Məhkəmə qərarları › İş №2(037)-601/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-601/2023

14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-601/2023 14.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Əlizadə (nikahdan sonra Hüseynova) Leyla Xəyyam qızı və Ərizəçi3 İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 14 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Əlizadə (nikahdan sonra Hüseynova) Leyla Xəyyam qızı və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN-246 Kod 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X3, X5, X11, Ərizəçi1, Əlizadə (nikahdan sonra Hüseynova) Leyla Xəyyam qızı və Ərizəçi3 və JN-257F Kod 40726018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X15,X5, X11 və Ərizəçi1 məxsus olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.21 hektar həyətyanı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər X21, X12, X18, X22 və Ərizəçi3 birgə mülkiyyətlərinə verilmişdir.Eyni zamanda İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Tircan kəndində yerləşən 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər X21, X6 və X8 birgə mülkiyyətlərinə verilmişdir. X2 adı həmin vaxt “Cüneyib”,ata adı “Məhəmmədrza” olmasına baxmayaraq JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Güeyib” və ata adı isə “Məmmədrza” və mərhum X9 ata adı həmin vaxt “Cüneyib” olmasına baxmayaraq JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən ata adı “Güneyib” kimi yazılmışdır. Eyni zamanda mərhum X9 adı həmin vaxt “Xəyyam” olmasına baxmayaraq JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Xəddam” kimi yazılmışdır. Bu hal həmin torpaq sahələri üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Şəhadətnamədəki və Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Şəhadətnamədəki və Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Şəhadətnamədə və Dövlət Aktında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki,onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Şəhadətnamədəki və Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı,JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktları müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçilər Əlizadə (nikahdan sonra Hüseynova) Leyla Xəyyam qızı və Ərizəçi3 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X24 ifadə verərək göstərdi ki, ərizəçilər mərhum qardaşı Xəyyam Əliyevin arvadı və uşaqlarıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.21 hektar həyətyanı təyinatlı torpaq sahəsi X21, X12, X18, Ərizəçi1, X22 və Ərizəçi3 birgə mülkiyyətlərinə verilmişdir.Eyni zamanda İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən JN- 246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Tircan kəndində yerləşən 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X21,X6, X19 və Ərizəçi1 birgə mülkiyyətlərinə verilmişdir. X2 adı həmin vaxt “Cüneyib”, ata adı “Məhəmmədrza” olmasına baxmayaraq JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Güeyib” və ata adı isə “Məmmədrza” və mərhum X9 ata adı həmin vaxt “Cüneyib” olmasına baxmayaraq JN- 257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən ata adı “Güneyib” kimi yazılmışdır. Eyni zamanda mərhum X9 adı həmin vaxt “Xəyyam” olmasına baxmayaraq JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Xəddam” kimi yazılmışdır. Məhkəmə ərizəçilərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ №085584 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2020-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 05 ayının 16 günündə 118 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Tircan İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ №862606 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2017-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 04 ayının 10 günündə 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Tircan İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ №140608 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007ci ilin 04 ayının 02 günündə 04 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Asan 1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonu, Tircan kəndində anadan olmuş Hüseynova X13 rayonu,Tircan kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE №******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1998-ci il tarixdə İsmayıllı rayonu,Tircan kəndində anadan olmuş Əlizadə X14 rayonu, Tircan kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE №******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş Əliyeva X16 rayonu, Tircan kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə İsmayıllı rayon Tircan kənd sakinləri X21,X12,X18,Ərizəçi1,X22 və Ərizəçi3 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Tircan kəndi ərazisindən 0.21 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 10162 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə İsmayıllı rayon Tircan kənd sakinləri X21, X6, X19 və Ərizəçi1 birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Tircan kəndi ərazisindən 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktı 4950 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZ-İİ №494979 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X22 xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, bu bardə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin 03 ayının 12 günündə 693 nömrə ilə qeyd edilmişdir. Ərə Hüseynov və arvada Hüseynova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X31 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər Dövlət Aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.21 hektar həyətyanı təyinatlı torpaq sahəsi X21, X12,X18,Ərizəçi1,(ərizəçi), X22 (ərizəçi) və Ərizəçi3 (ərizəçi) birgə mülkiyyətlərinə verilmişdir. Eyni zamanda İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Tircan kəndində yerləşən 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X21, X6, X19 və Ərizəçi1 (ərizəçi) birgə mülkiyyətlərinə verilmişdir. X2 adı həmin vaxt “Cüneyib”,ata adı “Məhəmmədrza” olmasına baxmayaraq JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Güeyib” və ata adı isə “Məmmədrza” kimi və mərhum X9 ata adı həmin vaxt “Cüneyib” olmasına baxmayaraq JN- 257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən ata adı “Güneyib” kimi yazılmışdır. Eyni zamanda mərhum X9 adı həmin vaxt “Xəyyam” olmasına baxmayaraq JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Xəddam” kimi yazılmışdır.Həmin Şəhadətnamədə və Dövlət Aktında olan bu yanlışlıqlar ərizəçilərin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir,bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsinin X21,X12, X18, Ərizəçi1 (ərizəçi), X22 (ərizəçi) və Ərizəçi3 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adının “Güeyib”, ata adının “Məmmədrza” və X9 isə ata adının “Güneyib” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (İsmayıllı rayon Tircan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş,AZ- İ № 862606 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi), Əlizadə (nikahdan sonra Hüseynova) Leyla Xəyyam qızına (Asan 1 tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (İsmayıllı RPŞ tərəfindən verilmiş AZE №******** saylı şəxsiyyət vəsiqəsi), X5 (İsmayıllı rayon Tircan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, AZ-İİ № 140608 saylı ölüm haqqında şəhadətnamə) və X11 (İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİ № 085584 saylı ölüm haqqında şəhadətnamə) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X21, X6,X19 və Ərizəçi1 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında X9 adının “Xəddam” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (İsmayıllı rayon Tircan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş,AZ-İ № 862606 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2013-cü il tarixli,AZE №******** saylı şəxsiyyət vəsiqəsi),X5 (İsmayıllı rayon Tircan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş,AZ-İİ № 140608 saylı ölüm haqqında şəhadətnamə) və X11 (İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİ № 085584 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, Ərizəçi1 tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsinin X21,X12,X18, Ərizəçi1 (ərizəçi), X22 (ərizəçi) və Ərizəçi3 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-257F Kod 40726018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adının “Güeyib”, ata adının “Məmmədrza” və X9 isə ata adının “Güneyib” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (İsmayıllı rayon Tircan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, AZ-İ № 862606 saylı ölüm haqqında şəhadətnamə),Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli,AZE №******** saylı şəxsiyyət vəsiqəsi), Əlizadə (nikahdan sonra Hüseynova) Leyla Xəyyam qızına (Asan 1 tərəfindən verilmiş,xx.xx.2022-ci il tarixli,AA******* saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (İsmayıllı RPŞ tərəfindən verilmiş AZE №******** saylı şəxsiyyət vəsiqəsi), X5 (İsmayıllı rayon Tircan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş,AZ-İİ № 140608 saylı ölüm haqqında şəhadətnamə) və X11 (İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş,AZ-İİ № 085584 saylı ölüm haqqında şəhadətnamə) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu,Tircan kəndində yerləşən 3.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X21,X6,X19 və Ərizəçi1 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-246 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında X9 adının “Xəddam” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (İsmayıllı rayon Tircan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş,AZ-İ № 862606 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2013-cü il tarixli,AZE №******** saylı şəxsiyyət vəsiqəsi),X5 (İsmayıllı rayon Tircan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş,AZ-İİ № 140608 saylı ölüm haqqında şəhadətnamə) və X11 (İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş,AZ-İİ № 085584 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi1 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar