Məhkəmə qərarları › İş №2(037)-559/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-559/2025

22.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-559/2025 22.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə 22 dekabr 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən **********0-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə 62 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx.xx.2023-cü ildə qeydə alınaraq verilmiş çıxarış üzrə onun və digər ailə üzvülərinin birgə mülkiyyətində olan, İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndi (Yuxarıbaş) ərazisində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsinin cənub tərəfində Cavabdeh tərəfindən inşa edilmiş quraqlığın ona məxsus 10 metr uzunluğunda mişar daşından inşa olunmuş hasarın üzərinə düşən hissəsinin sökülməsi və cavabdeh tərəfindən mülkiyyətinə qarşı qanunsuz müdaxilələrinə qadağa qoyulmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İsmayıllı rayon keçmiş Oktyabr kolxozunda mühasibatlıqda işləyərkən ona kolxozun sərəncamına əsasən 0,09 hektar həyətyanı torpaq sahəsi qanuni istifadəsinə verilmişdir. Torpaq islahatları zamanı həmin 0,09 hektar torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına uyğun olaraq onun və digər ailə üzvülərinin birgə mülkiyyətlərinə verilmiş, Əmlak Məsələləri Dövlət Xidməti və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə **********0-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 62 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydə alınaraq müvafiq çıxarış verilmişdir. O, 2009-cu ildə həmin həyətyanı torpaq sahəsində, torpağının cənub tərəfində, Cavabdeh məxsus həyətyanı torpaq sahəsinin sərhəddində 30 sm məsafə buraxaraq mişar daşından hasar hördürmüşdür. Həmin hasarın çəkilməsində məqsədi həmin hasar divarının üstündə quraqlıq tikməklə quraqlığın bir tərəfi kimi daş hasardan istifadə etmək niyyəti olmuşdur. Həmin həyətyanı torpaq sahəsində tam qanuni əsaslarla fərdi yaşayış evi də inşa etdirmişdir. Lakin həmin həyətdə və evdə müvəqqəti yaşamamaqlarından istifadə edərək Cavabdeh öz həyətində inşa etdirdiyi quraqlığın şimal tərəfini dayaq kimi onun inşa etdirdiyi hasarın üstünə birləşdirməklə hasardan onun özü tərəfindən quraqlıq tikintisinə maneçilik yaratmışdır. Bununla da cavabdeh qonşuluq qaydalarına riayət etməmiş,onun qanuni mülkiyyət hüquqlarını pozmuşdur. O, cavabdehin bu mülki qanunvericiliyə zidd hərəkətləri ilə əlaqədar qanunsuz inşa etdiyi tikilinin sökülməsi tələbi ilə 2020-ci ildə iddia qaldırmışdır. Lakin həmin vaxt məhkəmə tərəfindən mütəxəssisin iştirakı ilə yerində müayinə keçirilmiş, müayinədə iştirak edən mütəxəssis məhkəməyə verdiyi rəydə göstərmişdir ki, məlum torpaq islahatları zamanı tərəflərə verilmiş torpaq şəhadətnamələrindəki cizgi ilə naturada göstərilən cizgilər arasında uyğunsuzluq mövcud olduğundan mülkiyyətçilərə məxsus torpaq sahələri arasında inşa olunmuş hasarın kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Bu əsasla da məhkəmə xx.xx.2020-ci il tarixli, 2(037)-204/2020 nömrəli qətnamə ilə iddiasını təmin etməmişdir.Lakin xx.xx.2023-cü ildə həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq müvafiq çıxarış almış və həyətyanı torpaq sahəsi, orada yerləşən fərdi yaşayış evi və yardımçı tikililərin, habelə mübahisəli hasarın texniki göstəriciləri öz əksini tapmışdır. O cümlədən də həyətin bütün hasarlarının, mübahisəli daş hasar da daxil olmaqla dəqiq cizgisi çəkilmişdir. Odur ki, cavabdehlə aralarındakı sərhəd xətti tam dəqiqdir və cavabdehin qanunsuz hərəkəti davam edir və o məhkəmə müdafiəsindən istifadə etməyə məcburdur. Hesab edir ki, onun və digər ailə üzvülərinin birgə mülkiyyətində olan, İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndi (Yuxarıbaş) ərazisində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsinin cənub tərəfində Cavabdeh tərəfindən inşa edilmiş quraqlığın ona məxsus 10 metr uzunluğunda mişar daşından inşa olunmuş hasarın üzərinə düşən hissəsi sökülməli və cavabdeh tərəfindən mülkiyyətinə qarşı qanunsuz müdaxilələrə qadağa qoyulmalıdır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, o dəfələrlə cavabdehə müraciət edərək aralarında olan mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsini xahiş etsə də, ancaq sonuncu onun xahişini nəzərə almayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir.Cavabdehlə aralarında olan mübahisənin nəticəsində əri bir neçə gün əvvəl insul keçirərək vəfat etmişdir. Cavabdehlə aralarında olan mübahisənin əvvəllər qarşılıqlı razılıq əsasında həll edilməsinə razı olsa da, ancaq mübahisənin nəticəsi olaraq əri vəfat etdiyindən aralarında olan mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsinə razı deyildir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu,İsmayıllı kəndi ünvanında yaşayır.İddiaçıya məxsus fərdi yaşayış evi ona məxsus fərdi yaşayış evinin qonşuluğunda yerləşir. İddiaçıya məxsus fərdi yaşayış evi ilə ona məxsus fərdi yaşayış evinin sərhəddində ortaq divar hesab olunan mişar daşından inşa edilmiş hasar vardır. Ona məxsus talvar tikilisinin bir hissəsi iddiaçı ilə aralarında olan ortaq divarın üzərinə düşür. İddiaçı ona müraciət edərək ortaq divarın üzərində inşa edilmiş talvar tikilisinin ortaq divar üzərinə düşən hissəsinin qarşılıqlı razılıq əsasında sökülməsini təklif etmiş və ondan 400 manat məbləğində pul istəmişdir. O, iddiaçıya pensiya ilə dolandığını və 400 manat pulu birdəfəlik ödəməyə maddi imkanı olmadığını, həmin məbləği iki dəfəyə verə biləcəyini bildirmişdir. Lakin iddiaçı onun təklifi ilə razılaşmamış və onu nalayiq sözlərlə təhqir edərək məhkəmyə müraciət etmişdir. O, iddiaçı ilə aralarında olan mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsindən imtina etməmişdir. Onun inşa etdiyi talvar tikilisinin ortaq divar üzərinə düşən hissəsi iddiaçıya deyil, ona məxsus torpaq sahəsində yerləşir. Məhkəmə tərəfindən mübahisəli tikilinin yerləşmə yerinin müəyyən edilməsi məqəsdi ilə ekspertiza təyin edilmişdir. Məhkəmədən ona ekspertin mübahisəli əraziyə baxış keçirilməsi barədə məlumat verildikdən sonra yaşadığı evdə ekspertin gəlməsini gözləmiş, ancaq ekspert mübahisəli əraziyə onun iştirakı olmadan baxış keçirərək qanunsuz rəy vermişdir. O, ekspertin rəyi ilə razılaşmır və hesab edir ki, ekspertin rəyi mötəbər sübut kimi qəbul edilməyərək mülki iş üzrə yenidən ekspertiza təyin olunmalı və mübahisəli əraziyə ekspert tərəfindən onun iştirakı ilə baxış keçirilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla ədaləti qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X6 izahat verərək göstərdi ki, iddiaçıya məxsus fərdi yaşayış evi cavabdehə məxsus fərdi yaşayış evinin qonşuluğunda yerləşir və hər iki evin sərhəddində ortaq divar hesab olunan mişar daşından inşa edilmiş hasar vardır. Cavabdehə məxsus talvar tikilisinin bir hissəsi iddiaçı ilə aralarında olan ortaq divarın üzərinə düşür. Mübahisəli ərazi ilə bağlı tərəflər arasında əvvəllər qarşılıqlı razılaşma əldə edilməsinə cəhd göstərilsə də, ancaq sonda heç bir nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən mübahisəli tikilinin yerləşmə yerinin müəyyən edilməsi məqəsdi ilə ekspertiza təyin edilmişdir. Ekspert tərəfindən mübahisəli əraziyə baxış keçirilsə də, ancaq cavabdehin baxışda iştirakı təmin edilməmişdir. Ona görə də ekspertin rəyi ilə razılaşmır və hesab edir ki, ekspertin rəyi mötəbər sübut kimi qəbul edilməyərək mülki iş üzrə yenidən ekspertiza təyin olunmalı və mübahisəli əraziyə ekspert tərəfindən cavabdehin iştirakı ilə baxış keçirilməlidir. Eyni zamanda cavabdeh iddiaçı ilə aralarında olan mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsinə etiraz etmir. Əgər iddiaçı razı olarsa cavabdeh aralarında olan mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsinə hazırdır. Qeyd etdikləri nəzərə alınmaqla ədaləti qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********80- 10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi İddiaçı, X3, X4, X5 və X2 ümumi birgə mülkiyyətlərinə, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 215.8 kv.metr olan fərdi yaşayış evi isə İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. fotoşəkillərdən görünür ki, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin sərhəddində ortaq divar hesab olunan hasarın üzərində cavabdeh tərəfindən talvar (quraqlıq) inşa edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(037)-204/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı JN-1156 KOD 40719028 nömrəli şəhadətnamə üzrə onun və digər ailə üzvlərinin birgə mülkiyyətində olan, İsmayıllı şəhəri, keçmiş İsmayıllı (Yuxarıbaş) kəndi ərazisində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin cənub tərəfində cavabdeh tərəfindən inşa edilmiş quraqlığın ona məxsus 10 metr uzunluğunda mişar daşından inşa olunmuş hasarın üzərinə düşən hissəsinin sökülməsi və cavabdeh tərəfindən mülkiyyətinə qarşı qanunsuz hərəkətlərinə son qoyulmasına dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 30 iyul 2025-ci il tarixli, 3-21-3-42/2-3394/2025 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş quraqlıq altında qalan torpaq sahəsinin 2.6 kv.metr hissəsi (en 0.2 metr, uzunluq 13.1 metr) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış üzrə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan, İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndi ərazisində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin üzərinə düşür. Məhkəmə Ekspertiza Mərkəzinin 01 sentyabr 2025-ci il tarixli, №3-16-16/2- 10/3892/2025 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş quraqlıq altında qalan torpaq sahəsinin 2.6 kv.metr hissəsinin (en 0.2 metr, uzunluq 13.1 metr) **********8010301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış üzrə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan, İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndi ərazisində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin üzərinə düşdüyü müəyyən olunur və iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin faktiki sərhəd hasarı üzərində inşa edilmiş quraqlıq tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli,********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 14221301 büdcə təsnifat kodu vasitəsi ilə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ekspert və mütəxəssis rəylərini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert və mütəxəssis rəyləri tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Cavabdeh tərəfindən inşa edilmiş quraqlıq altında qalan torpaq sahəsinin 2.6 kv.metr hissəsinin (en 0.2 metr, uzunluq 13.1 metr) **********8010301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış üzrə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan, İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndi ərazisində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin üzərinə düşdüyü müəyyən olunur və iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin faktiki sərhəd hasarı üzərində inşa edilmiş quraqlıq tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. Hazırda ortaq divar hesab olunan hasarın üzərində inşa edilmiş mübahisəli talvar tikilisi cavabdehin istifadəsində və sahibliyindədir. İddiaçı dəfələrlə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş ortaq divar hesab olunan hasarın üzərində inşa edilmiş mübahisəli talvar tikilisinin ortaq divarın üzərinə düşən hissəsinin sökülməsi ilə bağlı cavabdehə təklif etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun,ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda,həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir.Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə giriş qapının sökülməsi və iddiaçının həyətinə açılan pəncərələrin bağlanmasının əsaslarını sübutetmə yükü iddiaçının, sözügedən torpaq sahəsinin bir hissəsinin iddiaçıdan alınmasının sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Göründüyü kimi Cavabdeh tərəfindən inşa edilmiş quraqlıq altında qalan torpaq sahəsinin 2.6 kv.metr hissəsinin (en 0.2 metr, uzunluq 13.1 metr) iddiaçıya məxsus 0.09 hektar həyətyanı torpaq sahəsinin üzərinə düşdüyü müəyyən olunur və iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin faktiki sərhəd hasarı üzərində inşa edilmiş quraqlıq tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələbi pozulmaqla, iddiaçının öz torpaq sahəsi üzərində istifadə hüququnu məhdudlaşdırır və sözügedən pozuntunun tikilmiş quraqlıq sökülmədən aradan qaldırılması mümkün deyildir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********80-10301 olan xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İddiaçı və ailə üzvləri X3, X4, X5 və X2 ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu, İsmayıllı kəndi (Yuxarıbaş) ərazisində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin cənub tərəfində İddiaçı tərəfindən inşa edilmiş 10 metr uzunluğunda mişar daşından inşa edilmiş hasarın üzərində Cavabdeh tərəfindən inşa edilmiş quraqlığın 2.6 kv.metr hissəsi (eni 0.2 metr, uzunluğu 13.1 metr) sökülməli və cavabdeh tərəfindən iddiaçının mübahisəli əraziyə dair mülkiyyət hüquqlarına qanunsuz müdaxilələrə qadağa qoyulmalıdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin xahişi əsasında təyin edilmiş ekspert rəyinin verilməsi zamanı aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat ekspert xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu barədə hər hansı tələb olmadığından iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********80-10301 olan xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İddiaçı və ailə üzvləri X3, X4, X5 və X2 ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu, İsmayıllı kəndi (Yuxarıbaş) ərazisində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin cənub tərəfində İddiaçı tərəfindən inşa edilmiş 10 metr uzunluğunda mişar daşından inşa edilmiş hasarın üzərində Cavabdeh tərəfindən inşa edilmiş quraqlığın 2.6 kv.metr hissəsi (eni 0.2 metr, uzunluğu 13.1 metr) sökülsün və cavabdeh tərəfindən iddiaçının mübahisəli əraziyə dair mülkiyyət hüquqlarına qanunsuz müdaxilələrə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, hesab nömrəsi AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar