Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-526/2020 02.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin Cavabdeh Sadiq oğluna qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə dəyişiklik edilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 101 hektar torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə icarəyə verilməsinə dair İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi ilə Cavabdeh Sadiq oğlu arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqavilənin 2.4-cü maddəsinə dəyişiklik edilərək bir hektarı 15 manat olmaqla, 101 hektar torpaq sahəsi üçün illik icarə haqqının 1515 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin sədri X1 məhkəməyə ərizə təqdim edərək Cavabdeh Sadiq oğlu ilə qarşılıqlı olaraq razılaşdıqlarından iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehinməhkəmə iclasına gəlməməsini məhkəmə onun hazırkı işin mahiyyəti üzrə həll olunmasında maraqlı olmaması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin Cavabdeh Sadiq oğluna qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə dəyişiklik edilməsi tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-526/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-526/2020
02.09.2020 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver