Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-50/2024 19.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı RİH-nin Qəyyumluq və Himayəçilik orqanını maraqlı tərəf qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 19 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək 04 dekabr 1990-cı il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyətli olmayan şəxs elan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı tərəfin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etməmiş və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə ərizəçinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, ərizəçi ərizənin qaytarılması barədə ərizə verdiyindən və maraqlı tərəfin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi İsmayıllı RİH-nin Qəyyumluq və Himayəçilik orqanını maraqlı tərəf qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-50/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-50/2024
19.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver