Məhkəmə qərarları › İş №2(037)-603/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-603/2023

02.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-603/2023 02.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 02 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 nömrəli qərarı ilə 5.98 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-0079 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X15, Şahid2, X16, X17, Hüseynova (nikahdan sonra Həsənova) Xəyalə Avas qızı və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, Ermənistan Respublikasının Əzizbəyov rayonunun Gomur kəndində anadan olmuş və həmin kənddə böyüyüb boyabaşa çatmışdır. Orada da X15 ilə nikaha daxil olmuş, lakin məlum hadisələrə görə nikah haqqında şəhadətnaməsini və digər sənədlərini özü ilə Azəraycana götürüb gələ bilməmişdir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonun Uştal kəndi ərazisində 5.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0079 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı həmin vaxt “Xudoyeva” olmasına baxmayaraq səhvən “Hüseynova” kimi yazılmışdır. Qızı Xəyalə ailə quraraq ərinin soyadına uyğun Həsənova soyadını götürmüşdür. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqların həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında soyadında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Dövlət aktında onun soyadında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyəti orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 nömrəli qərarı ilə 5.98 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-0079 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X15, Şahid2, X16, X17, Hüseynova (nikahdan sonra Həsənova) Xəyalə Avas qızı və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid2 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Torpaq islahatı zamanı onun və ailə üzvlərinin birgə mülkiyyətinə 5.98 hektar torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında anası Ərizəçi soyadı həmin vaxt “Xudoyeva” olmasına baxmayaraq səhvən “Hüseynova” kimi yazılmışdır. Göstərilən JN-0079 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X15, Ərizəçi, X16, X17, Hüseynova (nikahdan sonra Həsənova) Xəyalə Avas qızı və ona məxsus olmasını təsdiq edir. Digər şahidlər Şahid1 və X4 məhkəmə iclasında Şahid2 ifadəsinə uyğun ifadə verərək, JN-0079 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X15, Ərizəçi, Şahid2, X16, X17 və Hüseynova (nikahdan sonra Həsənova) Xəyalə Avas qızına məxsus olması faktını təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: JN-0079 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X15, X12, Şahid2, X16, X17 və X6 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi Ərizəçi soyadının “Hüseynova” kimi qeyd olunmuşdur. Dövlət aktı 12868 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət aktının bir nüsxəsi X9 verilmişdir. xx.xx.2013-cü il tarixli, AZ-İ № 606452 saylı ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X15 17 mart 2013-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 15 aprel 2016-cı il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonunun Gomur kəndində kəndində doğulmuş Xudoyeva X10 rayonun Uştal kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2014-cü il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərinin Gömür kəndində doğulmuş Hüseynova X7 rayonun Uştal kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 15 aprel 2016-cı il tarixli seriya AZE № 15855857 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 04 aprel 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Gömür kəndində doğulmuş X1 rayonun Uştal kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 11 mart 2020-ci il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 10 yanvar 1995-ci il tarixdə İsmayıllı rayonun Uştal kəndində doğulmuş X17 həmin kənddə yaşayır. Seriya AZ-İ № 782275 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X2 Yaqub Kamil oğlu ilə nikaha daxil olmuş, nikahdan sonra Həsənova soyadını götürmüşdür. Kəngərli rayon Polis Şöbəsi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 26 mart 1996-cı il tarixdə İsmayıllı rayonun Uştal kəndində doğulmuş X3 rayonun Çalxanqala kəndində yaşayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli **********73 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0079 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyadında olan səhvin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X23 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X5 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 nömrəli qərarı əsasında İsmayıllı rayonu Uştal kəndində yerləşən 5.98 ha torpaq sahəsi X15, X12, Şahid2, X16, X17 və X6 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-0079 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi soyadı həmin vaxt “Xudoyeva” olmasına baxmayaraq səhvən “Hüseynova” kimi yazılmışdır. Həmin dövlət aktında olan bu yanlışlıq ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-0079 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi “Hüseynova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (xx.xx.2013cü il tarixli, AZ-İ № 606452 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Şahid2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), X16 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli AZE № 15855857 saylı şəxsiyyət vəsiqəsi), X17 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2020-cİ il tarixli AA № ******* saylı şəxsiyyət vəsiqəsi) və Hüseynova (nikahdan sonra Həsənova) Xəyalə Avas qızı (Kəngərli rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AA № ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 nömrəli qərarı ilə İsmayıllı rayonu Uştal kəndində yerləşən 5.98 ha torpaq sahəsinin X15, X12, Şahid2, X16, X17 və X6 birgə mülkiyyətinə verilməsinə dair JN-0079 Kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin, yəni Ərizəçi soyadının “Hüseynova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (xx.xx.2013cü il tarixli, AZ-İ № 606452 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Şahid2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), X16 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli AZE № 15855857 saylı şəxsiyyət vəsiqəsi), X17 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2020-cİ il tarixli AA № ******* saylı şəxsiyyət vəsiqəsi) və Hüseynova (nikahdan sonra Həsənova) Xəyalə Avas qızı (Kəngərli rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AA № ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar