Məhkəmə qərarları › İş №2(037)-525/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-525/2020

02.09.2020 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-525/2020 02.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin cavabdeh X2 qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə dəyişiklik edilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bələdiyyənin ehtiyyat fonduna aid 43 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə icarəyə verilməsinə dair İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi ilə X4 arasında bağlanmış xx xxxx 2003-cü il tarixli müqavilənin 2.4-cü maddəsinə dəyişiklik edilərək 43 hektar torpaq sahəsi üçün illik icarə haqqının bir hektarı üçün 150 manat olmaqla,6450 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin sədri məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bələdiyyənin ehtiyyat fonduna aid 43 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə icarəyə verilməsinə dair İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi ilə X4 arasında bağlanmış xx xxxx 2003-cü il tarixli müqavilənin 2.4-cü maddəsinə dəyişiklik edilərək 43 hektar torpaq sahəsi üçün illik icarə haqqının bir hektarı üçün 24 manat olmaqla, 1032 manat müəyyən edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin sədri X1 məhkəməyə ərizə təqdim edərək cavabdeh X4 ilə qarşılıqlı razılığa gəldiklərindən iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəməyə ərizə təqdim edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin cavabdeh X2 qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə dəyişiklik edilməsi tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar