Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-524/2020 09.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin cavabdeh X2 qarşı tikililərin sökülməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi (bundan sonra iddiaçı) cavabdeh X2 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 118 hektar örüş-otlaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsinin 2.4-cü maddəsinə dəyişiklik edilərək bir hektarı üçün 15 manat olmaqla 118 hektar örüşotlaq sahəsi üçün illik icarə haqqının 1770 manat müəyyən edilməsi və Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş 118 hektar örüş-otlaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qubaxəlilli bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 19 saylı qərarı əsasında xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 118 hektar örüş-otlaq sahəsinə dair icarə müqaviləsinin 2.4-cü maddəsinə dəyişiklik edilərək 118 hektar örüş-otlaq sahəsi üçün illik icarə haqqının 259.60 manat müəyyən edilməsi və 2020-ci il üçün Qubaxəlilli bələdiyyəsinə ödəmiş olduğu 295 manat icarə haqqı pulunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli qərarının tələblərinə əsasən İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsindən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Mirzəğa Mirzəxanov məhkəməyə ərizə təqdim edərək iddia tələbinin xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilərək 118 hektar torpaq sahəsi üçün illik icarə haqqının bir hektarı üçün 10 manat olmaqla 1180 manat müəyyən edilməsi tələbinə dair hissəsi ilə bağlı Qubaxəlilli bələdiyyəsi ilə cavabdeh arasında qarşılıqlı razılaşma olduğundan iddia tələbinin həcmini azaldaraq Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş 118 hektar örüş-otlaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsinin 2.4-cü bəndinə dəyişiklik edilərək 118 hektar torpaq sahəsi üçün illik icarə haqqının bir hektarı üçün 10 manat olmaqla 1180 manat müəyyən edilməsi barədə Qubaxəlilli bələdiyyəsi ilə aralarında qarşılıqlı razılaşma olduğundan qarşılıqlı iddia ərizəsinə baxılmasını tələb etmədiyini, qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi ərizə təqdim edərək qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)–524/2020 nömrəli qərardadı ilə qarşılıqlı iddia baxılmamış saxlanılmış, qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi hazırkı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Qubaxəlilli bələdiyyəsinin sədri işləyir. Bələdiyyənin mülkiyyətində olan 118 hektar örüş-otlaq sahəsi xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsi və müqaviləyə əlavə edilmiş aktla Qubaxəlilli bələdiyyəsinin sədri və DTXK-nin İsmayıllı rayon Şöbəsinin mütəxəssisinin iştirakı ilə yerində ölçülərək 15 il müddətinə Ehtiyac Hüseynovun istifadəsinə verilmişdir. Ehtiyac Hüseynov icarə müqaviləsinin tələblərinə əməl etməyərək icarəyə götürdüyü torpaq sahəsində qanunsuz olaraq əsaslı tikinti işləri aparmışdır. Bələdiyyə tərəfindən Ehtiyac Hüseynova xəbərdarlıq bildirişi göndərilərək icarəsində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələb edilmişdir. Ehtiyac Hüseynov icarəsində olan torpaq sahəsində inşa edilmiş tikililərin qanuni olmasını bildirərək həmin tikililəri sökməmişdir. Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş 118 hektar örüş-otlaq sahəsi hüdudları daxilində inşaedilmiş tikililərin sökülməsini tələb edir və hazırkı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Qubaxəlilli kəndi ərazisində təsərrüfatla məşğul olur. Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 118 hektar örüş-otlaq sahəsi xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsi və müqaviləyə əlavə edilmiş aktla Qubaxəlilli bələdiyyəsinin sədri və DTXK-nin İsmayıllı rayon Şöbəsinin mütəxəssisinin iştirakı ilə yerində ölçülərək 15 il müddətinə istifadəsinə verilmişdir. İstifadəsinə verilmiş 118 hektar örüş-otlaq sahəsində əvvəllər tikililər olmuşdur. 2012-ci ildə Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan örüş-otlaq sahəsində yerləşən tikililəri yararlı vəziyyətə gətirmək istədiyini bildirmişdir. Bələdiyyənin xx xxxxxx 2012-ci il tarixli 8 nömrəli əmri ilə istifadəsində olan örüş-otlaq sahəsində tələbata uyğun olaraq çoban evi, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə icazə verilmişdir. İstifadəsində olan örüş-otlaq sahəsində yerləşən tikililər yararsız olduğundan öz vəsaiti hesabına təmir bərpa işləri apararaq heyvanlarını saxlamaq üçün yararlı vəziyyətə gətirmişdir.Bələdiyyə tərəfindən istifadəsinə verilmiş örüş-otlaq sahəsindən icarə müqaviləsinin tələblərinə əməl edərək istifadə edir. İstifadəsində olan örüş-otlaq sahəsində inşa olunmuş tikili əsaslı tikili deyildir. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəfindən Qubaxəlilli bələdiyyəsinin sədri Mirzəğa Mirzəxanovun iştirakı ilə Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan və icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş 118 hektar örüş-otlaq sahəsində inşa olunmuş tikiliyə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edildi ki, cavabdeh icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş 118 hektar örüş-otlaq sahəsində təsərrüfatla məşğul olur. Cavabdeh heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadəsində olan örüş-otlaq sahəsində əsaslı tikinti aparmamaq şərti ilə tikili inşa etmişdir. Cavabdehin istifadəsində olan örüş-otlaq sahəsində əsaslı tikinti aparmaması müəyyən edilmişdir. xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsinin və müqaviləyə əlavə edilmiş aktın surətindən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 118 hektar örüş-otlaq sahəsixx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsi və müqaviləyə əlavə edilmiş aktla Qubaxəlilli bələdiyyəsinin sədri və DTXK-nin İsmayıllı rayon Şöbəsinin mütəxəssisinin iştirakı ilə yerində ölçülərək 15 il müddətinə cavabdehin istifadəsinə verilmişdir. Qubaxəlilli bələdiyyəsinin xx xxxxxx 2012-ci il tarixli 8 nömrəli əmrindən müəyyən edilir ki, 2012-ci ildə cavabdeh Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan 118 hektar örüş-otlaq sahəsində heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tövlə və çoban evi tikmək istədiyini bildirmiş və bələdiyyənin xx xxxxxx 2012-ci il tarixli 8 nömrəli əmri ilə cavabdehə istifadəsində olan örüş-otlaq sahəsində tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə izacə verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə razılaşmadan görünür ki, Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 118 hektar örüşotlaq sahəsinin icarəyə verilməsinə dairQubaxəlilli bələdiyyəsi ilə Ehtiyac Hüseynov arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsinə qarşılıqlı razılaşma əsasında dəyişiklik edilmiş və dəyişikliyə əsasən Ehtiyac Hüseynov istifadəsində olan 118 hektar örüş-otlaq sahəsinin bir hektarı üçün illik 10 manat olmaqla 1180 manat icarə haqqını Qubaxəlilli bələdiyyəsinə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli,42 nömrəli qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına əsasən yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 118 hektar örüş-otlaq sahəsi xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsi və müqaviləyə əlavə edilmiş aktla Qubaxəlilli bələdiyyəsinin sədri və DTXK-nin İsmayıllı rayon Şöbəsinin mütəxəssisinin iştirakı ilə yerində ölçülərək 15 il müddətinə cavabdehin istifadəsinə verilmişdir. 2012-ci ildə cavabdeh Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan örüş-otlaq sahəsində yerləşən tikililəri yararlı vəziyyətə gətirmək istədiyini bildirmişdir. Bələdiyyənin xx xxxxxx 2012-ci il tarixli 8 nömrəli əmri ilə cavabdehə istifadəsində olan örüş-otlaq sahəsində tələbata uyğun olaraq çoban evi, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə icazə verilmişdir. Cavabdeh istifadəsinə verilmiş 118 hektar örüş-otlaq sahəsində təsərrüfatla məşğul olur. Heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadəsində olan örüş-otlaq sahəsində olan yararsız tikilini öz vəsaiti hesabına yararlı vəziyyətə gətirərək əsaslı tikinti aparmamaq şərti ilə tikili inşa etmişdir. Cavabdehin istifadəsində olan örüş-otlaq sahəsində əsaslı tikinti aparmaması yerində müayinə zamanı və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin istifadəsində olan örüş-otlaq sahəsində əsaslı tikinti aparması yerində müayinə zamanı və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin cavabdeh X2 qarşı Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsinə əsasən X1 istifadəsinə verilmiş 118 hektar örüş-otlaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-524/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-524/2020
09.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver