Məhkəmə qərarları › İş №2(037)-49/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-49/2021

12.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-49/2021 12.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh Babayev Əlı̇ xan Gülalı oğluna qarşı qanunsuz tikilmiş tikililərin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Babayev Əlı̇ xan Gülalı oğluna (bundan sonra cavabdeh) qarşı qanunsuz tikilmiş tikililərin (hamam, tövlə, kanalizasiya xətti) sökülüb götürülməsi, həyətinə axıdılan suların kəsilməsi və dəymiş maddi ziyan kimi 500 manat məbləğinin məcburi qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı şəhəri, İ.Bünyatov küçəsi, ev 30 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsini 2002-ci ildə satın almış və 2007-ci ildə həmin həyətdə bir mərtəbəli, iki otaqlı yaşayış evi inşa etdirmişdir. xx xxxxxx 2014-cü il tarixdə ev və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestri xidməti tərəfindən qeydiyyata alınaraq ******* saylı çıxarış və fərdi yaşayış evinin texniki pasportu hazırlanaraq ona verilmişdir. Qonşusu olan cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində 50 santimetrdən çox keçərək evinin divarına bitişik, yəni ara məsafəsi qoymadan tövlə və hamam tikmişdir. Cavabdeh tövlə və hamam tikəndə onun evinin arxa divarı ilə ara məsafəsi saxlamadığı üçün axan su birbaşa evinin divarına dəyərək nəmişlik yaratmış və nəticədə evin içəri divarı həmişə kif bağlayaraq evdə olan əmlakları xarab olmuşdur. Buna görə də o, hər il divarı təmir etmək məcburiyyətində qalmışdır. Cavabdehin tikililərinin üzərindən axan su birbaşa evinə və evin altına axaraq divarın bünövrəsini laxlatmışdır. Onun evinin alt döşəməsi həmin sulardan həmişə rütubətli olduğu üçün artıq çürümək üzrədir. Hamam və digər çirkab suların axdığı kanalizasiya xətti birbaşa evinin dibinə axır və üfunət iyindən evdə oturmaq mümkün deyil. Hamamın tüstü borusu birbaşa evinin içinə vurduğu üçün hər an yanğın qorxusu ilə yaşayır. Cavabdehin təqsiri üzündən hər il evini təmir etdirmək məcburiyyətində qaldığından ona 500 manat maddi ziyan dəymişdir. O, dəfələrlə cavabdehə zəbt etdiyi torpaq sahəsini boşaltmağını, qanunsuz tikdirdiyi tikililərin sökülməsini və çirkab suları onun həyətinə axıdılmasının qarşısını almasını xahiş etsə də buna məhəl qoymamışdır. Müxtəlif orqanlara şikayəti ilə əlaqədar nümayəndələri onun həyətində olaraq araşdırma aparmaq istədikdə cavabdeh onları söyərək qovmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən qanunsuz tikilmiş tikililərin (hamam, tövlə, kanalizasiya xətti) sökülüb götürülməsini, həyətinə axıdılan suların kəsilməsino və dəymiş maddi ziyan kimi 500 manat məbləğinin məcburi qaydada alınıb ona verilməsini tələb edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı şəhəri, İ.Bünyatov küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evini 1998-ci ildəsatın aldığı həyətyanı torpaq sahəsi üzərində inşa etmişdir. İddiaçının sökülməsini tələb etdiyi tikili illər öncə mövcud olmuşdur. İddiaçının evinin arxasına onun tərəfindən hər hansı çirkab suları axıdılmır. Güclü yağıntılar olduqda həyətinə tökülən yağış suları həmin iki tikili arasındakı məsafədən küçəyə axır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx xxxx 2020-ci il tarixli 407-1/3682 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportundan və ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, İ.Bünyatov küçəsi, ev 30 ünvanında yerləşən ümumi sahəsi 75.1 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. xx xxx 2020-ci il tarixli 4Ə-292 reyestr nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, İ.Bünyatov küçəsi, ev 32 ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar torpaq sahəsini tam mülkiyyət üzrə Cavabdeh satmışdır. xx xxxxxx 2020-ci il tarixli AA№580883 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən və ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, İ.Bünyatov küçəsi, ev 32 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2020-ci il tarixli 06/2546 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinin tələbinə uyğun olaraq mülkiyyətdə, icarədə və istifadədə olan torpaq sahələrində hündürlüyü 5 m və sahəsi 100 kv.m olan yardımçı tikililərin inşa edilməsinə icazə tələb olunmadığı və torpaq sahələrinin özbaşına zəbt edilməsi digər mülkiyyətə aid torpaqların tutulması qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət yaratması qeyd edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin xx xxxx 2021-ci il tarixli 05/140 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı və Cavabdeh məxsus tikililər 2013-cü ilin yanvar ayının 1-dən əvvəl Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa etdiyi üçün həmin tikililərin baş planda yerləşmə vəziyyətini Məcəllənin 69-cu maddəsinin tələblərinə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 72 nömrəli qaərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl” Qaydalara uyğunluğunu yoxlamaq mümkün olmamışdır. Hər iki şəxsin müxtəlif zamanlarda 2006-2011-ci illərdə inşa etdikləri tikililər o zaman qüvvədə olan Azərbaycan Dövlət Tikinti Normalarının “AzDTN 2.6-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın 4.13-cü bəndinə uyğun olaraq layihələndirilməli olduğunu, tərəflər qeyd olunan ünvanda qonşuluq sərhəddinə yaxın hissələrdə tikinti niyyətlərini həyata keçirərkən qarşılıqlı olaraq razılaşmış, lakin vaxtında maraqlara toxunan halları mübahisələndirməmişlər və inşa etdikləri tikililərin qonşuluq sərhəddinə yaxın olduğunu nəzərə alaraq tikililər arasına atmosfer yağıntılarının yığılmaması üçün hər iki qonşunun razılığı əsasında ortaq dam örtüyünün quraşdırılmasını məqsədəuyğun hesab etdikləri göstərilmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan İsmayıllı şəhəri ərazisində yerləşən, iddiaçının inşa etdiyi mübahisəli fərdi yaşayış evinin xx xxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və həmin tarixli **********50-10301 nömrəli texniki pasporta əsasən onun mülkiyyətində olan 0.03 hektar torpaq sahəsində və ya xx xxxxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və həmin tarixli **********43 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0.06 hektar torpaq sahəsində inşa olunub-olunmaması, cavabdehin inşa etdiyi evin və digər yardımçı tikililərin (hamam, tövlə, kanalizasiya xətti) onun öz torpaq sahəsində və ya iddiaçının torpaq sahəsində inşa edilib-edilməməsi, tərəflərin bir-birilərinin torpaq sahələrini zəbt edib-etməməsi, inşa etdikləri fərdi yaşayış evlərinin və digər yardımçı tikililərin tikintisi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində göstərilən tələblərə əməl olunub-olunmaması barədə mütəxəssis rəyi verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq verilmiş mütəxəssis rəyində göstərilir ki, iddiaçının inşa etdiyi mübahisəli fərdi yaşayış evi onun mülkiyyətində olan 0.03 hektar torpaq sahəsi üzərində, cavabdehin inşa etdiyi fərdi yaşayış evi və digər yardımçı tikililər onun mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş və tərəflərin bir-birinin torpaq sahələrini zəbt etməsi halı aşkar olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının inşa etdiyi mübahisəli fərdi yaşayış evi və cavabdehin inşa etdiyi fərdi yaşayış evi və digər yardımçı tikililər hər birinin öz torpaq sahəsi üzərində inşa edilmişdir. Tərəflərin bir-birinin torpaq sahələrini zəbt etməsi halı aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Babayev Əlı̇ xan Gülalı oğluna qarşı qanunsuz tikilmiş tikililərin (hamam, tövlə, kanalizasiya xətti) sökülüb götürülməsi, həyətinə axıdılan suların kəsilməsi və dəymiş maddi ziyan kimi 500 manat məbləğinin məcburi qaydada alınıb ona verilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar