Məhkəmə qərarları › İş №2(037)-58/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-58/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-58/2023 23.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 23 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DTXK-si tərəfindən 13 sentyabr 2002ci il tarixdə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0095 KOD 40710038 saylı Dövlət X3, X28, X25, X29, Ərizəçi və X11 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0095 KOD 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (bundan sonra “Dövlət Aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Uştal kəndində yerləşən 5.97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında ərizəçinin və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçinin adı həmin vaxt “Səbirə” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Sabirə” və digər mülkiyyətçi X5 isə adı həmin vaxt “Müşkünaz” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Müşgünaz” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində ərizəçinin və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək,Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında mülkiyyətçi kimi onun və ailə üzvlərinin ad, soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi bacısı X25 təmsil etmişdir. Ərizəçinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X25 ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X29 ifadə verərək göstərdi ki, Ərizəçi bacısıdır.İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0095 KOD 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştal kəndində yerləşən 5.97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Bacısı Ərizəçi adı həmin vaxt “Səbirə” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Sabirə” və anası X5 isə adı həmin vaxt “Müşkünaz” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Müşgünaz” kimi yazılmışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə Ermənistan, Vardenis rayonunda doğulmuş Şabanova X15 rayonu, Uştal kəndində qeydiyyatdadır. İş materiallarında olan Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 24 avqust 2013-cü il tarixli, AZ-İ №606454 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin avqust ayının 24 günündə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 05 iyul 2022-ci il tarixli, AZ-İİ №284547 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.2022-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022ci ilin 07 ayının 05 günündə 283 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA1217050 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə Ermənistan,Vardenis rayonunda doğulmuş X4 rayonu, Uştal kəndində qeydiyyatdadır. İş materiallarında olan Səyyar Asan 10 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE №16436005 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə Ermənistan,Vardenis rayonunda doğulmuş X6 rayonu,Uştal kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZE №07595735 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində doğulmuş X2 rayonu, Uştal kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0095 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə İsmayıllı rayon Uştal kənd sakinləri X28, X12, X25, X20 (ərizəçi), X31 və X8 birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Uştal kəndi ərazisindən 5.97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 12882 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X32 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X13 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0095 KOD 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştal kəndində yerləşən 5.97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X28, X12, X25, X20 (ərizəçi), X31 və X8 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçi adı həmin vaxt “Səbirə” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Sabirə” və digər mülkiyyətçi X5 isə adı həmin vaxt “Müşkünaz” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Müşgünaz” kimi yazılmışdır. X21 bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN- 0095 KOD 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştal kəndində yerləşən 5.97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X28, X12, X25, X20 (ərizəçi), X31 və X8 mülkiyyətlərinə verilməsinə dair JN- 0095 KOD 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 adının “Müşgünaz” və Ərizəçi adının “Sabirə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X22 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AZ-İİ №284547 saylı ölüm haqqında şəhadətnamə), X18 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA1217050 saylı şəxsiyyət vəsiqəsi), Şabanova (nikahdan sonra Nəsibova) İnci Paşa qızına (Səyyar Asan 10 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE №16436005 saylı şəxsiyyət vəsiqəsi), X11 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, AZE №07595735 saylı şəxsiyyət vəsiqəsi), X7 (Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZ-İ №606454 saylı ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0095 KOD 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştal kəndində yerləşən 5.97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X28, X12, X25, X20 (ərizəçi), X31 və X8 mülkiyyətlərinə verilməsinə dair JN-0095 KOD 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 adının “Müşgünaz” və Ərizəçi adının “Sabirə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X22 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş,xx.xx.2022-ci il tarixli,AZ-İİ №284547 saylı ölüm haqqında şəhadətnamə), X18 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA1217050 saylı şəxsiyyət vəsiqəsi), Şabanova (nikahdan sonra Nəsibova) İnci Paşa qızına (Səyyar Asan 10 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE №16436005 saylı şəxsiyyət vəsiqəsi), X11 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli,AZE №07595735 saylı şəxsiyyət vəsiqəsi), X7 (Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZ-İ №606454 saylı ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar