Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-547/2021 16.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi İsmayıllı RİHB-nın yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanı maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə 16 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu X8 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, oğlu Anar Qarayev anadan qüsurlu doğulmuşdur. Uzun ilərdir müalicə olunsa da oğlunun sağlamlığında heç bir irəliləyiş olmamışdır. Bütün müalicələr nəticəsiz qalmışdır. Oğlu İsmayıllı rayon X1 Poliklinika şöbəsinin “nevroloji” kabinetində “serebral iflic” diaqnozu ilə qeydiyyatdadır. Oğlunun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, danışığını və yaddaşını tamamilə itirərək öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Oğlunun kənar şəxslərin qulluğuna ehtiyacı vardır. X19 qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Qeyd etdiklərinə əsasən oğlu X8 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X11 məhkəmə iclasına gəlməmiş, məhkəmə psixiatriya ekspertizasının rəyində onun psixi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmək qabiliyyətində olmadığı qeyd edilmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X9 izahat verərək göstərdi ki, X8 barəsində İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun arvadıdır. Onların birgə nikahlarından üç övladları doğulmuşdur. Oğlu Anar anadangəlmə qüsurludur. Aldığı müalicələr heç bir nəticə verməmiş, Anarın səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Oğlunun son zamanlar vəziyyəti daha da ağırlaşmışdır. Danışığını və yaddaşını itirmişdir. Onun kənar şəxslərin köməyinə ehtiyacı vardır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ərizəçiyə 18 noyabr 2009-cu il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Vİ- ЖГ 267395 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 arasında 27 avqust 1992-ci il tarixdə İsmayıllı rayon Quşencə kənd inzibati ərazi bölgüsündə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir. AZ-İ 259327 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X8 anasıdır. AZE 17843320 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 04 sentyabr 2002-ci il tarixdə İsmayıllı rayonun İvanovka kəndində anadan olmuş, İsmayıllı rayonun İvanovka kəndində yaşayır. Çıxarışdan görünür ki, X4 dəfə 16 fevral 2021-ci il tarixdə müayinə olunmuş, Anar Qarayevə anadangəlmə “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, ağırlaşma G82.4 spastik tetraplegiya, Tetraplagiya Ağırlaşma F80 Nitq və dilin inkişafının spesifik pozğunluqları, Nitq qüsuru Ağrlaşma F70.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Yanaşı xəstəliklər H50.0 Müştərək daxili çəpgözlük, Müştərək daxili çəpgözlük Yanaşı xəstəliklər F98.0 Qeyri-üzvi mənşəli enurez, Qeyri iradi sidik ifrazı” diaqnozu qoyulmuş, kənar şəxslərin köməyinə ehtiyacı olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X17 X6 tərəfindən 24 may 2021-ci il tarixdə verilmiş 1514 nömrəli arayışdan görünür ki, X11 12 fevral 2004-cü il tarixdən İsmayıllı M.R.X-nın X2 “nevroloji” kabinetində “uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatdadır. İsmayıllı RİHB-nın İvanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli 330 nömrəli arayışdan görünür ki, X13 rayonun İvanovka kəndində qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Qiyabi (Sənədlər üzrə) Məhkəmə Psixatrik Ekspertizasının 03 iyul 2021-ci il tarixli 1437 nömrəli rəyindən görünür ki, iş materialları əsasında aparılmış ekspert rəyinə əsasən Anar Qarayevdə “uşaq serebral iflici, əqli geriliklə” qeyd olunur. Anar Qarayev öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. X11 tam fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Anar Qarayevin psixi xəstəliklə əlaqədar məhkəməyə gəlməsi və məhkəmə iclasında iştirak etmək iqtidarında olmaması qənaətinə gəlinmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X11 İ qrup əlildir. O, İsmayıllı M.R.X-nın X2 “nevroloji” kabinetində “uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Anar Qarayev “uşaq serebral iflici, əqli geriliklə” xəstəliyindən əziyyət çəkir. O, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Anar Qarayevin psixi vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Tibbi sənədlərin araşdırılması nəticəsində ekspert X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qənaətinə gəlmişdir. Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi Anar Qarayevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X11 “uşaq serebral iflici” diaqnozu ilə xəstədir. İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışa və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 rəyinə əsasən məhkəmə hesab edir ki, Anar Qarayev öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizənin təmin edilməsi, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 sentyabr 2002-ci il tarixdə İsmayıllı rayonun İvanovka kəndində anadan olmuş, İsmayıllı rayonun İvanovka kəndində yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-547/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-547/2021
16.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver