Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-522/2020 09.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin Cavabdeh qarşı tikililərin sökülməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxx 2017-ci il tarixli icarə müqavilələrinə əsasən Cavabdeh istifadəsində olan 66.81 hektar, 45.19 hektar və 84.5 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrinin hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Mirzəğa Mirzəxanov məhkəməyə ərizə təqdim edərək cavabdehin istifadəsində olan 66.81 hektar, 45.19 hektar və 84.5 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrindən yalnız 66.81 hektar hissəsində qanunsuz olaraq əsaslı tikinti aşkar edildiyindən, Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxx 2017-ci il tarixli icarə müqavilələrinə əsasən cavabdehin istifadəsinə verilmiş 66.81 hektar, 45.19 hektar və 84.5 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsi hissəsində iddia tələbinin həcmini azaldaraq Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş 66.81 hektar torpaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsini xahiş etdi. İddiaçının nümayəndəsi hazırkı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Qubaxəlilli bələdiyyəsinin sədri işləyir. Bələdiyyənin mülkiyyətində olan 66.81 hektar, 45.19 hektar və 84.5 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri İsmayıllı rayon notariat kontorunda reyestrdə 3M-10, 3M-11 və 3M-12 nömrələrlə qeydə alınmış xx xxx 2017-ci il tarixli icarə müqavilələri əsasında 15 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. Cavabdeh icarəsinə verilmiş 66.81 hektar, 45.19 hektar və 84.5 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrinə dair DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 18-20 nömrəli vərəqələrində qeydiyyata alınmış xx xxxx 2017-ci il tarixli RX seriyalı 1055637,1055638 və ******* nömrəli Çıxarışlar və həmin Çıxarışlara əlavə edilmiş torpaq sahəsinin plan və ölçü sənədləri verilmişdir. İcarə müqavilələrinin 9-cu bəndində icarəçinin icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparılmasına yol verilməməsi qeyd edilmişdir. Bələdiyyənin nümayəndələri tərəfindən Cavabdeh istifadəsində olan torpaq sahələrinə baxış keçirilmiş, baxış zamanı 66.81 hektar torpaq sahəsində qanunsuz olaraq əsaslı tikinti işləri aparıldığı müəyyən edilmişdir. Bələdiyyə tərəfindən Cavabdeh xəbərdarlıq bildirişi göndərilərək icarəsində olan 66.81 torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələb edilmişdir. Cavabdeh icarəsində olan 66.81 hektar torpaq sahəsində inşa edilmiş tikililərin qanuni olmasını bildirərək həmin tikililəri sökməmişdir. Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş 66.81 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsini tələb edir və hazırkı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi X1 işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehin nümayəndəsi Ayətdin Əsgərov iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh oğludur. Cavabdeh Qubaxəlilli kəndi ərazisində təsərrüfatla məşğul olur. Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 66.81 hektar, 45.19 hektar və 84.5 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri İsmayıllı rayon notariat kontorunda reyestrdə 3M-10, 3M-11 və 3M-12 nömrələrlə qeydə alınmış xx xxx 2017-ci il tarixli icarə müqavilələri əsasında 15 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh istifadəsinə verilmiş 66.81 hektar, 45.19 hektar və 84.5 hektar torpaq sahələri DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 18-20 nömrəli vərəqələrində qeydiyyata alınaraq Cavabdeh adına xx xxxx 2017-ci il tarixli RX seriyalı 1055637, ******* və ******* nömrəli Çıxarışlar və həmin Çıxarışlara əlavə edilmiş torpaq sahəsinin plan və ölçü sənədləri verilmişdir. Cavabdeh istifadəsinə verilmiş 66.81 hektar torpaq sahəsində əvvəllər tikili olmuşdur. 2017-ci ildə Cavabdeh Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan 66.81 hektar torpaq sahəsində yerləşən tikililəri yararlı vəziyyətə gətirmək istədiyini bildirmişdir. Bələdiyyənin xx xxx 2017-ci il tarixli 13 nömrəli əmri ilə Cavabdeh istifadəsində olan torpaq sahəsində tələbata uyğun olaraq çoban evi, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə icazə verilmişdir. Cavabdeh istifadəsində olan 66.81 hektar torpaq sahəsində yerləşən tikili yararsız olduğundan öz vəsaiti hesabına təmir bərpa işləri apararaq heyvanlarını saxlamaq üçün yararlı vəziyyətə gətirmişdir. Cavabdeh bələdiyyə tərəfindən istifadəsinə verilmiş torpaq sahələrindən icarə müqavilələrinin tələblərinə əməl edərək istifadə edir. Cavabdeh istifadəsində olan 66.81 hektar, 45.19 hektar və 84.5 hektar torpaq sahələrindən yalnız 66.81 hektarı hissəsində tikili inşa edilmişdir. Cavabdeh istifadəsində olan 66.81 hektar torpaq sahəsində inşa olunmuş tikili əsaslı tikili deyildir. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəfindən Qubaxəlilli bələdiyyəsinin sədri Mirzəğa Mirzəxanovun iştirakı ilə Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan və xx xxx 2017-ci il tarixli icarə müqavilələri əsasında cavabdehin istifadəsinə verilmiş 66.81 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrinə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edildi ki, cavabdeh xx xxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş 66.81 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində təsərrüfatla məşğul olur. Cavabdeh heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadəsində olan 66.81 hektar torpaq sahəsində əsaslı tikinti aparmamaq şərti ilə tikili inşa etmişdir. Cavabdehin istifadəsində olan 66.81 hektar torpaq sahəsində əsaslı tikinti aparmaması müəyyən edilmişdir. xx xxx 2017-ci il tarixli reyestrdə 3M-10, 3M-11 və 3M-12 nömrələrlə qeydə alınmış icarə müqavilələrinin surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 66.81 hektar, 45.19 hektar və 84.5 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri İsmayıllı rayon notariat kontorunda reyestrdə 3M-10, 3M-11 və 3M-12 nömrələrlə qeydə alınmış icarə müqavilələri əsasında xx xxx 2017-ci il tarixdən xx xxx 2032-cü il tarixədək 15 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli RX seriyalı 1055637, ******* və ******* nömrəli Çıxarışlar və həmin Çıxarışlara əlavə edilmiş torpaq sahəsinin plan və ölçü sənədlərinin surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 66.81 hektar, 45.19 hektar və 84.5 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxx 2017-ci il tarixdən xx xxx 2032-cü il tarixədək 15 il müddətinə Cavabdeh xeyrinə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 18-20 nömrəli vərəqələrində qeydiyyata alınaraq Cavabdeh adına RX seriyalı 1055637, ******* və ******* nömrəli Çıxarışlar və həmin Çıxarışlara əlavə edilmiş torpaq sahəsinin plan və ölçü sənədləri verilmişdir. Qubaxəlilli bələdiyyəsinin xx xxx 2017-ci il tarixli 13 nömrəli əmrindən müəyyən edilir ki, 2017-ci ildə cavabdeh Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tövlə və çoban evi tikmək istədiyini bildirmiş və bələdiyyənin xx xxx 2017-ci il tarixli 13 nömrəli əmri ilə cavabdehə istifadəsində olan torpaq sahəsində tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə izacə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında qanunvericiliklə müəyyən olunur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli,42 nömrəli qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına əsasən yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 66.81 hektar, 45.19 hektar və 84.5 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri xx xxx 2017-ci il tarixli reyestrdə 3M- 10, 3M-11 və 3M-12 nömrələrlə qeydə alınmış icarə müqavilələri əsasında 15 il müddətinə cavabdehin istifadəsinə verilmişdir. Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 66.81 hektar 45.19 hektar və 84.5 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxx 2017-ci il tarixdən xx xxx 2032-ci il tarixədək 15 il müddətinə cavabdehin xeyrinə yüklü edilərək RX seriyalı 1055637, ******* və ******* nömrəli Çıxarışlar və həmin Çıxarışlara əlavə edilmiş torpaq sahəsinin plan və ölçü sənədləri verilmişdir. 2017-ci ildə cavabdeh Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan torpaq sahəsində yerləşən tikililəri yararlı vəziyyətə gətirmək istədiyini bildirmişdir. Bələdiyyənin xx xxx 2017-ci il 13 nömrəli əmri ilə cavabdehə istifadəsində olan torpaq sahəsində tələbata uyğun olaraq çoban evi, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə icazə verilmişdir. Cavabdeh istifadəsinə verilmiş 66.81 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrində təsərrüfatla məşğul olur. Heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadəsində olan 66.81 hektar torpaq sahəsində olan yararsız tikilini öz vəsaiti hesabına yararlı vəziyyətə gətirərək əsaslı tikinti aparmamaq şərti ilə tikili inşa etmişdir. Cavabdehin istifadəsində olan 66.81 hektar torpaq sahəsində əsaslı tikinti aparmaması yerində müayinə zamanı və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin istifadəsində olan 66.81 hektar torpaq sahəsində əsaslı tikinti aparması yerində müayinə zamanı və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin Cavabdeh qarşı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh istifadəsində olan 66.81 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-522/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-522/2020
09.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver