Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-550/2023 26.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi2 iştirakı ilə Ərizəçilər Həsənova (Mahmudova) Kamalə Kamalpaşa qızı, Məmmədova (Mahmudova) Aynurə Kamalpaşa qızı və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 26 may 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Həsənova (Mahmudova) Kamalə Kamalpaşa qızı, Məmmədova (Mahmudova) Aynurə Kamalpaşa qızı və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X23, Mahmudova (nikahdan sonra Babayeva) Mətanət Kamalpaşa qızı, Mahmudova (nikahdan sonra Bəşirova) Gülnarə Kamalpaşa qızı, Mahmudova (nikahdan sonra Şirəliyeva) Ayşən Kamalpaşa qızı, X22, X8 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X2 adı səhvən Kəmalə, mülkiyyətçi X3 adı səhvən Aynur kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək şəhadətnamədə yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Şəhadətnamədə ərizəçilərin adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki adları ilə şəhadətnamədəki adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər Həsənova (Mahmudova) Kamalə Kamalpaşa qızı və Məmmədova (Mahmudova) Aynurə Kamalpaşa qızı məhkəmə iclasına gəlməmişlər, ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək göstərdi ki, ərizəçilər onun ailə üzvləridir. Birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə bacısı X2 adı səhvən Kəmalə, digər bacısı X3 adı səhvən Aynur kimi yazılmışdır. Həmin şəhadətnamənin ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 noyabr 2014-cü il tarixli AZE seriyalı 15024095 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 26 fevral 1964-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində doğulmuş, İsmayıllı rayonun Mican kəndində yaşayan şəxs X18r. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 02 noyabr 2010-cu il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1959-cu il tarixdə İsmayıllı rayonu Mican kəndində doğulmuş, İsmayıllı rayonun Mican kəndində yaşayan şəxs Ərizəçi2dur. İş materiallarında olan İX-ЖГ 310113 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X12 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın Mican İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 670140 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X12 arasında 13 iyul 2011-ci il tarixdə nikah bağlanmış, ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1983-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində doğulmuş, İsmayıllı rayonunda yaşayan şəxs Ərizəçi1dır. İş materiallarında olan Mican kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 063284 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X40 ilə X9 arasında 11 sentyabr 2013-cü il tarixdə nikah bağlanmış, ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 11 sentyabr 1984-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində doğulmuş, İsmayıllı rayonunda yaşayan şəxs X4r. İş materiallarında olan İsmayıllı RİHB-nın Mican İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 295752 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X10 arasında 04 dekabr 2006-cı il tarixdə nikah bağlanmış, ərə Bəşirov, arvada Bəşirova soyadı verilmişdir. İş materiallarında olan mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 oktyabr 1986-cı il tarixdə İsmayıllı rayonu Mican kəndində doğulmuş, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan şəxs X5r. İş materiallarında olan Xİİİ-ЖГ 278300 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X13 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 504621 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X13 arasında 14 may 2022-ci il tarixdə nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1987-ci il tarixdə İsmayıllı rayonu Mican kəndində doğulmuş, İsmayıllı rayonunda yaşayan şəxs Ərizəçi3dır. İş materiallarında olan 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 284769 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X41 ilə X19 arasında 11 iyul 2018-ci il tarixdə nikah bağlanmış, ərə Şirəliyev, arvada Şirəliyeva soyadı verilmişdir. İş materiallarında olan mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 25 dekabr 1988-ci il tarixdə İsmayıllı rayonu Mican kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs X6r. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2018-ci il tarixli AZE seriyalı 17842351 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 26 sentyabr 1993-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində doğulmuş, İsmayıllı rayonun Mican kəndində yaşayan şəxs X14r. İş materiallarında olan mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 03 yanvar 1996-cı il tarixdə İsmayıllı rayonu Mican kəndində doğulmuş, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan şəxs X11r. İş materiallarında olan 27 iyun 2006-cı il tarixli JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X23, Ərizəçi2, X15, X9, X10, X20, X19, X22 və X1 qeyd olunmuşdur. 14 mart 2023-cü il tarixli aktdan görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı saylı qərarı ilə təsdiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi3 adı texniki səhv olaraq Aynur kimi yazılmışdır. Əslində Ərizəçi3 (AA*******) yazılmalıdır. İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X15 və X20 yazılmışdır. Nümayəndəliyin 2018-2022-ci illər üçün olan 9 nömrəli təsərrüfatbaşına kitabın 36-cı səhifəsinə əsasən Həsənova (Mahmudova) Kamalə Kamalpaşa qızı və Məmmədova (Mahmudova) Aynurə Kamalpaşa qızı yazılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli 3-21-3-42/2-M-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi2 JN-0180F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İsmayıllı rayon Qeydiyyat Şöbəsi 02 fevral 2023-cü il tarixli 05/09İS/071910-23 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi2 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşağıdakı kimidir: arvadı-X23, qızı-X15, qızı-X9, qızı-X10, qızı-X13, qızı- X21, oğlu-X22, oğlu-X17. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X46 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X16 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında iştirak edən ərizəçinin izahatı, şahidin ifadəsini və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq X23, Ərizəçi2, X12, X9, X10, X13, X19, X22 və X7 birgə mülkiyyətlərinə 0,16 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X2 adı Kəmalə, mülkiyyətçi X3 adı Aynur kimi yazılmışdır. Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN- 180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X2 adının Kəmalə, X3 adının Aynur kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X23 (AZE seriyalı 15024095 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), Həsənova (nikahdan sonra Mahmudova) Kamalə Kamalpaşa qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Babayeva) Mətanət Kamalpaşa qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Bəşirova) Gülnarə Kamalpaşa qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Məmmədova) Aynurə Kamalpaşa qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Şirəliyeva) Ayşən Kamalpaşa qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), X22 (AZE seriyalı 17842351 saylı şəxsiyyət vəsiqəsi) və X8 (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən 0,16 hektar torpaq sahəsinin X23, Ərizəçi2, X15, X9, X10, X20, X19, X22 və X7 birgə mülkiyyətlərinə verilməsinə dair JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X12”nın adının “Kəmalə”, “X13”nın adının “Aynur” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X23 (AZE seriyalı 15024095 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), Həsənova (nikahdan sonra Mahmudova) Kamalə Kamalpaşa qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Babayeva) Mətanət Kamalpaşa qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Bəşirova) Gülnarə Kamalpaşa qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Məmmədova) Aynurə Kamalpaşa qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Şirəliyeva) Ayşən Kamalpaşa qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), X22 (AZE seriyalı 17842351 saylı şəxsiyyət vəsiqəsi) və X8 (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-550/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-550/2023
26.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver