Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-521/2020 09.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin Cavabdeh qarşı tikililərin sökülməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Mirzəğa Mirzəxanov iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki,Qubaxəlilli bələdiyyəsinin sədri işləyir. Bələdiyyənin mülkiyyətində olan 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi İsmayıllı rayon notariat kontorunda reyestrdə 3M-14 nömrə ilə qeydə alınmış xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. Cavabdeh icarəsinə verilmiş 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinə dair DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmış xx xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İcarə müqaviləsinin 9-cu bəndində icarəçinin icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparılmasına yol verilməməsi qeyd edilmişdir. Cavabdeh icarə müqaviləsinin tələblərinə əməl etməyərək icarəyə götürdüyü torpaq sahəsində qanunsuz olaraq əsaslı tikinti işləri aparmışdır. Bələdiyyə tərəfindən Cavabdeh xəbərdarlıq bildirişi göndərilərək icarəsində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələb edilmişdir. Cavabdeh icarəsində olan torpaq sahəsində inşa edilmiş tikililərin qanuni olmasını bildirərək həmin tikililəri sökməmişdir. Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Qubaxəlilli kəndi ərazisində təsərrüfatla məşğul olur. Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi İsmayıllı rayon notariat kontorunda reyestrdə 3M-14 nömrə ilə qeydə alınmış xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə istifadəsinə verilmişdir. İstifadəsinə verilmiş 34 hektar torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınaraq adına xx xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İstifadəsinə verilmiş torpaq sahəsində əvvəllər tikili olmuşdur. 2018-ci ildə Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan torpaq sahəsində yerləşən tikililəri yararlı vəziyyətə gətirmək istədiyini bildirmişdir. Bələdiyyənin xx xxxxxx 2018-ci il 19 nömrəli əmri ilə istifadəsində olan torpaq sahəsində tələbata uyğun olaraq çoban evi, heyvandarlıq və digər mədəniməişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə icazə verilmişdir. İstifadəsində olan torpaq sahəsində yerləşən tikili yararsız olduğundan öz vəsaiti hesabına təmir bərpa işləri apararaq heyvanlarını saxlamaq üçün yararlı vəziyyətə gətirmişdir. Bələdiyyə tərəfindən istifadəsinə verilmiş torpaq sahəsindən icarə müqaviləsinin tələblərinə əməl edərək istifadə edir. İstifadəsində olan torpaq sahəsində inşa olunmuş tikili əsaslı tikili deyildir. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəfindən Qubaxəlilli bələdiyyəsinin sədri Mirzəğa Mirzəxanovun iştirakı ilə Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan və icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində inşa olunmuş tikiliyə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edildi ki, cavabdeh icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində təsərrüfatla məşğul olur. Cavabdeh heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadəsində olan torpaq sahəsində əsaslı tikinti aparmamaq şərti ilə tikili inşa etmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsində əsaslı tikinti aparmaması müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli reyestrdə 3M-14 nömrə ilə qeyd alınmış icarə müqaviləsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi İsmayıllı rayon notariat kontorunda reyestrdə 3M-14 nömrə ilə qeydə alınmış icarə müqaviləsi əsasında xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2033-cü il tarixədək 15 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2033-cü il tarixədək 15 il müddətinə Cavabdeh xeyrinə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınaraq Cavabdeh adına RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Qubaxəlilli bələdiyyəsinin xx xxxxxx 2018-ci il tarixli 19 nömrəli əmrindən müəyyən edilir ki, 2018-ci ildə cavabdeh Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tövlə və çoban evi tikmək istədiyini bildirmiş və bələdiyyənin xx xxxxxx 2018-ci il tarixli 19 nömrəli əmri ilə cavabdehə istifadəsində olan torpaq sahəsində tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə izacə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları,fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar torpaq qanunvericiliyinə, "bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli,42 nömrəli qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına əsasən yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə cavabdehin istifadəsinə verilmişdir. Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2033-cü il tarixədək 15 il müddətinə cavabdehin xeyrinə yüklü edilərək RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. 2018-ci ildə cavabdeh Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan torpaq sahəsində yerləşən tikililəri yararlı vəziyyətə gətirmək istədiyini bildirmişdir. Bələdiyyənin xx xxxxxx 2018-ci il 19 nömrəli əmri ilə cavabdehə istifadəsində olan torpaq sahəsində tələbata uyğun olaraq çoban evi, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə icazə verilmişdir. Cavabdeh istifadəsinə verilmiş 34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təsərrüfatla məşğul olur. Heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadəsində olan torpaq sahəsində olan yararsız tikilini öz vəsaiti hesabına yararlı vəziyyətə gətirərək əsaslı tikinti aparmamaq şərti ilə tikili inşa etmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsində əsaslı tikinti aparmaması yerində müayinə zamanı və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin istifadəsində olan torpaq sahəsində əsaslı tikinti aparması yerində müayinə zamanı və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin Cavabdeh qarşı Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilmiş 34 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-521/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-521/2020
09.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver