Məhkəmə qərarları › İş №2(037)-574/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-574/2021

15.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-574/2021 15.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 15 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi1 (bundan sonra birinci ərizəçi) və Ərizəçi2 (bundan sonra ikinci ərizəçi) ərizə ilə müraciət edərək JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X2, X4 və onlara məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun adı Rahil əvəzinə Rahib kimi yazılmışdır. Bundan başqa valideynləri arasında nikah bağlanarkən anası atasının soyadına uyğun Mirzəyeva soyadını qəbul etsə də, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə anasının soyadı İbadova kimi yazılmışdır. Şəhadətnamədə onun adı səhv yazıldığından torpaq sahəsinə dair çıxarış ala bilmir. Uyğunsuzluğun aradan qaldırılması ilə bağlı ikinci ərizəçi aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etmələri bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin onlara və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci ərizəçi birinci ərizəçi ilə eyniməzmunlu izahat verərək JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin onlara və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, birinci ərizəçi onun qardaşı, ikinci ərizəçi isə atasıdır. Birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunan sənəddə qardaşının adı Rahil əvəzinə Rahib kimi yazılmışdır. Onların ailəsində Rahib adlı şəxs yoxdur və olmamışdır. Göstərilən JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona, ərizəçilərə və ailə üzvünə məxsus olmasını təsdiq edir. 16 dekabr 1993-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 16 dekabr 1993-cü il tarixdə İsmayıllı rayon Kürdmaşı icra hakimiyyəti nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə Ərizəçi2 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Mirzəyeva soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı İbadova olmuşdur. XİX-ЖГ 404880 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, birinci ərizəçiyə Ərizəçi1 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 01 noyabr 2010-cu il tarixdə mülkiyyətçiyə Ərizəçi2 oğlu adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 08402134 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 02 noyabr 2010-cu il tarixdə mülkiyyətçiyə X2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA1523598 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X6 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 27 mart 2013-cü il tarixdə mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. 04 noyabr 2002-ci il tarixli JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2, X2, X6 və Ərizəçi1 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi Ərizəçi1 adı Rahib kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli 88 nömrəli arayışdan görünür ki, JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə texniki səhv olaraq “Ərizəçi1” “X7” kimi yazılmışdır. Doğum şəhadətnaməsinə, Təsarüfatbaşına kitaba və arxiv sənədlərinə əsasən Ərizəçi1 olmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli **********00 nömrəli məktubdan görünür ki, ikinci ərizəçi JN-148F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçilərn izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi2, X2, X6 və Ərizəçi1 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi1 adı Rahib kimi qeyd olunmuşdur. Mülkiyyətçi X2 16 dekabr 1993-cü il tarixdə İsmayıllı rayon Kürdmaşı icra hakimiyyəti nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə Ərizəçi2 ilə ailə qurmuş, ərinin soyadına uyğun olaraq Mirzəyeva soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı İbadova olmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin adı düzgün qeyd olunmadığından ərizəçilər torpaq sahəsinə dair çıxarış ala bilmirlər. Göstərilən səhvin düzəldilməsi ilə bağlı ikinci ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədin onlara və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin adının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçilərə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 04 noyabr 2002-ci il tarixli JN-148F Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi2, X2, X6 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar