Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-473/2023 16.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə 16 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək bacısı X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, bacısı Leyla Seyidova uzun illərdir ruhi xəstədir. Uzun illərdir müalicə olunsa da sağlamlığında heç bir irəliləyiş olmamışdır. Bütün müalicələr nəticəsiz qalmışdır. Valideynləri vəfat etdikdən sonra Leyla onun himayəsində yaşayır. Leylaya bütün qulluğu o və arvadı göstərir. Leyla İsmayıllı rayon X3 Poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində “F72.1 kəskin imbesillik dərəcəsidə olan ağıl zəifliyi” diaqnozu ilə qeydiyyatdadır. Onun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Leylanın kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən bacısı Leyla Seyidovanın fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X15 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X17 izahat verərək göstərdi ki, X7 barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. X5 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Bacısı Leyla anadan gəlmə ruhi xəstədir. Aldığı müalicələr heç bir nəticə verməmiş, səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Leylaya lazımı bütün qulluğu qardaşı Şahin və ailəsi göstərir. Leylanın son zamanlar vəziyyəti daha da ağırlaşmışdır. Onun daima kənar şəxslərin köməyinə ehtiyacı vardır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli arayışdan görünür ki, xx xxxx 1973-cü il tarixdə İsmayıllı rayonun Hacıhətəmli kəndində doğulmuş şəxs Ərizəçidur. X1 və X6r. A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin və AA3141843 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 14 iyul 1969-cu il tarixdə doğulmuş şəxs X9r. X1 və X6r. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 243517 nömrəli 29 mart 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 21 fevral 2022-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 333968 nömrəli 06 mart 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17 fevral 2023-cü il tarixdə vəfat etmişdir. İsmayıllı RİHB-nın Hacıhətəmli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli 206 nömrəli arayışdan görünür ki, X15 valideynləri vəfat etdikdən sonra qardaşı Ərizəçi ilə birlikdə İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşayır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X26 X14 tərəfindən 10 mart 2023-cü il tarixdə verilmiş PHŞ-6-47/3-834/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşayan 14 iyul 1969-cu il təvəllüdlü X2 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F72.1 kəskin imbesillik dərəcəsində olan ağıl zəifliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 06 may 2023-cü il tarixli 1260 nömrəli rəyindən görünür ki, iş materialları əsasında aparılmış ekspert rəyinə əsasən X8 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları qeyd olunur. Leyla Seyidova öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları idarə etmək iqtidarında deyil. Leyla Seyidovanın psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var və onun psixi vəziyyəti məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X15 14 iyul 1969-cu il tarixdə İsmayıllı rayonun hacıhətəmli kəndində anadan olmuşdur. X20 M.R.X-nın X4 “Ruhi-əsəb” kabinetində “F72.1 kəskin imbesillik dərəcəsində olan ağıl zəifliyi” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X8 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları qeyd olunur. Əqli gerilik ağır dərəcədə ifadə olunduğundan öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları idarə etmək iqtidarında deyil. Leyla Seyidovanın psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var və onun psixi vəziyyəti məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ərizəçi X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Leyla Seyidovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında ifadə vermiş şahid Leyla Seyidovanın kənar şəxslərin köməyi olmadan özünü idarə edə bilmədiyini, hərəkətlərinin mənasını dərk etmədiyini, hazırda ərizəçinin himayəsində yaşadığını və ona bütün lazımı qulluğun ərizəçi və ailəsi tərəfindən göstərildiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X2 MRX-nın X4 “Ruhi-əsəb” kabinetində “F72.1 kəskin imbesillik dərəcəsində olan ağıl zəifliyi” diaqnozu ilə dispanser qeydiyatındadır. İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışa və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 rəyinə əsasən məhkəmə hesab edir ki, Leyla Seyidova öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə doğulmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-473/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-473/2023
16.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver