Məhkəmə qərarları › İş №2(037)-607/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-607/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-607/2023 07.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Ərizəçı̇ oğlunun İsmayıllı Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 07 iyun 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçı̇ oğlu ərizə ilə məhkəməyə müraciət edərək ailə üzvləri ilə birlikdə birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0060 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X22, X26, X44, Ərizəçi, Abbasova (nikahdan sonra Gülməmmədova) Şəmsiyə Əli qızı, X37, X38, X27, X39, X23 və X18 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, aparılan torpaq islahatları zamanı onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonu Soltankənd kəndi ərazisində 11,09 hektar torpaq sahəsi verilmişdir. Bu barədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı vardır. Torpaq sahəsi barəsində JN-0060 Kod 40710028 olan "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında X11 adı Alı, X12 ata adı İbrahimxəlil, X44, Ərizəçi, Abbasova (nikahdan sonra Gülməmmədova) Şəmsiyə Əli qızının adı Şəmsiyyə, X13 ata adı Mə"sim, X24 adı Rəhimə, ata adı Mə"sim kimi yazılmışdır. Mülkiyyətçi X22 21 dekabr 2001-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətçi X34 ailə quraraq ərinin soyadına uyğun Gülməmmədova soyadını götürmüşdür. Onun ailəsində X28 adlı şəxs olmamış, hazırda da yoxdur. "Torpağa mülkiyyət hüququna dair" dövlət aktında mülkiyyətçilərin ad və ata adları düzgün yazılmadığından torpaq sahəsinə dair müvafiq çıxarış ala bilmir. Həmin səhvlərin düzəldilməsi ilə bağlı reyestr xidmətinə müraciət etmişdir. Reyestr xidmətindən ona bildirilmişdir ki, hüquqmüəyyənedici sənəddə yol verilmiş səhvin düzəldilməsi onların səlahiyyətinə aid deyil və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. "Torpağa mülkiyyət hüququna dair" dövlət aktında yol verilmiş ata adı səhvinin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün deyil. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0060 Kod 40710028 olan "Torpağa mülkiyyət hüququna dair" dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə İsmayıllı rayonu Soltankənd kəndi ərazisindən 11,09 hektar torpaq sahəsi X25, X6, X44, Ərizəçi, X29, X37, X38, X55”sim qızı, X56”sim qızı, X23 və X14 mülkiyyətinə verilmişdir. 22 dekabr 2001-ci il tarixli, AZ №141332 nömrəli şəhadətnamənin surətindən görünür ki, X22 22 dekabr 2001-ci il tarixdə vəfat etmişdir. AZE seriyalı 03343142 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 05 oktyabr 1941-ci il tarixdə doğulmuş şəxs X19r. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20 sentyabr 1967-ci il tarixdə doğulmuş şəxs X40r. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1969-cu il tarixdə doğulmuş şəxs Ərizəçidur. 17 22 910809 nömrəli pasportun surətindən görünür ki, 21 mart 1971-ci il tarixdə doğulmuş şəxs X20r. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 07 noyabr 1971-ci il tarixdə doğulmuş şəxs X9r. AZE seriyalı 13864028 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 09 aprel 1974-cü il tarixdə doğulmuş şəxs X30r. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 14 yanvar 1976-cı il tarixdə doğulmuş şəxs X31r. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 19 noyabr 1981-ci il tarixdə doğulmuş şəxs X32r. AZE seriyalı 09451620 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 30 noyabr 1991-ci il tarixdə doğulmuş şəxs X15r. AZE seriyalı 14040531 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 28 iyul 1993-cü il tarixdə doğulmuş şəxs X21r. 06 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 21 dekabr 2001-ci il tarixdı vəfat etmiş X11 vərəsəsi – İsmayıllı rayonu Soltankənd kəndində yaşayan oğlu Ərizəçi miras əmlakdan irs almışdır. Şəhadətnamə verilən miras əmlak mərhumun adına əmanət hesabında olan pul məbləğindən ibarətdir. 28 iyun 2018-ci il tarixli, AZ-İİ №281133 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X34 arasında nikah bağlanmış, ərə Gülməmmədov, arvada Gülməmmədova soyadı verilmişdir. İsmayıllı rayonu İHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəliyinin 27 dekabr 2022-ci il tarixli 285 nömrəli arayışından görünür ki, 13 sentyabr 2002-ci il tarixdə İsmayıllı rayonu Soltankənd kəndində onların ailəsinə verilmiş JN-0060 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair" dövlət aktında qeyd olunmuş X5 X1 yazılmışdır. Lakin düzgün oxunuş X3. İsmayıllı rayonu İHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəliyinin 27 dekabr 2022-ci il tarixli 286 nömrəli arayışından görünür ki, 13 sentyabr 2002-ci il tarixdə İsmayıllı rayonu Soltankənd kəndində onların ailəsinə verilmiş JN-0060 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair" dövlət aktında qeyd olunmuş X4 X7 yazılmışdır. Lakin düzgün oxunuş X2. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 3-21-3-42/2-A-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi JN-0060 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair" dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İsmayıllı rayonu İHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəliyinin 10 aprel 2023cü il tarixli 204 nömrəli arayışından görünür ki, 13 sentyabr 2002-ci il tarixdə İsmayıllı rayonu Soltankənd kəndində onların ailəsinə verilmiş JN-0060 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair" dövlət aktında mülkiyyətçilərin adları X25, X6, X44, Ərizəçi, X29, X37, X38, X27, X28, X23 və X8 yazılmışdır. X28 adında şəxs Soltankənd kənd İƏD üzrə nümayəndəliyinin 01 nömrəli təsərrüfatbaşına kitabın 22-ci səhifəsində 11 nömrəli şəxsi hesabla qeydiyyatda olmayıb və hal-hazırda da İƏD ərazisində bu adda adam yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X50 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X10 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə İsmayıllı rayonu Soltankənd kəndi ərazisindən 11,09 hektar torpaq sahəsi X25, X6, X44, Ərizəçi, X29, X37, X38, X55”sim qızı, X56”sim qızı, X23 və X14 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-0060 Kod 40710028 olan "Torpağa mülkiyyət hüququna dair" dövlət aktda “X22”nun adı “Alı” kimi, “X26”nın ata adı “İbrahimxəlil” kimi, “Abbasova (nikahdan sonra Gülməmmədova) Şəmsiyə Əli qızı”nın soyad və adı “Abbasova Şəmsiyyə” kimi, “X27”nın ata adı “Mə”sim” kimi, “X39”nın soyad, ad və ata adı “X56”sim qızı” kimi yazılmışdır. Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçinin hüququndan lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən 11,09 hektar torpaq sahəsinin X25, X6, X44, Ərizəçi, X29, X37, X38, X55”sim qızı, X56”sim qızı, X23 və X14 birgə mülkiyyətlərinə verilməsinə dair JN-0060 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X22”nun adının “Alı” kimi, “X26”nın ata adının “İbrahimxəlil” kimi, “Abbasova (nikahdan sonra Gülməmmədova) Şəmsiyə Əli qızı”nın soyad və adının “Abbasova Şəmsiyyə” kimi, “X27”nın ata adının “Mə”sim” kimi, “X39”nın soyad, ad və ata adının “X56”sim qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X22 (22 dekabr 2001-ci il tarixli, AZ №141332 nömrəli ölüm haqqında şəhadətnamə), X26 (AZE seriyalı, №03343142 nömrəli şəxsiyyət vəsiqəsi), X44 (AA seriyalı, №1222404 nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi (AA seriyalı, №1686197 nömrəli şəxsiyyət vəsiqəsi), Abbasova (nikahdan sonra Gülməmmədova) Şəmsiyə Əli qızı (AA seriyalı, №1999866 nömrəli şəxsiyyət vəsiqəsi), X37 (AA seriyalı, №4898514 nömrəli şəxsiyyət vəsiqəsi), X38 (AA seriyalı, №0523950 nömrəli şəxsiyyət vəsiqəsi), X27 (17 22 910809 nömrəli pasport), X39 (AZE seriyalı, №13864028 nömrəli şəxsiyyət vəsiqəsi), X23 (AZE seriyalı, №09451620 nömrəli şəxsiyyət vəsiqəsi) və X18 (AZE seriyalı, №14040531 nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən 11,09 hektar torpaq sahəsinin X25, X6, X44, Ərizəçi, X29, X37, X38, X55”sim qızı, X56”sim qızı, X23 və X14 birgə mülkiyyətlərinə verilməsinə dair JN-0060 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X22”nun adının “Alı” kimi, “X26”nın ata adının “İbrahimxəlil” kimi, “Abbasova (nikahdan sonra Gülməmmədova) Şəmsiyə Əli qızı”nın soyad və adının “Abbasova Şəmsiyyə” kimi, “X27”nın ata adının “Mə”sim” kimi, “X39”nın soyad, ad və ata adının “X56”sim qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X22 (22 dekabr 2001-ci il tarixli, AZ №141332 nömrəli ölüm haqqında şəhadətnamə), X26 (AZE seriyalı, №03343142 nömrəli şəxsiyyət vəsiqəsi), X44 (AA seriyalı, №1222404 nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi (AA seriyalı, №1686197 nömrəli şəxsiyyət vəsiqəsi), Abbasova (nikahdan sonra Gülməmmədova) Şəmsiyə Əli qızı (AA seriyalı, №1999866 nömrəli şəxsiyyət vəsiqəsi), X37 (AA seriyalı, №4898514 nömrəli şəxsiyyət vəsiqəsi), X38 (AA seriyalı, №0523950 nömrəli şəxsiyyət vəsiqəsi), X27 (17 22 910809 nömrəli pasport), X39 (AZE seriyalı, №13864028 nömrəli şəxsiyyət vəsiqəsi), X23 (AZE seriyalı, №09451620 nömrəli şəxsiyyət vəsiqəsi) və X18 (AZE seriyalı, №14040531 nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar