Məhkəmə qərarları › İş №2(037)-541/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-541/2023

24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-541/2023 24.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 24 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 25 saylı qərarına uyğun olaraq mülkiyyətlərinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və digər mülkiyyətçilər X27, X14,Qəniyeva (nikahdan sonra Əhmədova) Könül Əsgər qızı,Əhmədova (nikahdan sonra Məmmədova) Şəhla İsrəfil qızı, Əhmədli (nikahdan sonra Qəniyeva) Mehriban Qismət qızı və X28 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 25 saylı qərarına əsasən JN-085F kod 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Gəraybəyli kəndində yerləşən 0.26 hektar həyətyanı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər X27, X14, Qəniyeva (nikahdan sonra Əhmədova) Könül Əsgər qızı, Əhmədova (nikahdan sonra Məmmədova) Şəhla İsrəfil qızı,Əhmədli (nikahdan sonra Qəniyeva) Mehriban Qismət qızı və X21 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən şəhadətnamədə onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Onun ata adı həmin vaxt “İsrəfil” olmasına baxmayaraq JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən ata adı “İsrafil”,X4 adı həmin vaxt “İsrəfil” olmasına baxmayaraq, JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “İsrafil”, X7 adı həmin vaxt “Zeynab” olmasına baxmayaraq JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Zeynəb”, Əhmədova (nikahdan sonra Məmmədova) Şəhla İsrəfil qızının soyadı həmin vaxt “Əhmədova” və ata adı “İsrəfil” olmasına baxmayaraq JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı “Əliyeva” və ata adı “İsrafil” və X21 həmin vaxt adı “Arzu”, soyadı “Əhmədli”,ata adı “Qismət” və cinsi “qızı” olmasına baxmayaraq JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı,soyadı,ata adı və cinsi səhvən “X36” kimi yazılmışdır.Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn,qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması vəs.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Şəhadətnamədə mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki,onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad,soyad və ata adları ilə şəhadətnamədəki ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı,JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir.Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş,lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE №03663140 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,XX.XX.1939cu il tarixdə İsmayıllı rayonu, Gəraybəyli kəndində anadan olmuş X2 rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE № 13595772 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə İsmayıllı rayonu,Gəraybəyli kəndində anadan olmuş X5 rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş,xx.xx.2022-ci il tarixli, AA4462664 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.2000-ci il tarixdə İsmayıllı rayonu,Gəraybəyli kəndində anadan olmuş X6 rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2006-cı il tarixli, AZE № 04787372 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1970-ci il tarixdə İsmayıllı rayonu,Gəraybəyli kəndində anadan olmuş X3 rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə İsmayıllı rayonu,Gəraybəyli kəndində anadan olmuş Əhmədov X12 rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan 1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA2021717 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə İsmayıllı rayonu, Gəraybəyli kəndində anadan olmuş Əhmədli (nikahdan sonra Qəniyeva) Mehriban Qismət qızı Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi ev 28-də qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RİHB-nın Gəraybəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ №862629 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X27 xx.xx.2017-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqındaq akt qeydləri kitabında 2017-ci ilin 04 ayının 04 günündə 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-085F Kod 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 18 dekabr 1997-ci il tarixli 25 saylı qərarı ilə İsmayıllı rayon Gəraybəyli kənd sakinləri X29, X16, Ərizəçi İsrafil oğlu (ərizəçi), X33, X30, X19 və X22 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Gəraybəyli kəndi ərazisindən 0.26 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir.Şəhadətnamə 294 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan 10 avqust 2020-ci il tarixli AZ-İİ №393002 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X23 xx.xx.2004-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər, ərə Məmmədov və arvada Məmmədova soyadı verilmişdir,bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2004-cü ilin 01 ayının 23 günündə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 05 sentyabr 2019-cu il tarixli AZ-İİ 937075 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X19 xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər,ərə Qəniyev və arvada Qəniyeva soyadı verilmişdir,bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019-cu ilin 09 ayının 05 günündə 207 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X14 və X8 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X14 və X18 məhkəməyə ərizə göndərərək şəxsiyyət vəsiqələri və digər sənədlərində qeyd edilmiş ad, soyad və ata adları ilə JN-085F KOD 40716058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş ad, soyad və ata adları arasındakı uyğunsuzluğun məhkəmə qaydasında aradan qaldırılmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən,"X47 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X11 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Dövlət Aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 25 saylı qərarına əsasən JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Gəraybəyli kəndində yerləşən 0.26 hektar həyətyanı təyinatlı torpaq sahəsi X29, X16, Ərizəçi İsrafil oğlu (ərizəçi), X33, X30,X19 və X22 birgə mülkiyyətlərinə verilmişdir.Yuxarıda qeyd edilən Şəhadətnamədə ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. X4 adı həmin vaxt “İsrəfil” olmasına baxmayaraq JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “İsrafil”, X7 adı həmin vaxt “Zeynab” olmasına baxmayaraq JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Zeynəb”,Ərizəçi ata adı həmin vaxt “İsrəfil” olmasına baxmayaraq,JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən ata adı “İsrafil”,Əhmədova (nikahdan sonra Məmmədova) Şəhla İsrəfil qızının soyadı həmin vaxt “Əhmədova” və ata adı “İsrəfil” olmasına baxmayaraq JN- 085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı “Əliyeva” və ata adı “İsrafil” və X21 həmin vaxt adı “Arzu”, soyadı “Əhmədli”,ata adı “Qismət” və cinsi “qızı” olmasına baxmayaraq JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı, soyadı, ata adı və cinsi səhvən “X36” kimi yazılmışdır. Həmin Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 25 saylı qərarına əsasən JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Gəraybəli kəndində yerləşən 0.26 hektar həyətyanı torpaq sahəsinin X29,X16,Ərizəçi İsrafil oğlu (ərizəçi),X33,X30,X19 və X22 birgə mülkiyyətlərinə verilməsinə dair JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adının “İsrafil”, X7 adının “Zeynəb”, Ərizəçi ata adının “İsrafil”, Əhmədova (nikahdan sonra Məmmədova) Şəhla İsrəfil qızının soyadının “Əliyeva” və ata adının “İsrafil”,X21 “X36” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X20 (İsmayıllı RİHB-nın Gəraybəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2017-ci il tarixli,AZ-İ №862629 nömrəli ölüm haqqında şəhadətnamə),X9 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli,AZE №03663140 saylı şəxsiyyət vəsiqəsi), Qəniyeva (nikahdan sonra Əhmədova) Könül Əsgər qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli,AZE №13595772 saylı şəxsiyyət vəsiqəsi),X28 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş,xx.xx.2022-ci il tarixli,AA4462664 saylı şəxsiyyət vəsiqəsi),Ərizəçi (İsmayıllı RPŞ QvŞV tərəfindən verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsi), Əhmədova (nikahdan sonra Məmmədova) Şəhla İsrəfil qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2006-cı il tarixli, AZE №04787372 saylı şəxsiyyət vəsiqəsi) və Əhmədli (nikahdan sonra Qəniyeva) Mehriban Qismət qızına (Asan 1 tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA2021717 saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227,233,307-308,311,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 25 saylı qərarına əsasən JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Gəraybəli kəndində yerləşən 0.26 hektar həyətyanı torpaq sahəsinin X29, X16,Ərizəçi İsrafil oğlu (ərizəçi),X33,X30,X19 və X22 birgə mülkiyyətlərinə verilməsinə dair JN-085F KOD 40716058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adının “İsrafil”, X7 adının “Zeynəb”, Ərizəçi ata adının “İsrafil”, Əhmədova (nikahdan sonra Məmmədova) Şəhla İsrəfil qızının soyadının “Əliyeva” və ata adının “İsrafil”,X21 “X36” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X20 (İsmayıllı RİHB-nın Gəraybəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2017-ci il tarixli, AZ-İ №862629 nömrəli ölüm haqqında şəhadətnamə),X9 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2005-ci il tarixli,AZE №03663140 saylı şəxsiyyət vəsiqəsi),Qəniyeva (nikahdan sonra Əhmədova) Könül Əsgər qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2013-cü il tarixli, AZE №13595772 saylı şəxsiyyət vəsiqəsi), X28 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA4462664 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi (İsmayıllı RPŞ QvŞV tərəfindən verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsi), Əhmədova (nikahdan sonra Məmmədova) Şəhla İsrəfil qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2006-cı il tarixli, AZE №04787372 saylı şəxsiyyət vəsiqəsi) və Əhmədli (nikahdan sonra Qəniyeva) Mehriban Qismət qızına (Asan 1 tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA2021717 saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar