Məhkəmə qərarları › İş №2(037)-612/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-612/2023

28.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-612/2023 28.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə 28 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu Fərzəliyev Riad Bahadur oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, oğlu Riad Fərzəliyev uzun illərdir ruhi xəstədir. Uzun illərdir müalicə olunsa da sağlamlığında heç bir irəliləyiş olmamışdır. Bütün müalicələr nəticəsiz qalmışdır. Əri ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuş və oğlu onun himayəsinə verilmişdir. Oğluna bütün qulluğu o göstərir. Oğlu Göyçay rayon X1 Poliklinika şöbəsində “çox ağır əqli gerilik, psixiopatabənzər davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması” diaqnozu ilə psixiatırın qeydiyyatındadır. Onun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Riadın kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən oğlu Riad Fərzəliyein fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 izahat verərək göstərdi ki, Fərzəliyev Riad Bahadur oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. AZ-İİİ 152798 nömrəli doğum haqqında şəhadətnamənin və AA2164193 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 16 iyul 2004-cü il tarixdə İsmayıllı rayonun Kürdmaşı kəndində doğulmuş şəxs Fərzəliyev Riad Bahadur oğludur. Valideynləri Fərzəliyev Bahadur İldırım oğlu və X2r. Göyçay rayon Məhkəməsinin 2(046)-396 nömrəli 18 iyul 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Fərzəliyev Bahadur İldırım oğlu ilə X4 arasında bağlanmış 05 mart 2004-cü il tarixli nikah pozulmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1980ci il tarixdə doğulmş şəxs Ərizəçidır. İsmayıllı rayon İHB-nın Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 138 nömrəli arayışdan görünür ki, ərizəçinin ailə tərkibi aşağıdakı kimidir. Özü-Ərizəçi, oğlu-Fərzəliyev Riad Bahadur oğlu-İİ qrup əlil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Fərzəliyev Riad Bahadur oğlunun sağlamlıq vəziyyəti 31 oktyabr 2022-ci il tarixdə qiymətləndirilərək, ona “çox ağır əqli gerilik, psixiopatabənzər davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması” diaqnozu qoyulmuş, əmək qabiliyyətli olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən 12 aprel 2023-cü il tarixdə verilmiş 1974 nömrəli arayışdan görünür ki, 2004-cü il təvəllüdlü Fərzəliyev X7 M.R.X-nın Poliklinika şöbəsində “çox ağır əqli gerilik, psixiopatabənzər davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması” diaqnozu ilə psixiatırın qeydiyyatındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 17 iyun 2023-cü il tarixli 1686 nömrəli rəyindən görünür ki, iş materialları əsasında aparılmış ekspert rəyinə əsasən “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozlu psixi pozuntu ilə əlaqədar 16 iyul 2004-cü il təvəllüdlü Fərzəliyev Riad Bahadur oğlu öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də Fərzəliyev Riad Bahadur oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Fərzəliyev Riad Bahadur oğlu 16 iyul 2004-cü il tarixdə İsmayıllı rayonun Kürdmaşı kəndində anadan olmuşdur. X9 rayon X1 Poliklinika şöbəsində ”çox ağır əqli gerilik, psixiopatabənzər davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması” diaqnozu ilə psixiatırın qeydiyyatındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 16 iyul 2004-cü il təvəllüdlü Fərzəliyev Riad Bahadur oğlu “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu psixi pozuntu ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Ona görə də Riad Fərzəliyev fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizəçi Fərzəliyev Riad Bahadur oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Riad Fərzəliyevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Fərzəliyev X7 rayon X1 Poliklinika şöbəsində ”çox ağır əqli gerilik, psixiopatabənzər davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması” diaqnozu ilə psixiatırın qeydiyyatındadır. Göyçay rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışa və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 rəyinə əsasən məhkəmə hesab edir ki, Riad Fərzəliyev öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Fərzəliyev Riad Bahadur oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16 iyul 2004-cü il tarixdə doğulmuş Fərzəliyev Riad Bahadur oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar