Məhkəmə qərarları › İş №2(037)-568/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-568/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-568/2020 11.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) təbii qazdan istifadəyə görə yaranmış 844 manat borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 712 manat 80 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 1587 (bir min beş yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxxxxxx 2016-cı il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 844 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 844 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Cavabdeh məcburi köçkün olduğundan qazdan istifadə üçün onlara limit verilir. Həmin borc limitdən əlavə yaranmışdır. Bundan əlavə xx xxxx 2019-cu il tarixdə “İddiaçı” İB-nin X5 X2 Xidmət Sahəsinin əməkdaşları tərəfindən cavabdehin İsmayıllı rayonun Xanagah kəndindəki evinin qaz xəttinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar olunmuşdur. Bununla bağlı həmin tarixdə “Təbii X3nın pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədilə “İddiaçı” İB-nin X5 İstismar İdarəsinə göndərilmişdir. Tərtib olunmuş aktı cavabdeh imzalamaqdan imtina etmişdir. Həmin akta əsasən Ağsu RQİİ tərəfindən xx xxxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək cavabdehin abonent koduna 712,8 manat məbləğində itirilmiş qazın dəyəri vurulmuşdur. Cavabdehin abonent koduna vurulmuş məbləğlər istifadə etdiyi təbii qazın və sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 844 manat borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 712 manat 80 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 1587 (bir min beş yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X1 məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun atasıdır. Laçın rayonundan məcburi köçkün düşərək İsmayıllı rayonun Xanagah kəndində məskunlaşmışlar. Atası fərdi yaşayış evlərinə qaz xəttini öz hesabına çəkdirmişdir. Qaz sayğacı quraşdırılmışdır. Qazdan yalnız yay fəslində istifadə olunmuşdur. Sayğac quraşdırılana qədər və quraşdırıldıqdan sonra da aylıq istifadə etdikləri qazın pulunu nəzarətçiyə nəqd şəkildə ödəmişlər. Lakin ötən dövr ərzində nəzarətçidən bu barədə qəbz almamışlar. Abonentin saldosunda göstərilən borc əvvəlki ayların sərfiyyatı nəzərə alınmadan yazılmışıdr. Hesablama düzgün aparılmamışdır. “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 2019-cu ildə sayğaca baxış keçirilmişdir. Bildirilmişdir ki, bütün sayğaclara ümumi baxış keçirilir. Baxış keçirildikdən sonra problem olmadığı bildirmişlər. Lakin bir müddət sonra onlara məlum oldu ki, sayğaca görə əlavə cərimə yazılmışdır. Həmin cərimə də qanunsuz və əsassızdır. Çünki ailə üzvləri tərəfindən qaz xəttinə heç bir qanunsuz müdaxilə olunmamışdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X5 İstismarı İdarəsi ilə cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli 5859 nömrəli müqavilənin surətindən görünür ki, cavabdeh yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab üzrə tam şəkildə ödəməlidir. İddiaçı” İB-nin “Təbii X3nın pozulması haqqında” xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, cavabdehin İsmayıllı rayonun Xanagah kəndində yerləşən evinin qaz xəttinə baxış keçirilmiş, baxış zamanı qaz sayğacından kənar qeyriqanuni qoşulma aşkar olunmuşdur. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent tərəfindən qaz kəmərinə özbaşına olaraq qanunsuz birləşmə aşkar edilmiş, sayğacdankənar özbaşına qoşulmuş qaz xətti ləğv edilmiş və abonent tərəfindən qeyri-qanuni istifadə edilmiş 7128 kub metr itirilmiş qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. Abonentin saldosundan görünür ki, cavabdehin **********00220 nömrəli abonent koduna 2019-cu ilin mart ayının sonuna 712,8 manat akt üzrə borc vurulmuş, 2019-cu ilin dekabr ayının sonuna isə təbi qazdan istifadəyə görə 844 manat borcu olduğu göstərilmişdir. 01NM-13HŞ-1122 nömrəli xx xxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən istifadə edilmiş təbii qaza görə xx xxxx 2020-ci il tarixə yaranmış 1556,8 manat borc məbləğinin beş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 654342052 nömrəli xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehin 2019cu ilin dekabr ayının sonuna 844 manat borcu yaranmışdır. Bundan əlavə “İddiaçı” İB-nin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə cavabdehin fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmış, sayğacdan kənar əlavə qaz xətti aşkar olunmuşdur. Bununla bağlı həmin tarixdə “Təbii X3nın pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Həmin akta əsasən Ağsu RQİİ tərəfindən xx xxxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək cavabdehin abonent koduna 7128 m3 itirilmiş qaz vurulmuşdur. Cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 844 manat borcun və sayğacdan kənar istifadə etdiyi təbii qaza görə abonent koduna vurulmuş 712,8 manat borcun ödənilməsi tələb olunmuş, lakin istehlakçı tərəfindən tələb olunan borc məbləğlərinin ödənilməsi təmin olunmamışdır. İddiaçının nümayəndəsi cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 844 manat borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 712 manat 80 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 1587 (bir min beş yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik məbləğinin alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X3”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Cavabdehin istifadə etdiyi təbii qazın dəyərini ödəməməsi və qanunsuz olaraq qaz xəttinə qoşulması iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə sübuta yetirildiyindən təbii qazdan istifadəyə görə yaranmış 844 manat borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 712 manat 80 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 1587 (bir min beş yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik məbləğinin cavabdehdən alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 844 manat borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 712 manat 80 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 1587 (bir min beş yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik məbləği alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar