Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-726/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qonşu təsirinin aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, tərcüməçi X6, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 Haqverdi oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "qonşu təsirinin aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 40/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 529 nömrəli reyestr kitabının 49870 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, ünvan 3-nin texniki pasportu xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir.
2. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 5 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 358 nömrəli reyestr kitabının 33447 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, 1-ci Döngə ev 7A-nın texniki pasportu xx.xx.2017-ci il tarixdə tərtib edilmişdir.
3. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinə ünvanladığı müraciəti əsasında tərəflərindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq bildirilmişdir ki, şikayətinin mülki xarekterli olmasını nəzərə alaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ona məxsus evin divarının və hasarının ətrafında qazıntı işlərinin aparılmasının qadağan edilməsi, evinin divarına bitişik tikdiyi meydançanı oradan söküb götürməsi, qaz xəttinin onun divarından uzaqlaşdırması, evinin divarına bitişik tikdiyi meydança nəticəsində orada nəmişlik yaratması ilə əlaqədar divarda yaranmış çatın bərpa olunması üçün vurduğu maddi ziyana görə 5.000 manat pulun alınıb ona verilməsi və ya öz hesabına evi tam təmir etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən həyət evi və bu evin yerləşdiyi 0,01 ha torpaq sahəsi şəxsi mülkiyyət hüququ ilə ona məxsusdur. Onunla Cavabdeh 14 ildir ki, qonşuluqda yaşayır. Bu müddət ərzində cavabdeh daimi ona qonşuluq münasibətlərində ziyanlar vurmuşdur. Belə ki, cavabdeh onun evinin divarı hesabına özünə şərait yaratmış, qaz borusunu divarından çəkmiş, burada özü sonradan inşa etdiyi pilləkən və pilləkənın sonunda üstünə çıxmaq üçün evinin divarına bitişik meydança tikmişdir. Həmin qurğular evinin divarına bitişik inşa edildiyindən evində nəmişlik və pis iyi gəlməyə başlamışdır. Bundan başqa, cavabeh özünə məxsus evin həyətində üzüm tənəkləri əkmiş və bu tənəklər onun damının üstünə çıxmışdır. Buna etiraz etdikdən sonra o, bu tənəkləri buradan kəsib götürmüşdir. Bütün bu işlərdən başqa cavabdeh onun şəxsi mülkiyyətində olan evinin divarının yaxınlığında çalalar qazmış, çölə çıxan divardan kanalizasiya xətti keçirmək üçün deşik açaraq kanalizasiya xətti çəkmək istəmişdir. Lakin o buna öz narazılığını bildirdikdən və sahə müvəkilli bu işə qarışdıqdan sonra cavabdeh hərəkətlərini dayandırmış və qazdığı çalaları doldurmuşdur. Cavabdehin onun evinin divarına bitişik meydança inşa etməsi nəticəsində evin divarında çatlar yaranmış və təmir olunması tələb edilir. Cavabdeh özünün bu hərəkətləri nəticəsində ona ziyan vurmuşdur. O, cavabdehə onun divarına bitişik qaz trubasını buradan götürməsini, evinin divarına bitişik meydançanın divardan aralamasını, divarının ətrafında qazıntı işlərinin aparmamasını nəzərinə çatdırsa da o, özünün bu əməllərindən əl çəkməmişdir. Bununla bağlı cavabdehin cinayət məsuliyyətinə cəlb olunması üçün Suraxanı RPİ-nin 31ci Polis Bölməsinə müraciət etmiş, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi özünün 098- 7360-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə ona cavab verərək bildirmişdir ki, məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, cavabdehə ona məxsus divarın ətrafında qazıntı işlərinin aparılması qadağan edilməli, evinin divarına bitişik tikdiyi meydançanı buradan söküb götürməli, qaz xəttini onun divarından uzaqlaşdırmalı, evinin divarına bitişik tikdiyi meydança nəticəsində burada nəmişlik yaratması ilə əlaqədar divarda yaranmış çatın bərpa olunması üçün vurduğu maddi ziyana görə pul ödəməli və ya öz hesabına təmir işləri aparmalıdır.
6. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/5062 saylı rəyindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evin divarlarında çatlar olduğu müəyyən edilmişdir. Lakin əmələ gəlmiş çatların nə səbəbdən yaranmasının və qonşunun tikdirdiyi meydançanın nəmişlik yaratması səbəbindən yaranıb-yaranmamasını müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyi təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli, 10/5062 saylı vəsatət verilmişdir. Sözügedən mütəxəssis rəyi bu günədək təqdim edilmədiyindən fərdi yaşayış evində yaranmış çatların və həmin çatların hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1150,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Şəhərsatma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5-ci bəndinin tələbləri nəzərə alınmaqla, qonşu həmin divardan 2,1 metr (3,5 m x 0,6) məsafədə müxtəlif tikinti işləri (tikinti təmir qaz xətlərinin çəkilməsi və s.) görə bilər.
7. xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin kəllə otağında (texniki pasportda 4-cü otaq) arxa boyuna divarda daxili eninə divarla birləşmə yerinə yaxın kiçik ölçülü şaquli çat (eni təxminən 0,20- 0,30 mm) müşahidə olundu. Çatın yeri daxili tərəfdən təzahür edilir, xarici tərəfdən isə cavabdehin pilləkən və terrasından kənar, arxa divarın sərbəst sahəsindən keçir. Yaranmış çat təhlükəli xarakter daşımır. Həmin otağın qonşu tərəfdəki və digər divarlarında da nəmlik və rəng qatında aşınma mövcuddur. Müşahidə olunan mövcud çatın əsasən aşağıdakı səbəblərdən yarandığı qəbul edilir: bütün yükdaşıyan divarların, o cümlədən çat yaranmış divarın qalınlığı 20 sm yerinə yetirilib ki, bu da tikinti norma və qaydaların tələblərinə cavab vermir. Cavabdehə məxsus pilləkən və terras sahəsinin iddiaçının evinin arxa divarına söykənməsi nəticəsində təzyiq yaranır ki, bu da yolverilməzdir. İddiaçı ilə cavabdehin tikililəri arasında ara məsafə saxlanılmamışdır ki, bu da Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir. Tikililər və əraziyə baxış zamanı mütəxəssis tərəfindən iş üçün əhəmiyyətli olan, lakin haqqında sual qoyulmayan hallar müəyyən edildiyindən və yaşayış üçün təhlükəsizliyin təmin olunması məqsədi ilə bu barədə mütəxəssis mülahizələrini öz rəyinə daxil etməyi məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin (Maddə 69. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) tələbləri yerinə yetirilməmişdir. Belə ki, qonşular arasında ara məsafəsi saxlanılmamışdır. İddiaçının evinin arxa divarı və cavabdehin pilləkən və terras sahəsi sərhəd xəttində inşa edilmişdir. Həmçinin, həmin Məcəllənin 73-cü maddəsinin tələblərinə də (Maddə 73. Hasarların tikintisinə dair tələblər) əməl olunmamışdır. Belə ki, qonşular arasında hasarın hündürlüyü 3,0+4,6 m-dir. Texniki normalara (h= 2,20 m və ya çöx olduqda xüsusi şərtlər daxilində) cavab verməyən bu hasar istinad divarı funksiyasını da yerinə yetirir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması təmin olunmamışdır. Bununla yanaşı, istər iddiaçı ilə cavabdehin, istərsə də iddiaçı ilə yuxarıdakı digər qonşunun evləri arasında sərt relyef mövcuddur. Texniki cəhətdən qənaətbəxş olmayan adı çəkilən hasarın və digər qonşu arasında olan hasarın da bir tərəfi ağır qrunt kütləsinin təsirinə məruz qalmışdır. Ona görə də təhlükəsizliyin təmin olunması məqsədi ilə hasarlarda möhkəmləndirmə tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilir.
8. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/7302 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası FHN Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə X1 mütəxəssisləri tərəfindən tədqiqat obyektinə vizual texniki baxış keçirilmiş və tərtib edilmiş 23 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: İddiaçı məxsus fərdi yaşayış evinin kəllə otağında (texniki pasportda 4-cü otaq) arxa boyuna divarda daxili eninə divarla birləşmə yerinə yaxın kiçik ölçülü şaquli çat (eni təxminən 0,20-0,30 mm) müşahidə olundu. Çatın yeri daxili tərəfdən təzahür edilir, xarici tərəfdən isə cavabdehin pilləkən və terrasından kənar, arxa divarın sərbəst sahəsindən keçir. Yaranmış çat təhlükəli xarakter daşımır. Həmin otağın qonşu tərəfdəki və digər divarlarında da nəmlik və rəng qatında aşınma mövcuddur. Müşahidə olunan mövcud çatın əsasən aşağıdakı səbəblərdən yarandığı qəbul edilir: bütün yükdaşıyan divarların, o cümlədən çat yaranmış divarın qalınlığı 20 sm yerinə yetirilib ki, bu da tikinti norma və qaydaların tələblərinə cavab vermir. Cavabdehə məxsus pilləkən və terras sahəsinin iddiaçının evinin arxa divarına söykənməsi nəticəsində təzyiq yaranır ki, bu da yolverilməzdir. İddiaçı ilə cavabdehin tikililəri arasında ara məsafə saxlanılmamışdır ki, bu da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir.
9. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/1772 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçı X8 mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin faktiki ölçüləri və planı iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “torpaq sahəsinin və tikintinin planı və ölçüsü”ndəki sxemlə və planla uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin faktiki ölçüləri və planı cavabdehə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “torpaq sahəsinin və tikintinin planı və ölçüsü”ndəki sxemlə və planla uyğun olmadığı, belə ki, Cavabdeh tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə bitişik uzunluğu 6,5 metr, eni 2,3 metr, hündürlüyü 1,3 metr olan əlavə meydança inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş əlavə meydança tikilisinin yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-40/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus evin divarının və hasarının ətrafında qazıntı işlərinin aparılması qadağan edilməsi; İddiaçı məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarına bitişik tikdiyi meydançanın oradan sökülüb götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması; Cavabdeh vurulmuş maddi ziyana görə 575 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, iddia tələbinə iki istiqamətdə qiymət verilməlidir. Belə ki, əvvəla cavabdeh tərəfindən aparılmış tikinti və qazıntı işlərinin qanunsuz olub-olmaması, ikinci isə həmin hərəkətlər nəticəsində iddiaçıya maddi ziyanın vurulub-vurulmaması. İşin araşdırılmış halları, həmçinin aparılmış ekspertiza tədqiqatları nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi reyestr xidməti tərəfindən ona verilmiş ölçü və plan əsasında inşa edilmişdir. Sadəcə olaraq evin çat vermiş divarı 20 sm qalınlığında olmaqla texniki normalarına cavab vermir. Həmçinin eyni ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin fərdi yaşayış evi və həyətində olan tikililər ona reyestr xidməti tərəfindən verilmiş plan və ölçüdə nəzərdə tutulmuş qaydada inşa edilməmiş, iddiaçının divarına bitişik inşa etdiyi meydança mənzil məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Bu isə həmin tikilinin (meydançanın) texniki normalara riayət edilmədən tikilməsini və bununla da iddiaçının mülkiyyət hüquqlarının pozulmasını təsdiq edir.
12. Məhkəmə iş üzrə verilmiş ekspert rəylərini mötəbər sübut kimi qəbul edir və həmin rəylərin işin digər araşdırılan halları ilə üst-üstə düşməklə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması nəticəsində tikili inşa etməsini, qazıntı işləri aparmasını təsdiq edir.
13. Məhkəmə iddia tələbinin 5000 manat məbləğində maddi ziyanla bağlı hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı ona vurulmuş zərərin əvəzinin 5000 manat məbləğində olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, keçirilmiş ekspertiza nəticəsində təmir işləri üçün 1150 manat məbləğində xərcin tələb olunduğu bildirilmişdir. Məhkəmə qeyd etmişdir ki, təmir üçün tələb olunan məbləğ 1150 manat olsa da, həmin məbləğin yarısı, yəni 575 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, verilmiş ekspertiza rəyləri əsasında divara zərər vurulmasında hər iki tərəfin təqsirinin olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, təmir üçün tələb olunan məbləğin yarısı cavabdehdən tutulmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 21.2, 21.3, 152.1, 152.5, 157.2, 157.4, 157.8, 1096 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-40/2023 saylı 14 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(010)-040/2023 nömrəli qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.5, 157.2, 157.4, 157.8,1096 və 1097.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasını aparmış Məhkəmə Ekspertizası Mərkəzinin ekspertİsa Eyvazzadə tərəfindən tərib edilmiş xx.xx.2022-ci il tarixli, 10/5062 nömrəli rəyindən görünür ki, baxış zamanı ididaçıya məxsus evin divarında çatlar (zərərin miqdarını əsassız artırmaq üçün çatların sayı və həcmi məqsədli olaraq göstərilməmişdir. Halbuki cəmi 20-30 sm. uzunluğunda bir çat mövcud olmuşdur) müəyyən edilmiş, lakin əmələ gəlmiş çatların hansı səbəbdən yaranması və qonşunun tikdiyi meydançanın nəmişlik yaratması səbəbindən yaranıb-yaranmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, həmin rəydə ekspert iddiaçıya məxsus evdə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətinə uyğun dəyərinin təqribən 1.150 manat olması nəticəsində gəlmişdir. Bununla belə, ekspert istinad edilən rəyində onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələbləri baxımından qonşu həmin divardan 2.1 metr məsafədə təmir-tikinti işləri görə bilər. Lakin iddiaçının da bu qaydalara riayət edibetməməsi barədə rəydə heç bir qeyd aparmamışdır. Lakin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, baxış zamanı iddiaçını evinin yalnız kəllə otağında arxa boyuna divarda daxili eninə divarla birləşən yerinə yaxın kiçik ölçülü (0.20 – 0.30 mm) şaquli çat müşahidə olunmuşdur. Həmin rəydə həmçinin qeyd edilir ki, çatın yeri daxili tərəfdən təzahür edir, xarici tərəfdən onun pilləkən və terrasından kənar, arxa divarın sərbəst sahəsinə keçir. Yaranmış çat təhlükəli xarakter daşımır. Həmin otağın qonşu tərəfdəki və digər divarında da nəmlik vərəng qatında aşınma mövcuddur. Mütəxəssis müəyyən olunan çatın yaranma səbəbi kimi rəyində qeyd etmişdir ki, bütün yükdaşıyan divarların, o cümlədən çat yaranmış divarın qalınlığı 20 sm yerinə yetirilmişdir ki, bu da tikinti norma və qaydalarına cavab vermir. Mütəxəssis rəyində həm iddiaçının, həm də cavabdehin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69 və 73-cü maddələrinin tələblərinə riayət etmədikləri, habelə tikintilər arasında ara məsafəsi saxlamamalarının istinad edilən Məcəllənin tələblərinə zidd olduğu da qeyd edilmişdir. Göründüyü kimi, mütəxəssis çatın yaranma səbəbi kimi bütün yükdaşıyan divarların, o cümlədən çat yaranmış divarın qalınlığının 20 sm enində yerinə yetirilməsi ilə əlaqələndirilmiş və bunun da tikinti norma və qaydalarına cavab vermədiyini qeyd etmişdir. Qeyd edilməlidir ki, xx/xx/2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi mülkiyyətdə olan 0,01 ha yəni 100 kv.metr torpaq sahəsi üzərində inşa edilmişdir. Lakin mütəxəssis rəyində qeyd edilmişdir ki, baxış zamanı iddiaçının evinin uzunluğu 12.30 metr, eni 8.30 metr (12.30 x 8.30 = 102,09 kv. metr) müəyyən edilmişdir. Yəni baxış zamanı iddiaçının fərdi yaşayış evinin həcminin onun mülkiyyətində olan torpaq sahəsindən 2,09 metr artıq olması müəyyən edilmişdir. Bu isə o deməkdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həcmi torpaq sahəsinin həcmindən böyükdür, yəni iddiaçının inşa etdiyi fərdi yaşayış evi onun mülkiyyətində olan 100 kv. metr torpaq sahəsinin hüdudlarından kənara çıxmışdır. Daha doğrusu iddiaçının evinin arxa divarı ona aid torpaq sahəsində inşa edilmişdir. Buna baxmayaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki-ekspertizasını təkrarən aparmış Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İsa Eyvazzadə, məhkəmənin ekspert qarşısında qoyduğu İddiaçı məxsus fərdi yaşayış evinin torpaq sahəsinin faktiki plan və ölçülərinin DƏDRX-nin 1 saylı Bakı ərizi idarəsi tərəfindən verilmiş “torpaq sahəsinin və tikintinin planı və ölçüsü”ndəki sxemlə və planla uyğundurmu? Uyğunsuzluq varsa, nədən ibarətdir? Əgər uyğunsuzluq varsa sərhədləri və təmas xətti göstərməklə hansı ölçülərdə” sualı üzrə xx.xx.2023-cü il tarixli, 10/1772 nömrəli ekspert rəyində göstərmişdir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinin faktiki ölçüləri və planı iddiaçıya DƏDRX-nin 1 saylı Bakı ərizi idarəsi tərəfindən verilmiş “torpaq sahəsinin və tikintinin planı və ölçüsü”ndəki sxemlə və planla uyğun olduğunu qeyd etmişdir. Həmin rəydə ona münasibətdə isə ekspert qarşısında qoyulmuş anoloji sual üzrə X9, onun adına DƏDRXnin 1 saylı Bakı ərizi idarəsi tərəfindən verilmiş “torpaq sahəsinin və tikintinin planı və ölçüsü”ndəki sxemlə və planla ona məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki ölçülərinin və planının uyğun olmadığını qeyd etməklə, tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə bitişik, uzunluğu 6.5 metr, hündürlüyü 1,3 metr olan əlavə meydança inşa edildiyini göstərmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan 100 kv.metr torpaq sahəsində inşa edilmiş 8.30 met enində və 12.30 metr uzunluğunda, ümumilikdə 102,09 kv.metr (8.30 metr x 12.30 metr = 102,09 kv. metr) həcmində fərdi yaşayış evinin 20 sm enində olan arxa divarı onun torpaq sahəsinin hüdudlarından çıxıb onun torpaq sahəsinə keçməsi bəlli olmayan səbəblərdən ekspert tərəfindən uyğunsuzluq kim qiymətləndirilməmiş və rəydə qeyd etməmişdir. Odur ki, o, MEM-nin eksperti İsa Eyvazzadənin iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli,10/1772 nömrəli ekspert rəyi qeyriobyektiv və işin hallarına uyğun olmayan hesab edilərək sübut kimi qiymətləndirilməməyi məhkəmədn xahiş etmişdir, əks təqdirə iş üzrə təkrar məhkəmə tikintitexnikieksperizasının təyin edilməsi və ekspertizanın aparılmasını MEM-nin başqa ekspertinə həvalə olunması barədə qərardad qəbul etməyi xahiş etdi. Lakin məhkəmə vəsatətinə münasibət bildirməməklə, onu tərəflərin iştirakı ilə müzakirə etmədi, əksinə X9nin verdiyi qeyri-obyektiv və mütəxəssis rəyinə zidd olan xx.xx.2023-cü il tarixli,10/1772 nömrəli ekspert rəyindən əsas sübut növü kimi istifadə etdi. Qeyd edir ki, məhkəmə öz qətnaməsində iddiaçıya məxsus evin divarının və hasarının arxasında qazıntı işlərinin aparılmasının ona qadağan edilməsini qət etsə də, onun iddiaçıya məxsus evin divarının və hasarını arxasında qazıntı işlərinin aparmağını sübuta yetirilməmiş, ümumiyyətlə müəyyən edilməmişdir. Bununla belə, həmin məhkəmə qətnaməsi ilə sökülüb götürülməsi vəzifəsi üzərinə qoyulmuş pilləkənlə bağlı qeyd edir ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini Şirinov X5 almış və həmin əmlak üzərində onun mülkiyyət hüququ xx/xx/2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Ona məxsus fərdi yaşayış evinin və torpaq sahəsi üzərində onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,10/1772 nömrəli ekspert rəyində onun adına DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş “torpaq sahəsinin və tikintinin planı və ölçüsü”ndəki sxemlə və planla ona məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki ölçülərinin və planının uyğun olmadığının göstərilməsinə baxmayaraq, həqiqətdə isə fərdi yaşayış evinə dair onun adına xx.xx.2017-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş texniki pasport təsdiq edilərək ona əlavə edilmiş planda pilləkən və pilləkən meydançası öz əksini tapmışdır. İddiaçı məxsus fərdi yaşayış evinə bitişik, uzunluğu 6,5 metr, hündürlüyü 1,3 metr olan meydançanın inşası ilə bağlı qeyd edir ki, 2003-cü ilin təxminən may-iyun aylarında Nuri Şirinovla o hər birinə 0,02 ha torpaq sahəsini Məmmədov Zahid adlı şəxsdən almışlar. O, aldığı torpaq sahəsində ev tikib 2003-cü ilin sentyabr ayında ailəsi ilə həmin evə köçüb yaşayırdılar. Ailə üzvləri ilə hazırkı evində yaşamaları ödədiyi kommunual xərclərin qəbzləri ilə də təsdiq olunur. Nuri Şirinovla torpaqlarının sərhədləri bilinsin deyə o, aradan 3-4 mişar daşı, bəzi yerlərdə isə torpağın səviyyəsində asılı olaraq 2.3 mişar daşı hündürlüyündə hasar inşa etmişdir. Qeyd etdiyi kimi Nuri Şirinov hazırda İddiaçı məxsus fərdi yaşayış evinin tikintisinə hələ başlamamışdı. O, artıq mübahisə predmeti olan pilləkəni də düzəldib istifadə edirdi. Nuri Şirinova məxsus olmuş torpaq sahəsinin səviyyəsi ona aid torpaq sahəsinin səviyyəsindən bir metrdən artıq aşağı səviyyədədir. Odur ki, aralarındakı hasarı inşa edərkən özünə aid torpaq sahəsinin sərhəd hissəsini Şahid2 torpaq sahəsinin səviyyəsinə qədər kəsib götürdükdən sonra hasarı inşa etdi. Bu səbəbdən ona aid torpaq sahəsi özü-özlüyündə hasarın ona aid tərəfinə söykənmişdi. Pilləkəni düzəldəndə isə sadəcə olaraq hasara söykənmiş torpaq sahəsini pilləkən şəklinə salıb üzərinə tamet daşı döşətdirmişdir. O, orada xüsusi olaraq pilləkən inşa etməmişdir. Tamet daşlarının altı və divara söykənmiş hissəsi torpaqdan ibarətdir. O, təxminən iki ildir ki, həmin evdə yaşayırdı. Bir gün işdən evə gələndə gördü ki, Şahid2 tərəfindən aralarında ona aid torpaq sahəsində tək mişar daşı ilə təxminən 60-80 sm hündürlüyündə inşa edilmiş hasarın üzərindən əlavə tikinti işləri aparır. Araşdıranda gördü ki, Şahid2 hasarın üstündən evinin arxa divarını inşa edir. Buna görə aralarında narazılıq yarandı, lakin Şahid2 onu əmin etdi ki, öz tərəfindən də əlavə divar inşa edəcəkdir. Lakin o, öz tərəfindən heç bir divar inşa etmədən onun hasarının üzərindən özünün bir otaqlı evinin arxa divarını inşa edərək, tələm-tələsik bir otaqlı ev tikib ailəsi ilə oraya köçdü. Bir otaqlı ev onun ailəsinin yaşayışı üçün yetərli olmadığından, həmin otağa birləşik ikinci bir otaq inşa edib arxasını onun pilləkəninə söykədi. Bununla bildirmişdir ki, o, pilləkəni qonşunun divarına bitişik inşa etməmişdir. Əksinə qonşu Şahid2 aralarındakı hasarı ona aid torpaq sahəsindən 20 sm enində davam etdirib pilləkənə söykəmiş və üzərində uşaq otağı inşa edib birinci tikdiyi otağa birləşdirmişdir. Şahid2 evinin otaqları ayrı-ayrı vaxtlarda və tək daşla inşa edildiyindən, otaqların divarlarının birləşməsi yetərli və etibarlı olmamışdır. Eyni zamanda otaqların, ümumiyyətlə bütövlükdə evin 20 sm enində tək daşdan inşa olunması evin divarlarında çatların və nəmin yaranmasına səbəb olmuşdur. Qeyd etdikləri mütəxəssis rəyində də öz əksinin tapmışdır. Belə ki, xx.xx.2022ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, baxış zamanı iddiaçının evinin yalnız kəllə otağında arxa boyuna daxili eninə divarla birləşən yerinə yaxın kiçik ölçülü (0.20 – 0.30 mm) şaquli çat müşahidə olunmuşdur. Həmin rəydə həmçinin qeyd edilir ki, çatın yeri daxili tərəfdən təzahür edir, xarici tərəfdən isə cavabdehin pilləkən və terrasından kənar, arxa divarın sərbəst sahəsindən keçir. Yaranmış çat təhlükəli xarakter daşımır. Həmin otağın qonşu tərəfdəki və digər divarında da nəmlik vərəng qatında aşınma mövcuddur. Mütəxəssis müəyyən olunan çatın yaranma səbəbi kimi qeyd etmişdir ki, bütün yükdaşıyan divarların o cümlədən çat yaranmış divarın qalınlığı 20 sm yerinə yetirilib ki, bu da tikinti norma və qaydalarına cavab vermir. İşin yuxarıda istinad edilən halları ilə kifayət qədər sübuta yetirilir ki, onun inşa etdiyi pilləkən tikinti norma və qaydalarına tam cavab verməklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adına verilmiş texniki pasport və təsdiq edilərək ona əlavə edilmiş plan-sxemdə öz əksini tapmışdır. Bununla belə qeyd edir ki, birinci instansiya məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(010)-040/2023 nömrəli qətnaməsi ilə iddiaçıya vurulmuş maddi ziyana görə ondan 575 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsinin hansı əsasla qət edilməsi sual doğurur. Çünki, əvvəla məhkəmə iddiaçıya 575 manat məbləğındə ziyan vurmağını qət edərkən hansı hüquq normasına əsaslanmış və həmin ziyanın məbləğı necə və kim tərəfindən müəyyən edilmişdir. Çünki hakim yalnız hüquqi məsələlərə dair nəticəyə gələ bilər. Ziyanın həcmi və məbləğinin nədən formlaşması yalnız bu sahədə xüsusi biliyə malik olan şəxs tərəfindən müəyyən edildiyi halda qanuni və əsaslı sayıla bilər. Ekspertin rəyində isə ziyanın məbləği 1150 manat miqdarında müyyən edilmişdir. Lakin ziyanın yaranma səbəbləri isə mütəxəssis rəyində öz əksini tapmışdır. Mütəxəssis isə iddiaçının evinin divarında müəyyən olunan cüzi və təhlükəli xarakter daşımayan 20-30 sm uzunluğunda çatın və divarlardakı rəng aşınmanın yaranma səbəbi kimi bütün yükdaşıyan divarların, o cümlədən çat yaranmış divarın qalınlığının 20 sm yerinə tikilməsi və bununla da tikinti norma və qaydalarının pozulması ilə əlaqələndirmişdir. Göründüyü kimi, ona məxsus pilləkən meydançasının iddiaçının evinin arxa divarına bitişik inşa edilməsi ilə iddiaçının evinin davarlarında (pilləkəndən kənar divarlarında) rəng aşınması və çat yaranması arasında heç bir səbəbli əlaqə mövcud deyildir. Bu hal təsdiq edir ki, tərəfindən iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi heç bir sübuta söykənmədən çıxarılmışdır. Ekspertiza rəyində belə iddiaçıya onun tərəfindən zərər dəyməsi barədə heç bir hal göstərilməmişdir. O, həmin evdə 2003-cü ildən yaşayır, qarşı tərəf isə ondan təxminən 2-3 ay sonra həmin evi tikdi. O, evlə bağlı yenidən çıxarış almışdır. Texniki pasportda həmin meydança göstərilməməli idi. Ekspertiza qeyd edir ki, guya o, plandan kənara çıxmış, bu layihədə göstərilir. O, çıxarış alan zaman layihə tələb olunmadı, evin çıxarışı layihəsiz ona verildi. Evin çıxarışında yaşayış sahəsi, qalan boş sahələr isə qeyri-yaşayış sahəsi kimi göstərilir, orada meydança olaraq göstərilmir. Ekspertiza rəyində qeyd edilir ki, o, “plaşadka” yaratmışdır. Aralarında barışıq əldə olunması mümkün deyildir. 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, evin sahəsi mütəxəssis rəyində göstərilmişdir. 200 kv.m torpaq sahəsi, 202 kv.m yaşayış evinin sahəsi göstərilmişdir. İddiaçıdan əvvəl həmin yaşayış sahəsində yaşamış şəxs ona ayrılmış sahədən kənara çıxmışdır. İddiaçı zərərin nədən ibarət olduğunu sübut edə bilmir. İddiaçı bildirir ki, zərər pilləkənin tikintisi ilə əlaqədar yaranmışdır. Mütəxəssis isə qeyd edir ki, zərər pilləkənə görə yaranmamışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə çatın mövcud olub-olmaması və çəkiləcək xərclər müəyyən olunmuşdur. Lakin çatın nədən yaranması səbəbini FHN-in mütəxəssisləri müəyyən etdi. Mütəxəssis qeyd edir ki, bu torpaq sahəsi 100 kv.m-dir. Mütəxəssis qeyd edir ki, hər iki tərəf tikinti norma və qaydalarını pozumuşdur. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Həmçnin bildirmişdir ki, Asim torpağı 2004-cü ildə, yəni 4 il ondan qabaq almışdır. O, evi 2007-ci ildə almışdı. Evi alan zaman evin darvazası yox idi, ancaq torpaq almışdı. 7 il darvaza olmayan müddətdə onları narahat etmirdi. İddiaçı küçədən öz evinə gedir. O, dağda yaşayır. Onlar ev tikdilər, daş, lövhə daşıyırdılar ki, gəzə bilsinlər. Onlar evi alan vaxt heçnə yox idi, nə kanalizasiya, nə pilləkən, nə sayğac, nə də su üçün motor var idi. Dediyi hər şey onun evinin altındandır. Onların evi fundamentinin altında 5 dərin quyu qazdı. 3 qalın trubanı üzüm çardağı üçün, hansının ki, üstünə də yenə truba qoydu. Birini onların evinin altından motor üçün hansı ki, səs salır, evi nəmişlik aparır, divarın suvağı gedib. Orada hələ zirzəmi var. Beşinci küçədən qazıb. Bunların hamısı sübut olunub. Çünki o, dağda yaşıyır və dağdan cənub tərəfdən qazır. Bunların hamısı divarı məhv edir. O da sahə polisinin yanına getmiş, gəlib motoru və birinci otaqdan kanalizasiyanı sökdürdü. Piləkəni başqa yerə köçürəcəyini dedi. Quyunu torpaqla örtdü. Divarda çat əmələ gəldi. Sonra evin damından və tavan arasında bir dəlik açdı.
21. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, iddiaçını və cavabdehi tanıyır, hər ikisi onun qonşuları olubdur. İddiaçıya evi o satmışdır. Evi iddiaçıya hazırkı vəziyyətdə satmışdır. Torpaq əvvəlcə bütöv şəkildə onun idi. Daha sonra yarısını Rasim müəllimə satmışdır, Rasim müəllim evi tikəndən sonra onlar hasar çəkmişlər. Təqribi 2001-2002-ci illərdə torpağı satmışdır. Torpaq satılan zaman boş idi. İddiaçının evini o tikmişdir. Rasim müəllimə ev tikildikdən sonra iddiaçının evi tikilmişdi. Aralarında hasar çəkilmişdi, daha sonra həmin hasarı o, bir otaq edib. Daha sonra əlavə bir otaqda artırıb. Rasim müəllimlə aralarında olan hasarı bir otaq etmişdi. O, təqribi 1 il yaşayıb, daha sonra evi Vüsal adlı şəxsə satıb, sonra Vüsal başqa şəxsə satıb, həmin şəxs isə hazırkı iddiaçıya satıb. O, evi satanda sonra əlavə ev tikdi. Axırıncı dəfə orada nə zaman olduğu yadında deyil. Rasim müəllimin evi daha qabaq tikilmişdi. Hasar əvvəlcə 2- 3 daş qaldırılmışdı, onu öz əli ilə tikmişdi. Hasarı o, ev edib. Hasarın yanlarını tikib, üstünü örtüb və müvəqqəti ev eləyib. Rasim müəllimin inşa etdiyi pilləkənin aşağı hissəsi torpaqdır. Təpəcik evin arxa divarına söykənirdi.
Apellyasiya baxışının hədləri
22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 23.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd olunması xahiş edilir. Nəzərə alınmalıdır ki, müahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır
28. 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinivicdanla həyata keçirməyə borcludurlar.
29. 170.1-ci maddəsinə görə, iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və yadigər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
30. 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakınmülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
31. 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi,əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
32. 171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və yabaşqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
33. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
34. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
35. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxsüçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
36. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
37. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnızbaşqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyatakeçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
39. 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
40. 3.0.33-cü maddəsinə əsasən, tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləri yaxın qonşular sayılırlar.
41. 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir.
42. 69.5-ci maddəsində göstərilir ki, ara məsafəsi aşağıdakı qaydadamüəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatıtətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi.
43. 69.8-ci maddəsində göstərilir ki, ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
44. 71.1-ci maddəsinə görə, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir.
45. 71.2-ci maddəsinə görə, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər.
46. 73.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
47.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 48.82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 49.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 50.115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 51.121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
52.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “qazıntı işlərinin aparılmasının qadağan edilməsi, meydançanın sökülüb götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsilərində dəyişdirilməlidir. 53.Hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. 54.Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. 55.Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.
56. İş materiallarından göründüyü kimi iddiaçının evinin arxa divarı və cavabdehin pilləkən və terras sahəsi sərhəd xəttində inşa edilmişdir. İddiaçının istinad etdiyi hallara görə cavabdeh öz torpaq sahəsində əlavə tikinti işlərini aparmasına son illər ərzində başlamışdır. Həmin tikililərin onun evinin divarına bitişik vəziyyətdə, ara məsafəsi gözlənilməməklə aparıldığından tərəfindən cavabdehə bu barədə xəbərdarlıqlar edilmiş, həmçinin bu səbəbdən Suraxanı RPİ-nin 31-ci PB-yə şikayət edilmişdir.
57. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mötəbər sayılan, mötəbər olmamasına dair cavabdeh tərəfindən hər hansı konkret əsasa istinad olunmayan, belə prosessual əsaslar işdən də aşkar edilməyən ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi kimi ona məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evin divarında çatlar mövcuddur. Müşahidə olunan çatların əsasən aşağıdakı səbəblərdən yarandığı qəbul edilir: - bütün yükdaşıyan divarların, o cümlədən çat yaranmış divarın qalınlığı 20 sm yerinə yetirilmiş; - cavabdehə məxsus pilləkən və terras sahəsinin iddiaçının evinin arxa divarına söykənməsi nəticəsində təzyiq yaranmışdır.
58. Həmçinin iddiaçı ilə cavabdehin tikililəri arasında ara məsafə saxlanılmamışdır ki, bu da Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Şəhərsatma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5-ci bəndinin tələbləri nəzərə alınmaqla, qonşu həmin divardan 2,1 metr (3,5 m x 0,6) məsafədə müxtəlif tikinti işləri (tikinti təmir qaz xətlərinin çəkilməsi və s.) görməli idi.
59. Bundan başqa Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin faktiki ölçüləri və planın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona verilmiş “torpaq sahəsinin və tikintinin planı və ölçüsü”ndəki sxemlə və planla uyğun olmadığı, belə ki, Cavabdeh tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə bitişik uzunluğu 6,5 metr, eni 2,3 metr, hündürlüyü 1,3 metr olan əlavə meydança inşa edildiyi müəyyən edilmişdir.
60. Həmçinin iddiaçıya dəymiş zərərin bərpa edilməsi, yəni Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evdə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.150,0 manat məbləğində olması müəyyən olunmuşdur.
61. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılaraq düzgün qiymətləndirilməsinin təmin edilməsi məqsədilə işin apellyasiya zamanı aparılmış tədqiqatın nəticəsi olaraq alnmış 12 iyul 2024-cü il tarixli ekspert rəyindən də müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa edilmiş meydança tikilisinin ümumi sahəsinin 14,95 kv.metr, hündürlüyünün isə 1,3 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin (Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) tələblərinə uyğun olduğu müəyyən edilmişdir; Cavabdeh tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa edilmiş əlavə meydançanın uzunluğunun 6,5 metr, eninin 2,3 metr (14,95 kv.metr), hündürlüyünün isə 1,3 metr təşkil etdiyi müəyyən edilmişdir; mübahisəli piləkən və terras sahəsinin tikildiyi torpaq sahəsi Cavabdeh adına Bakı şəhəri, ünvan 3 ünvanına dair tərtib edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən Çıxarışla əhatə olunduğu müəyyən edilmişdir; İddiaçı məxsus fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyəti, tikililərinin planlı yerləşməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən fərdi yaşayış evinə və torpaq sahəsinə dair tərtib olunmuş Texniki Pasportun göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir.
62. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçı cavabdehin hüququnu pozan hərəkətlərinin qarşısını almaq məqsədilə mülkiyyətin məhkəmə müdafiəsi hüququnu həyata keçirərək, cavabdehin qanunsuz hərəkətlərinin mülkiyyətində olan fərdi yaşayış evinin divarlarının çatlamasına səbəb olduğunu, bununla da ona 5.000 manat məbləğində maddi zərər vurulduğunu qeyd edərək, hüquqlarının bərpa olunmasını, əmlakından istifadəsinə törədilən maneələrin aradan qaldırılmasını xahiş edir. Cavabdeh isə iddiaya etirazında və apelyasiya şikayətində mübahisəli tikilinin tikinti norma və qaydalarına cavab verdiyinə, iddiaçıya məxsus fərdi yaşayış evinin mülkiyyətdə olan 0,01 ha, yəni 100 kv.metr torpaq sahəsi üzərində inşa edildiyinə, pilləkəndən Nuri Şirinovun (evin əvvəlki sahibi) hazırda iddiaçı Tkaç Antoninovnaya məxsus fərdi yaşayış evinin tikintisinə hələ başlamadığından düzəldib istifadə etdiyinə istinad edir.
63. İstinad olunan dəlillər araşdırılaraq iş materiallarına əlavə edilmiş ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən fərdi yaşayış evinə və torpaq sahəsinə dair tərtib olunmuş Texniki Pasportun göstəricilərinə uyğundur.
64. İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa edilmiş meydança tikilisinin isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin faktiki ölçüləri və planı barədə verilmiş xx.xx.2017-ci il tarixli Texniki Pasportda (iş vərəq 55) təsvir edilməsi (nəzərdə tutulması) müəyyən edilməmişdir. Mövcud vəziyyətin dəyişməsi yalnız cavabdehə məxsus Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin faktiki ölçüləri və planı barədə işə baxılan zaman tərtib edilmiş xx.xx.2023-cü il tarixli Texniki Pasportda (iş vərəq 228) öz əksini tapmışdır.
65. Beləliklə də Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin faktiki ölçüləri və planı barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilən zaman İddiaçı məxsus fərdi yaşayış evinə bitişik uzunluğu 6,5 metr, eni 2,3 metr, hündürlüyü 1,3 metr olan əlavə meydançanın mövcud olmadığı müəyyən edilmişdir.
66. Bundan başqa, mübahisəli tikilinin cavabdeh tərəfindən iddiaçının evinə bitişik və ara məsafəsi gözlənilmədən inşa edilməsi, bununla da iddiaçıya məxsus evin divarında çatların əmələ gəlməsində qismən də olsa təqsirli olması və cavabdehin qeyd edilən normalar çərçivəsində maddi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması müəyyən edilmişdir. Əksinə cavabdehin apelyasiya şikayətində istinad etdiyi halların (İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin hər hansı hissəsinin cavabdehə məxsus torpaq sahəsinə düşməsi, habelə mülkiyyətində olan 0,01 ha ölçülü torpaq sahəsindən cavabdehə tərəf kənara çıxmaların mövcud olması, meydançanın iddiaçının həmin ünvana koçməsindən əvvəl mövcudluğu) işdə olan sübutlara əsasən təsdiq edilmədiyi aşkardır.
67. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla,digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
68. Beləliklə, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
69. Bununla belə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşsa da, hesab edir ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalı, müvafiq şəxsin xüsusi və həddən artıq məhrumiyyətə məruz qalması ilə nəticələnməməlidir.
70. Beləliklə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Şəhərsatma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus evin divarının və hasarının ətrafında məhz 2,1 metr (3,5 m x 0,6) məsafədə müxtəlif tikinti və qazıntı işlərinin aparılması qadağan edilməlidir.
71. Həmçinin İddiaçı məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarına bitişik tikdiyi meydançanın ünvan 7 ünvanında yerləşən 7A nömrəli evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********89-10301 olan Texniki Pasportda təsvir edilən vəziyyətə qaytarılmaqla sökülməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır.
72. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-40/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi “qazıntı işlərinin aparılmasının qadağan edilməsi, meydançanın sökülüb götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissələrində dəyişdirilsin. Cavabdeh Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus evin divarından və hasarından 2,1 metr məsafədə qazıntı işlərinin aparılması qadağan edilsin. İddiaçı məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarına bitişik tikdiyi meydançanın ünvan 7 ünvanında yerləşən 7A nömrəli evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********89-10301 olan Texniki Pasportda təsvir edilən vəziyyətə qaytarılmaqla sökülməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaitinin əvəzi kimi 50 manat Cavabdeh tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova