Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-479/2024 08.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı2 cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yinə qarşı borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********00720 nömrəli abonent koduna vurulmuş 6480 kub metr təbii qazın dəyəri 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 yaşadığı İsmayıllı rayon İvanovka kəndində yerləşən evinə çəkilmiş qaz xəttinə qoşulmuş sayğaca baxış keçirilərək qaz sayğacı çıxarılmş və əvəzində yenisi quraşdırılmışdır. Lakin bir müddət sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğac 29 dekabr 2023-cü il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üzərinə üç ədəd zavod plastmas plomlardan üst hissədəkilərin üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olduğundan 29 dekabr 2023-cü il tarixdə "Təbii X3nın pozulması haqqında" tərtib olunmuş akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 6480 kub.metr itirilmiş təbii qaz iddiaçının hesabına işlənmiş, 777.6 manat ondan tələb edilmişdir. İddiaçı təbii X3nın pozulması tərtib olunmuş aktı imzalamamış, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyərinin onun hesabına əsassız olaraq işləndiyini göstərmişdir. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş təqdim edilir. Sayğacda hər hansı zədə və nasazlıq olsa belə qısa müddət ərzində 6480 kub.metr miqdarında, yəni 777,6 manat dəyərində təbii qazın sərf olunması mümkün deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılmasının və dəyişdirilməsinin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğundan dəyişdirilmiş sayğacın dəyərinin tələb edilməsi də əsasızdır. Cavabdeh təşkilat tərəfindən hesabına vurulmuş 777,6 manat borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş icraatda olduğu müddətdə İddiaçı1 vəfat etdiyindən məhkəmənin 01 aprel 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat iddiaçının hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı2 iddiaçının hüquqi varisi müəyyən edildiyindən məhkəmənin 13 may 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və İddiaçı1 hüquqi varisi İddiaçı2 ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və tələbinin təmin olunmasını xahiş etmişdir. İşə iddiaçının iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayon İvanovka kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Cavabdeh İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 14-2-2/3-5-12336/Q001 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış sayğaca 29 dekabr 2023-cü il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üzərinə üç ədəd zavod plastmas plomlardan üst hissədəkilərin üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir. Cavabdeh İB-nin “Təbii X3nın pozulması haqqında” 29 dekabr 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Cavabdeh İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 29 dekabr 2023-cü il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üzərinə üç ədəd zavod plastmas plomlardan üst hissədəkilərin üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6480 kub. metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 19 mart 2024-cü il ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 09 mart 2024-cü il tarixdə ölmüşdür. 01 aprel 2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat mərhum İddiaçı1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. 04 may 2024-cü il tarixli №276 nömrəli İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, 09 mart 2024-cü il tarixdə vəfat etmiş Puzanov X1 Tatyana Mixaylovna vərəsəlik hüququ hüququ haqqında şəhadətnamə verilməsi üçün 04 may 2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Səlahiyyətli orqanlara müraciət etmiş və o miras qoyan İddiaçı1 hüquqi varisi olduğu qeyd edilmişdir. 09 aprel 2024-cü il tarixli İddiaçı2 adına olan abonentin saldosundan görünür ki, 2023-cü ilin dekabr ayının sonuna iddiaçının **********00720 nömrəli abonent koduna 777,6 manat borc vurulmuşdur. 13 may 2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmiş, İddiaçı1 hüquqi varisi İddiaçı2 ilə əvəz edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X2 yaşadığı İsmayıllı rayon İvanovka kəndində yerləşən evinə çəkilmiş qaz xəttinə qoşulmuş sayğaca baxış keçirilərək qaz sayğacı çıxarılmş və əvəzində yenisi quraşdırılmışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğac 29 dekabr 2023-cü il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üzərinə üç ədəd zavod plastmas plomlardan üst hissədəkilərin üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu bildirilmişdir. İddiaçı təbii X3nın pozulması tərtib olunmuş aktı imzalamamışdır. İddiaçı iddia ərizəsində cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qazın və dəyərinin əsassız olaraq onun hesabına işləndiyini, nasazlıq olsa belə qısa müddət ərzində 6480 kub.metr miqdarında, yəni 777,6 manat dəyərində təbii qazın sərf olunmasının mümkün olmadığını, qaz sayğacının quraşdırılmasının və dəyişdirilməsinin qaz paylayıcısı tərəfindən həyata keçirilməsinin nəzərdə tutulduğundan dəyişdirilmiş sayğacın dəyərinin ondan tələb edilməsinin əsasız olduğunu göstərərək cavabdeh təşkilat tərəfindən hesabına vurulmuş 777,6 manat borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş icraatda olduğu müddətdə İddiaçı1 vəfat etdiyindən məhkəmənin 01 aprel 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat iddiaçının hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı2 iddiaçının hüquqi varisi müəyyən edildiyindən məhkəmənin 13 may 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və İddiaçı1 hüquqi varisi İddiaçı2 ilə əvəz edilmişdir. İddiaçı işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. “X3”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 6480 kub metr miqdarında, yəni 777,6 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsinin tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçının hesabına işlənmiş 6480 kub metr itirilmiş təbii qazın dəyəri 777,6 manat borcun silinməsi və iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 777,6 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı2 **********00720 nömrəli abonent koduna işlənmiş 6480 kub metr təbii qazın dəyəri 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc məbləği silinsin. İddiaçı2 dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunsun. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-479/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-479/2024
08.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver