Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-543/2023 05.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 05 iyun 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə valideynlərinə verilmiş, JN- 352F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X8 və X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu tarixli 66 saylı qərarı ilə valideyinlərinə, mərhum atası X8 və anası X3 "Torpağın mülkiyyətə verilməsinə dair " JN-352F seriyalı kod-40719018 nömrəli şəhadətnaməyə əsasən ümumilikdə 0,20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. O, 15 may 2012-ci tarixdə vəfat etmiş mərhum atası X4 miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququna şəhadətnamənin verilməsini üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin İsmayıllı rayon Notariat Ofisinə təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə valideyinlərinə verilən JN-352F seriyalı kod-40719028 nömrəli şəhadətnamədə səhvən, atasının ata adı X8 əvəzinə "X9" kimi qeyd olunmuşdur. Təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğundan Notariat Ofisi onun müraciətinə baxmamış və sənədlər geri qaytararaq vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bununla əlaqadar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi saylı 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinə Ərazi İdarəsinin 27 mart 2023-cü il tarixli 3-21-3-42/2-H-00xx-xx/2023 nömrəli məktubu ilə "Torpağa mülkiyyət verilməsinə dair "şəhadətnamədə olan yalnışlığın düzəldilməsi və yeni sənədin verilməsi Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı bildirməklə bundan imtina edilmiş və faktın təsdiqi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-352F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayonu Mican kəndi ərazisindən 0,20 hektar torpaq sahəsi X9 və X1 mülkiyyətinə verilmişdir. 28 noyabr 1952-ci il tarixli, ИЕ №937353 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X8 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. 30 sentyabr 1958-ci il tarixli, İ-ИЕ №161044 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 arasında nikah bağlanmış, ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. 26 sentyabr 2005-ci il tarixli, AZE seriyalı 04011603 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 13 fevral 1938-ci il tarixdə İsmayıllı rayonu Mican kəndində doğulmuş, həmin ünvanda yaşayan şəxs X5r. 15 may 2012-ci il tarixli, AZ-İ №542321 nömrəli şəhadətnamənin surətindən görünür ki, X8 14 may 2012-ci il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 3-21-3-42/2-H-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi JN-352F seriyalı kod-40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X13 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayonu Mican kəndi ərazisindən 0,20 hektar torpaq sahəsi X9 və X1 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-352F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X7 ata adı Züleyxa kimi yazılmışdır. Şəhadətnamədə olan bu yanlışlıq ərizəçinin hüququndan lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən 0,20 hektar torpaq sahəsinin X9 və X1 birgə mülkiyyətlərinə verilməsinə dair JN-352F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X9”nun ata adının “Züleyxa” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8 (15 may 2012-ci il tarixli, AZ-İ №542321 nömrəli ölüm haqqında şəhadətnamə) və X3 (AZE seriyalı, №04011603 nömrəli şəxsiyyət vəsiqəsi)ı məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən 0,20 hektar torpaq sahəsinin X9 və X1 birgə mülkiyyətlərinə verilməsinə dair JN-352F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X9”nun ata adının “Züleyxa” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8 (15 may 2012-ci il tarixli, AZ-İ №542321 nömrəli ölüm haqqında şəhadətnamə) və X3 (AZE seriyalı, №04011603 nömrəli şəxsiyyət vəsiqəsi)ı məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-543/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-543/2023
05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver