Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-474/2021 09.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 18 mart 1998ci il tarixli 44 saylı qərarına əsasən JN-0166 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən JN-0166 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (bundan sonra “Dövlət Aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Ruşan kəndində yerləşən 2.23 ha torpaq sahəsi onun və oğlu X4 birgə mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında onun ad, soyad və ata adı qeyd edilmişdir. Onun adı həmin vaxt “Lyubov”, atasının adı “Stepanovna” olmasına baxmayaraq aktda səhvən adı “Luba”, atasının adı “Stepan”, kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə Dövlət Aktında onun adında və atasının adında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçi Dövlət Aktında mülkiyyətçi kimi onun adının və atasının adının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki adı və atasının adı ilə Dövlət Aktındakı adı və atasının adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin aktda qeyd edilən ad, soyad və ata adının ona məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçi bibisidir. Ərizəçi və oğlu X4 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunan sənəddə ərizəçinin adı “Lyubov” əvəzinə “Luba”, atasının adı “Stepanovna” əvəzinə “Stepan” kimi yazılmışdır. Göstərilən “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və oğlu Nizami Nəbiyevə məxsus olmasını təsdiq edir. X2 ifadə verərək göstərdi ki, ərizəçi qonşusudur. Ərizəçi və oğlu X4 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunan sənəddə ərizəçinin adı “Lyubov” əvəzinə “Luba”, atasının adı “Stepanovna” əvəzinə “Stepan” kimi yazılmışdır. Göstərilən “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və oğlu Nizami Nəbiyevə məxsus olmasını təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 06.07.2005-ci il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1938-ci il tarixdə İsmayıllı rayonu, Vəng kəndində doğulmuş Ərizəçi İsmayıllı rayonu, Ruşan kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0166 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, bu Dövlət aktı İsmayıllı rayonu, Ruşan kənd sakinləri Ərizəçi və X6 verilib-ona görə ki, İsmayıllı Rayon AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı ilə verilmiş 2.23 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı – mülkiyyətinə verilib. akt 6067 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Aktın bir nüsxəsi Ərizəçi verilmişdir. İş materiallarında olan 04.03.2021-ci il tarixli, 79 saylı İsmayıllı RİHB-nın Ruşan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, JN-0166 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən X8 yazılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli **********55 nömrəli məktubdan görünür ki, ərizəçi JN-166 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və ata adında olan səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və ata adının dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X12 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu, Ruşan kəndində yerləşən 2,23 ha torpaq sahəsinin Ərizəçi və X4 mülkiyyətinə verilməsinə dair JN:0166 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında ərizəçinin adının “Luba”, atasının adının “Stepan”, kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X9 və ərizəçi - Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 06.07.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu, Ruşan kəndində yerləşən 2,23 ha torpaq sahəsinin Ərizəçi və X4 mülkiyyətinə verilməsinə dair JN-0166 Kod 40721018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında ərizəçinin adının “Luba”, atasının adının “Stepan”, kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X9 və ərizəçi - Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 06.07.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-474/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-474/2021
09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver