Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-554/2023 12.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə 12 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********105290 nömrəli abonent koduna işlənmiş itirilmiş təbii qazın dəyəri olan 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş və istismarda olan Elster G-4T diafraqma tipli 10046201 nömrəli sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13 iyun 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilərək sayğac açılaraq götürülmüş və yeni sayğac quraşdırılmışdır. Bir neçə aydan sonra cavabdeh təşkilatın əməkdaşları ona bildirmişlər ki, onun evindən açılaraq götürlümüş Elster G-4T diafraqma tipli 10046201 nömrəli qaz sayğacı Metrologiya Departamenti Sayğacların müayinəsi Laboratoriyasında qaz sayğacı yoxlamadan keçərək, guya həmin sayğacın çıxış plastmas borusu deşilmiş və təbii qaz itkisi baş vermişdir. Bu səbəbdən onun barəsində 30 oktyabr 2022-ci il tarixli 29/1710-03840-1 nömrəli akt tərtib olunmuşdur. "Təbii X1nın pozulması haqqında" 30 noyabr 2022-ci tarixdə tərtib olunmuş ******* nömrəli akta uyğun olaraq qərar qəbul olunmuş göstərilən 8640 kubmetr itirilmiş təbii qaz onun **********105290 saylı abonent hesabına işlənmiş, həmin miqdarda təbii qazın dəyəri olan 1036,8 manat debitor borcu qaz sayğacına dəymiş ziyanın ödənilməsi ondan tələb edilmişdir. Cavabdeh təşkilat tərəfindən cəmi 8640 kubmetr itirilmiş və həmin miqdarda təbii qazın dəyəri olan 1036,8 manat onun **********105290 saylı abonent hesabına əsassız olaraq işlənmişdir. Qaz saygacın çıxış plastmas borusunun deşilməsi təbii qaz itkisinin baş verməsi onun günahı deyildir. Onun tərəfindən sayğaca kənar müdaxilə olunmamış, bu barədə hər hansı bir məlumatı olmamışdır. İsmayıllı rayon Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun tam şəkildə mütəmadi olaraq ödənişlər edir. Bundan əlavə, qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanı da olmamış, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə o, məsuliyyət daşımır. Eyni zamanda,sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 8640 kub metr miqdarında, yəni 1036,8 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Əgər sayğacın çıxış plastmas borusu deşilərək təbii qaz itkisi baş versəydi o zaman nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Cavabdeh təşkilat tərəfindən 30 noyabr 2022-ci il tarixli tələbnamənin heç bir qanuni əsas olmadan ona 8640 kubmetr təbii qaz sərfiyyatı hesablaması və həmin sərfiyyata uyğun olaraq hesabına 1036,8 manat miqdarında debitor borcu daxil edilməsi və yeni sayğacın quraşdırılmasına görə pul vəsaitini tələb etmək qanunsuzdur. Cavabdeh təşkilat tərəfindən **********105290 nömrəli abonent koduna işlənmiş itirilmiş təbii qazın dəyəri olan 1036,8 manat borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 iyun 2022-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Cavabdeh İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 oktyabr 2022-ci il tarixli, MSK 29/1710-03840-1 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış Elster G-4T diafraqma tipli 10046201 nömrəli sayğaca İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deyişildiyi və təbii qaz itkisi yarandığı aşkar edilmişdir. Cavabdeh İB-nin “Təbii X1nın pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi və 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. Cavabdeh İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 noyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə sayğacın çıxış plastmas borusunun deyişildiyi və təbii qaz itkisi yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 8640 kubmetr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Abonentin saldosundan görünür ki, iddiaçının **********105290 nömrəli abonent koduna 1036,8 manat borc vurulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 iyun 2022-ci il tarixli ******* nömrəli aktına əsasən həmin təşkilatın əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Cavabdeh İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 oktyabr 2022-ci il tarixli, MSK 29/1710-03840-1 nömrəli akta əsasən iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış Elster G-4T diafraqma tipli 10046201 nömrəli sayğaca İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deyişildiyi və təbii qaz itkisi yarandığı aşkar edilmişdir. Cavabdeh İB-nin “Təbii X1nın pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi və 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. Cavabdeh İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 noyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 8640 kubmetr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Abonentin saldosuna əsasən iddiaçının **********105290 nömrəli abonent koduna 1036,8 manat borc vurulmuşdur. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 1036,8 manat borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış Elster G-4T diafraqma tipli 10046201 nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 8640 kubmetr miqdarında, yəni 1036,8 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun və qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçının hesabına işlənmiş 8640 kubmetr itirilmiş təbii qazın dəyəri 1036,8 manat borcun silinməsi və iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 1036,8 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30,37 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********105290 nömrəli abonent koduna vurulmuş 8640 kub metr təbii qazın dəyəri 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. Cavabdehndən 30 (otuz) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-554/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-554/2023
12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver