Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-540/2021 26.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən, hakim Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdeh “xxxx” ASC-nin İsmayıllı filialına qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X1 cavabdeh “xxxx” MMC-yə qarşı “aylıq ödəncin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “xxxx” ASC-nin Baş Ofis ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr, 22L Azərbaycan Respublikasının MPM-nin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Göründüyü kimi mülki prosessual qanunvericilik filialları hüquqi şəxs kateqoriyasına aid etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; Belə ki, “xxxx” ASC-nin İsmayıllı filialı hüquqi şəxs olmadığından, sözügedən iddia tələbi funksiyalarının həyata keçirildiyi və hüquqi şəxs olan “xxxx” ASC-nin Baş Ofisinə qarşı irəli sürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, cavabdeh “xxxx” ASC-nin Baş Ofisinin hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr, 22L olmasını, habelə bu qəbildən olan iddiaların cavabdehin/ hüquqi şəxsin ünvanının olduğu ərazinin məhkəməsində baxılmasının müəyyən edildiyini nəzərə alıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh “xxxx” ASC-nin İsmayıllı filialına qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya hazırki iddia ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-540/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-540/2021
26.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver