Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-501/2025 29.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 26 dekabr 2006-cı il tarixdə doğulmuş oğlu Cəfəri Səlman Vasif oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Səlman Cəfərli 26 dekabr 2006-cı il tarixdə anadan olmuşdur. Səlman iki yaşında olanda valideynləri onun fiziki qüsurlu olduğunu bilmişlər. Bundan sonra onu müxtəlif xəstəxanalarda müayinə və müalicə etdirmişlər. Lakin uzun illər keçməsinə baxmayaraq Səlmanın səhhətində yaxşılığa doğru inkişaf olmamışdır. Səlman birinci qrup əlildir və İsmayıllı RMX Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F72.1 Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu, İQ-əmsal 23%, özünə qulluq qabiliyyətinin olmaması ilə, kənar şəxslərin qulluğuna ehtiyacı var, F80.0 Nitq artikulyasiyasının spesiffik pozulması,Ou-tor qişanın qopması amillər”diaqnozu ilə qeydiyyatdadır. Səlman özünü, hərəkətlərini dərk edib idarə edə bilmədiyi üçün ona qəyyum təyin edilməlidir. Ona görə də ərizəçi 26 dekabr 2006-cı il tarixdə doğulmuş Cəfəri Səlman Vasif oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni məzmununa uyğun izahat verərək 26 dekabr 2006-cı il tarixdə doğulmuş oğlu Cəfəri Səlman Vasif oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cəfəri Səlman Vasif oğlu psixi vəziyyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 izahat verərək göstərdi ki, Cəfəri Səlman Vasif oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1982-ci il tarixdə doğulmuş şəxs Ərizəçidır. - AZ-İ seriyalı 871075 nömrəli 01 fevral 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 26 dekabr 2006-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş şəxs Cəfəri Səlman Vasif oğludur. X1 və X7r. - AZ-İ seriyalı 100434 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 arasında nikah ləğv edilmiş, nikah ləğv olunduqdan sonra kişiyə Cəfərov, qadına Həmidova soyadı verilmişdir. - İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 369 nömrəli 10 fevral 2025-ci il tarixli arayışdan görünür ki, ərizəçinin ailə tərkibi aşağıdakı kimidir: oğlu-X8. -Şəki rayon Psixiatriya Xəstənasının 29 sentyabr 2023-cü il tarixli 1261 nömrəli məktubundan görünür ki, 2006-cı il təvəllüdlü X8 29 sentyabr 2023-cü il tarixdə Şəki RPXda HPK tərəfindən müayinə olunmuşdur. D-z: Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopata bənzər davranış pozuntusu F-72.1 İQ-əmsalı 23%. Özünə qulluq qabiliyyətinin olmaması ilə. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Nitq artikulyasiyasının spesiffik pozuntusu F-80.0. - Çıxarışların və epikrizin surətlərindən görünür ki, Səlman Cəfərli müxtəlif vaxtlarda hər iki gözündən müayinə və müalicə olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cəfəri Səlman Vasif oğlunun sağlamlıq vəziyyəti 21 noyabr 2023-cü il tarixdə qiymətləndirilərək ona “ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edə ciddi davranış pozuntusu ilə (İQ əmsalı - 23%) Özünə qulluq qabiliyyətinin olmaması ilə, Tor qişanın cırılma ilə qopması, OU-tor qişanın qopması” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir, müddətsiz birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən 07 fevral 2025-ci il tarixdə verilmiş 18-1-47/2-H-96- 42-120/25 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri M.F.Axundov küçəsi ev 10, dalan 2-də yaşayan 26 dekabr 2006-cı il təvəllüdlü Cəfəri X3 RMX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “F72.1 Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu.İQ-əmsal 23%. Özünə qulluq qabiliyyətinin olmaması ilə. Kənar şəxslərin qulluğuna ehtiyacı var. F80.0 Nitq artikulyasiyasının spesiffik pozulması. Ou-tor qişanın qopması” diaqnozu ilə dispanser qeydiyyatdadır və İ qrup əlildir. - 08 fevral 2025-ci il tarixli Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Cəfəri Səlman Vasif oğlu “F72.1 Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu.İQ-əmsal 23%. Özünə qulluq qabiliyyətinin olmaması ilə. Kənar şəxslərin qulluğuna ehtiyacı var. F80.0 Nitq artikulyasiyasının spesiffik pozulması” diaqnozu ilə qeydiyyatdadır, 08 fevral 2025-ci il tarixdə İsmayıllı RMX PHŞ-də müalicə almışdır. - 10 fevral 2025-ci il tarixli sosial müavinət və təqaüd haqqında arayışın surətindən görünür ki, X4 21 noyabr 2023-cü il tarixdən etibarən ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 30 iyun 2025-ci il tarixli 2080 nömrəli rəyindən görünür ki, Cəfəri Səlman Vasif oğlunda “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” (F72.0) müəyyən edilir. Bunu təqdim olunmuş tibbi sənədlər (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının elektron arayışında “Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu) sübut edir. Cəfəri Səlman Vasif oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyil. Onun psixi vəziyyəti məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cəfəri Səlman Vasif oğlu 26 dekabr 2006-cı il tarixdə doğulmuşdur. X9 RMX-nın Poliklinika Şöbəsinin “Ruhi- Əsəb” kabinetində “F72.1 Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu, İQ-əmsal 23%, özünə qulluq qabiliyyətinin olmaması ilə, kənar şəxslərin qulluğuna ehtiyacı olması, F80.0 nitq artikulyasiyasının spesiffik pozulması, Ou-tor qişanın qopması amillər” diaqnozu ilə qeydiyyatdadır. Müxtəlif vaxtlarda müalicələr almışdır. Müddətsiz İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 30 iyun 2025-ci il tarixli 2080 nömrəli rəyinə əsasən Cəfəri Səlman Vasif oğlunda “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” (F72.0) müəyyən edilir. Bunu təqdim olunmuş tibbi sənədlər (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu) sübut edir. Cəfəri Səlman Vasif oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyil. Onun psixi vəziyyəti məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Səlman Cəfərlinin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Cəfəri Səlman Vasif oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 dekabr 2006-cı il tarixdə doğulmuş Cəfəri Səlman Vasif oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-501/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-501/2025
29.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver