Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-556/2023 18.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə 18 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qardaşı Əlifov Məhyəddin Fərhad oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, qardaşı Məhyəddinin anadan olandan bir müddət sonra xəstə olduğu bilinmişdir. Uzun illərdir müalicə olunsa da sağlamlığında yaxşılığa doğru heç bir irəliləyiş olmamışdır. Aldığı müalicələr nəticəsiz qalmışdır. Məhyəddin onunla birlikdə yaşayır və ona bütün qulluğu onun ailəsi göstərir. Məhyəddin İ qrup əlildir və İsmayıllı rayon X2 Poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində “G40.3 Generalizə olunmuş epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə. F.72.1 ağır dərəcəli əqli gerilik. F98.0 Enurez. F.98.1 Enkoprez.anadan gəlmə lal-kar” diaqnozu ilə qeydiyyatdadır. Onun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Məhyəddinin hər zaman kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən qardaşı Məhyəddin Əlifovun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əlifov Məhyəddin Fərhad oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 izahat verərək göstərdi ki, Əlifov Məhyəddin Fərhad oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. X6 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Ərinin qardaşı Məhyəddin uzun illərdir xəstədir. Aldığı müalicələr heç bir nəticə verməmiş, səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Məhyəddin onlarla birlikdə yaşayır və ona lazımı bütün qulluğu onlar göstərir. Məhyəddinin son zamanlar vəziyyəti daha da ağırlaşmışdır. Onun daima kənar şəxslərin köməyinə ehtiyacı vardır. Vİ-ЖГ 423288 nömrəli doğum haqqında şəhadətnamənin və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxxx 1979-cu il tarixdə İsmayıllı rayonun Zərnava kəndində doğulmuş şəxs Ərizəçidur. Valideynləri Əlifov Fərhad Fərəc oğlu və X5r. A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin və AA2271399 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 25 fevral 1970-ci il tarixdə İsmayıllı rayonun Zərnava kəndində doğulmuş şəxs Əlifov Məhyəddin Fərhad oğludur. Valideynləri Əlifov Fərhad Fərəc oğlu və X5r. Əlifov Məhyəddin Fərhad oğluna məxsus xəstənin tibbi kartasının surətindən görünür ki, Əlifov Məhyəddin Fərhad oğlu 3 iyun 1992-ci il tarixdən İsmayıllı rayon X2 Poliklinika şöbəsində qeydiyyata alınmış və müxtəlif vaxtlarda səhhəti ilə bağlı müayinələrdən keçmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Əlifov Məhyəddin Fərhad oğlunun sağlamlıq vəziyyəti 15 iyun 1994-cü il tarixdə qiymətləndirilərək, ona “Generalizə olunmuş epilepsiya, şəzsiyyət dəyişikliyi ilə. Oliqofreniyanın imbesillik dərəcəsi. Anadangəlmə lal-karlıq” diaqnozu qoyulmuş, başqasının qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən 31 mart 2023-cü il tarixdə verilmiş PHŞ-6-47/3- 1091/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun yuxarı Zərnava kəndində yaşayan 25 fevral 1970-ci il təvəllüdlü Əlifov X4 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhiəsəb” kabinetində 03 iyun 1992-ci il tarixdən “G40.3 Generalizə olunmuş epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə. F.72.1 ağır dərəcəli əqli gerilik. F98.0 Enurez. F.98.1 Enkoprez.anadan gəlmə lal-kar” diaqnozu ilə dispanser qeydiyyatdadır. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli 99 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayonun Zərnava kəndində 01 nömrəli təsərrüfatbaşına uçot kitabının 158-ci səhifəsində 68 nömrəli şəxsi hesaba əsasən daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır və birinci qrup əlil qardaşı Əlifov Məhyəddin Fərhad oğlu onun himayəsində yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 27 may 2023-cü il tarixli 1497 nömrəli rəyindən görünür ki, Əlifov Məhyəddin Fərhad oğlunda “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində oliqofreniya) (F72) aşkar olunur. Bunu mülki iş materiallarına əsasən psixofiziki inkişafda geri qalması, əqli gerilikdən əziyyət çəkməsi, özünü idarə edə bilməməsi, 1992-ci ildən İsmayıllı Rayon Mərkəzi X1 “Ruhi-əsəb” kabinetində “ağır dərəcəli əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi və sair sübut edir. Məhyəddin Əlifov onda qeyd olunan “ağır dərəcəli əqli gerilik” nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhyəddin Əlifov xəstəliyi nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onun fəaliyyət qabiliyyəti olmayn şəxs hesab edilməsi üçün əsaslar vardır. Məhyəddin Əlifovun psixi vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Əlifov Məhyəddin Fərhad oğlu 25 fevral 1970-ci il tarixdə İsmayıllı rayonun Zərnava kəndində anadan olmuşdur. X8 M.R.X-nın X3 “Ruhi-əsəb” kabinetində 03 iyun 1992-ci il tarixdən “G40.3 Generalizə olunmuş epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə. F.72.1 ağır dərəcəli əqli gerilik. F98.0 Enurez. F.98.1 Enkoprez.anadan gəlmə lal-kar” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Əlifov Məhyəddin Fərhad oğlunda “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində oliqofreniya) (F72) müəyyən edilir. Məhyəddin Əlifov həmin xəstəliyin nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ərizəçi Əlifov Məhyəddin Fərhad oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Məhyəddin Əlifovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Əlifov X4 MRX-nın X3 “Ruhi-əsəb” kabinetində 03 iyun 1992-ci il tarixdən “G40.3 Generalizə olunmuş epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə. F.72.1 ağır dərəcəli əqli gerilik. F98.0 Enurez. F.98.1 Enkoprez.anadan gəlmə lal-kar” diaqnozu ilə dispanser qeydiyyatdadır. İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışa və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 rəyinə əsasən məhkəmə hesab edir ki, Məhyəddin Əlifovun öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Əlifov Məhyəddin Fərhad oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 fevral 1970-ci il tarixdə doğulmuş Əlifov Məhyəddin Fərhad oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-556/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-556/2023
18.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver