Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-501/2020 29.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək xx xxxx 1946-cı il tarixli Ю ******* nömrəli «1941-1945-ci illərdə Böyük X8 üzərində qələbəyə görə” vəsiqənin X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 1962-ci ildə İsmayıllı rayonun Qalagah kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. Atası X6 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. SSSR X19 Heyəti tərəfindən xx xxxx 1946-cı il tarixdə atası “1941 - 1945-ci illərdə Böyük X8 üzərində qələbəyə görə” medalı ilə təltif olunmuşdur. Medala aid vəsiqədə atasının adı rus dilində “X12” kimi yazılmışdır. Atası sağlığında hər il 9 X21 münasibəti ilə birdəfəlik müavinət alırdı. Həmin medala görə atasının pensiyasına 2006-cı ilə qədər hər ay 11 manat əlavə də hesablanırdı. Atası xx xxx 2012-ci il tarixdə vəfat etmişdir. Atasının vərəsəsidir və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də almışdır. O, Qalagah kənd orta məktəbində müəllim işləyir. Valideynləri Böyük Vətən Müharibəsi iştirakçısı olmuş işləyən vətəndaşların əmək haqqlarından vergilərin hesablanmalarına müəyyən güzəştlər tətbiq olunur. Bununla bağlı o, müvafiq arayış alaraq aidiyyatı üzrə təqdim etmək üçün həmin vəsiqəni Maraqlı şəxs2nə təqdim etmişdir. Lakin atasının soyad, ad və ata adı ilə vəsiqədə olan soyad, ad və ata adının uyğun gəlmədiyindən xidmət tərəfindən ona müvafiq arayış verilməmişdir. Həmin uyğunsuzluğun aradan qaldırılmasının məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı ona bildirilmişdir. Həmin sənədi təqdim edə bilmədiyindən qanunla nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilmir. Göstərilən vəsiqənin atası X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iş üzrə çıxarılacaq qərarın məhkəmənin mülahizəsinə buraxılmasına dair münasibət bildirmişdir. Maraqlı tərəf Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid X9 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Ərizəçinin atası müharibə veteranı olmuş və yaşadığı müddət ərzində hər il 9 X21 münasibəti ilə ona birdəfləlik yardım verilirdi. Həmin medala görə aldığı pensiyanın üzərinə on manat əlavə pul hesablanırdı. Medala dair verilmiş vəsiqə rus dilində yazıldığından ərizəçinin atasının ölüm haqqında şəhadətnaməsində olan soyad, ad və ata adı uyğun gəlmir. Həmin vəsiqənin X5 məxsus olması faktını təsdiq edir. Şahid X15 şahid X9 ilə eyni məzmunlu ifadə verərək Ю ******* nömrəli vəsiqənin X5 məxsus olması faktını təsdiq etdi. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə ərizəçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, ərizəçinin atasına X7 adı hərbi bilet verilmişdir. xx xxxx 1946-cı il tarixli Ю ******* nömrəli “1941-1945-ci illər Böyük X8 üzərində qələbəyə görə” vəsiqənin surətindən görünür ki, X10 SSRİ X19 Heyətinin x xxx 1945-ci il tarixli qərarı ilə “1941-1945-ci illər Böyük X8 üzərində qələbəyə görə” medalı ilə təltif olunmuşdur. Hərbi bilet üzrə qeydiyyat kartoçkasının surətindən görünür ki, X7 1946-cı ildə Almaniya üzərində qələbəyə görə medalla təltif olunmuşdur. İsmayıllı rayon Qalagah kəndi xalq deputatları sovetliyinin xx xxx 1990-cı il tarixli 470/01 nömrəli arayışının surətindən görünür ki, İsmayıllı rayonun Qalagah kəndində yaşamış Böyük Vətən Müharibəsi iştirakçılarının və beynəlmiləl döyüşçülərin siyahısında X4 da adı vardır. Qalagah kənd inzibati ərazi bölgüsü nümyəndəliyi tərəfindən verilmiş siyahıdan görünür ki, 1941-1945-ci il müharibə veteranlarının siyahısında X4 adı qeyd olunmuşdur. xx xxxxxx 2018-ci il tarixli AZ-İ 965723 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, ərizçinin atası xx xxx 2012-ci il tarixdə vəfat etmiş və şəhadətnamədə soyad, ad və ata adı X2 qeyd olunmuşdur. xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 2012-ci il tarixdə ölmüş X4 vərəsəsidir. Maraqlı şəxs2 515 nömrəli xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, SHXÇDX-nin İsmayıllı rayon şöbəsinin arxivində X6 barəsində məlumat aşkar olunmamışdır. Şöbənin arxivində X3 aid qeydiyyat kartası vardır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ərizəçinin atası X6 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinin iştirakısı olmuşdur. SSRİ X19 Heyətinin x xxx 1945-ci il tarixli qərarı ilə Baləhməd Yəhyayev “1941-1945-ci illər Böyük X8 üzərində qələbəyə görə” medalı ilə təltif edilmişdir. Medalın təqdim olunmasına dair vəsiqə rus dilində tərtib olunduğundan X1, ad və ata adı X12 kimi qeyd olunmuşdur. Baləhməd Yəhyayev xx xxx 2012-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin atasına X6 adı ilə ölüm haqqında şəhadətnamə verilmişdir. Ərizəçi Baləhməd Yəhyayevin qanun üzrə vərəsəsidir. Ərizəçinin atasının soyad, ad və ata adı Ю ******* nömrəli “1941-1945-ci illər Böyük X8 üzərində qələbəyə görə” vəsiqədə düzgün qeyd olunmadığından ərizəçi qanunla müəyyən edilmiş güzəştlərdən istifadə edə bilmir. Ərizəçi Maraqlı şəxs2nə müraciət edərək atası X4 Böyük Vətən müharibəsi iştirakçısı olmasına dair arayış verilməsini xahiş etsə də ərizəçinin atasına verilmiş vəsiqədə yazılmış soyad, ad və ata adı ölüm şəhadətnaməsində olan soyad, ad və ata adı ilə uyğun gəlmədiyindən ona müvafiq arayış verilməmişdir. Hazırki vəziyyətdə Ю ******* nömrəli “1941-1945-ci illər Böyük X8 üzərində qələbəyə görə” vəsiqədə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin atasına məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Ю ******* nömrəli “1941-1945ci illər Böyük X8 üzərində qələbəyə görə” vəsiqədə X1, ad və ata adının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən vəsiqənin X5 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1946-cı il tarixli Ю ******* nömrəli “1941-1945-ci illərdə Böyük X8 üzərində qələbəyə görə” vəsiqənin X5 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-501/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-501/2020
29.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver