 315762 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən görünür ki, İsmayıllı rayon x2 26 may 2001-ci il tarixli 123 saylı qərarı ilə Ərizəçi 1011,6 kv metr həyətyanı torpaq sahəsinin verilməsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İsmayıllı rayonun Uştal kəndi üzrə aparılan islahat zamanı tərtib edilmiş siyahıdan görünür ki, həmin siyanının 60-cı sırasında Ərizəçi, Səkinə Əsədova, Aygün Əsədova, Afyəddin Əsədov və Məhyəddin Əsədovun adları torpaq payı almaq hüququna malik subyektlər siyasına daxil edilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olmuş, İsmayıllı rayonun Uştal kəndində qeydiyyatdadır. AZE 15589271 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x5 28 avqust 1999-cu il tarixdə İsmayıllı rayonun Vəng kəndində anadan olmuş, İsmayıllı rayonun Uştal kəndində qeydiyyatdadır. AZE 17091532 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x6 03 noyabr 2000-ci il tarixdə İsmayıllı rayonun Vəng kəndində anadan olmuş, İsmayıllı rayonun Uştal kəndində qeydiyyatdadır. AZE 16528163 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x3 20 oktyabr 2001-ci il tarixdə İsmayıllı rayonun Uştal kəndində anadan olmuş, İsmayıllı rayonun Uştal kəndində qeydiyyatdadır. AZE 11113986 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x4 01 sentyabr 2004-cü il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı rayonun Uştal kəndində qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı rayon x2 26 may 2001-ci il tarixli 123 saylı qərarına uyğun olaraq Uştal kəndində ərizəçinin yaşadığı evin yerləşdiyi 1011,6 kv.metr həyətyanı torpaq sahəsinə dair DTXK tərəfindən “A” seriyalı 315762 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Həmin sənəddə yalnız ərizəçinin adı qeyd olunmuşdur. Ərizəçi torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İsmayıllı rayon x2 26 may 2001-ci il tarixli 123 saylı iclas protokolu ilə A.Ələsgər adına kolxozun yerli x2 6 saylı 26 mart 2001-ci il tarixli və Uştal bələdiyyəsinin 01 saylı 05 aprel 2001-ci il tarixli iclas protokolları təsdiq edilmişdir. İsmayıllı rayonun Uştal kəndi üzrə aparılan islahat zamanı tərtib edilmiş siyanının 60-cı sırasında Ərizəçi, Səkinə Əsədova, Aygün Əsədova, Afyəddin Əsədov və Məhyəddin Əsədovun adları torpaq payı almaq hüququna malik subyektlər siyasına daxil edilmişdir. Həmin siyahıda adları göstərilən Səkinə Əsədova 28 avqust 1999-cu il tarixdə, Aygün Əsədova 03 noyabr 2000-ci il tarixdə, Afiyəddin Əsədov 20 oktyabr 2001-ci il tarixdə və Məhyəddin Əsədov 01 sentyabr 2004-cü il tarixdə doğulmuşlar. İslahat aparılan zaman yerli və rayon aqrar isalahat komissiyaları tərəfindən təsdiq edilmiş torpaq payı almaq hüququna malik subyektlərin siyahısına əsasən 01 avqust 1996-cı il tarixədək doğulmuş şəxslərə torpaq payının verilməsi nəzərdə tutulmuşdur. İş üzrə göründüyü kimi ərizəçinin uşaqlarının dördü də 01 avqust 1996-cı ildən sonra doğulmuşlar. Rayon x2 həmin ərazi üzrə torpaq islahatının aparılmasına dair qərarının 2001-ci ilin may ayında olması nəzərə alınsa belə ərizəçinin Afiyəddin və Məhyəddin adlı övladları həmin tarixdən sonra doğulmuşlar. Onların adlarının torpaq payı almaq hüququna malik subyektlər siyasına necə daxil edildiyi məlum deyildir. Bundan başqa “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yalnız Ərizəçi adının qeyd olunmasına baxmayaraq ərizəçi həmin sənədin ona və uşaqları Səkinə Əsədova, Aygün Əsədova, Afiyəddin Əsədov, Məhyəddin Əsədova məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırkı iş üzrə ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə iddia icraatı qaydasında aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar