Məhkəmə qərarları › İş №2(037)-551/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-551/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-551/2023 07.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 07 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə onun və digər mülkiyyətçi X3 birgə mülkiyyətlərinə verilmiş JN-297A Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona və digər mülkiyyətçi X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.18 hektar həyətyanı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçi X3 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən şəhadətnamədə onun və digər mülkiyyətçinin ad, soyad və ata adları qeyd edilmişdir. Onun soyadı həmin vaxt “Abasov”,adı “Sədi” və cinsini bildirən söz “oğlu” olmasına baxmayaraq JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı “Abbasova”, adı “Səidə” və cinsini bildirən söz isə “qızı” kimi yazılmışdır. Eyni zamanda digər mülkiyyətçi X3 isə həmin vaxt ata adı “Vəli” olmasına baxmayaraq JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən ata adı qeyd olunmayaraq “Abbasov Nizami” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçinin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn,qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması vəs.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş,ona şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Şəhadətnamədə mülkiyyətçi kimi onun və digər mülkiyyətçinin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur.Hesab edir ki, onun və digər mülkiyyətçinin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə şəhadətnamədəki ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı,JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və digər mülkiyyətçi X5 məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X7 ifadə verərək göstərdi ki, ərizəçi qardaşıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.18 hektar həyətyanı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçi Ərizəçi birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən şəhadətnamədə onun və digər mülkiyyətçinin ad, soyad və ata adları qeyd edilmişdir. Onun ata adı həmin vaxt “Vəli” olmasına baxmayaraq JN- 297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən ata adı qeyd olunmayaraq “Abbasov Nizami” kimi yazılmışdır. Eyni zamanda Ərizəçi soyadı həmin vaxt “Abasov”,adı “Sədi” və cinsini bildirən söz “oğlu” olmasına baxmayaraq JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı “Abbasova”, adı “Səidə” və cinsini bildirən söz isə “qızı” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə İsmayıllı rayonu,Zərnava kəndində anadan olmuş Abasov X6 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan Səyyar Asan 10 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № 16436971 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində anadan olmuş X1 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1170 nömrəli arayışdan görünür ki, JN-297A Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq X8 yazılmışdır. 2023-2028-ci illər üzrə 18 nömrəli təsərrüfatbaşına uçot kitabının 78-ci səhifəsində Ərizəçi yazılmışdır və həmin ünvanda X8 adlı şəxs yaşamır. İş materiallarında olan JN-297A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayon İsmayıllı kənd sakinləri X8 (ərizəçi) və Abbasov Nizaminin birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.18 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir.Şəhadətnamə 13190 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X9 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Dövlət Aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı,şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.18 hektar həyətyanı təyinatlı torpaq sahəsi X8 (ərizəçi) və Abbasov Nizaminin birgə mülkiyyətlərinə verilmişdir.Yuxarıda qeyd edilən Şəhadətnamədə ərizəçinin və digər mülkiyyətçinin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçi soyadı həmin vaxt “Abasov”,adı “Sədi” və cinsini bildirən söz “oğlu” olmasına baxmayaraq JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı “Abbasova”, adı “Səidə” və cinsini bildirən söz isə “qızı” kimi yazılmışdır. Eyni zamanda digər mülkiyyətçi X3 isə həmin vaxt ata adı “Vəli” olmasına baxmayaraq JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən ata adı qeyd olunmayaraq “Abbasov Nizami” kimi yazılmışdır. Həmin Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçinin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin X8 (ərizəçi) və Abbasov Nizaminin birgə mülkiyyətlərinə verilməsinə dair JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi soyadının “Abbasova”,adının “Səidə” və cinsini bildirən sözün “qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və X5 (Səyyar Asan 10 tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE №16436971 saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227,233,307-308,311,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin X8 (ərizəçi) və Abbasov Nizaminin birgə mülkiyyətlərinə verilməsinə dair JN-297A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi soyadının “Abbasova”,adının “Səidə” və cinsini bildirən sözün “qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və X5 (Səyyar Asan 10 tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE №16436971 saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar