Məhkəmə qərarları › İş №2(037)-604/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-604/2020

18.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-604/2020 18.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı xx xxx 2020-ci il tarixli qərarın ləğv edilməsi, qərar əsasında hesabına işlnmiş debitor borcun silinməsi və yeni qaz sayğacının quraşdırılması üçün ödədiyi pulun geri qaytarılması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İB tərəfindən onun barəsində verilmiş xx xxx 2020-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında **********02070 nömrəli abonent koduna işlənmiş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 60 (altmış) manat məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İsmayıllı rayonun Kürdmaşı kəndində yaşayır. xx xxxxx 2020-ci-ci il tarixdə “Cavabdeh” İB-nin tabeçiliyində olan Ağsu Regional X4 əməkdaşları tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Dəyişdirilmiş qaz sayğacının 60 manat dəyəri arvadı tərəfindən ödənilmişdir. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. Ona görə də xx xxx 2020-ci il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 2160 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq hesabına işlənmişdir. O və ailə üzvlərindən heç kim sayğaca müdaxilə etməmişlər. X4 nəzarətçisi tərəfindən sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. O, cavabdeh təşkilat tərəfindən barəsində verilmiş xx xxx 2020-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında abonent koduna işlənmiş 2160 kub metr təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 60 manat məbləğinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə “Cavabdeh” İB-nin X5 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə çıxarılmışıdır. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Açılmış Elster-G4 markalı 10048152 nömrəli qaz sayğacı yoxlamadan keçmiş və Azərbaycan Respublikası DNŞ İTRİ tərəfindən tərtib edilmiş 29/1710-01382-2 nömrəli aktda sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi qeyd edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. Akta əsasən həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2160 kub.metr itirilmiş qazın dəyəri 216 manat məbləği hesablanaraq iddiaçının abonent bazasındakı koduna vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən iddiaçının iddia tələbində göstərdiyi xx xxx 2020-ci il tarixli qərar qəbul olunmamışdır. İddiaçının iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı İsmayıllı rayonun Kürdmaşı kəndində qeydiyyatdadır. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxx 2020-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacının bir nömrəli zavod plombuna müdaxilə aşkar edildiyindən növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Cavabdeh” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 23/1710-01382-2 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış 10048152 nömrəli sayğaca xx xxx 2020-ci il tarixdə İnformasiya Texnologiyaları və X3 və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi aşkar edilmişdir. “Cavabdeh” İB-nin “Təbii X2nın pozulması haqqında” xx xxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi və 1 ədəd axımlı su qızdırıcı vardır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar aktda qeyd olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Cavabdeh” İB-nin Ağsu Regional X4 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmiş və tələbnamədə sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Abonentin saldosundan görünür ki, 2020-ci ilin may ayının sonuna iddiaçının **********02070 nömrəli abonent koduna 216 manat borc vurulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxxxx 2020-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamaqdan imtina etmişdir. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Cavabdeh” İB-nin Ağsu Regional X4 əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən onun barəsində verilmiş xx xxx 2020-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında abonent koduna işlənmiş 2160 kub metr təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 60 manat məbləğinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış 10573604 nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 2160 kub metr miqdarında, yəni 216 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. İddiaçı iddia ərizəsində cavabdeh təşkilat tərəfindən barəsində qəbul olunmuş xx xxx 2020-ci il tarixli qərarın ləğv olunmasını xahiş etsə də, iş materiallarına belə bir qərar əlavə olunmamış, məhkəmə araşdırması zamanı da belə qərarın mövcud olması müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, “Cavabdeh” İB tərəfindən qəbul olunmuş xx xxx 2020-ci il tarixli tələbnamənin iddiaçının hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iddia tələbinin dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 60 manat məbləğinin geri qaytarılmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində yeni qaz sayğacının 60 manat dəyərini ödədiyini qeyd etsə də həmin faktı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə qərara gəlir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyidən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********02070 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat debitor borc məbləği silinsin. “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar