Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-624/2022 12.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 12 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi1 (bundan sonra birinci ərizəçi) və Ərizəçi2 (bundan sonra ikinci ərizəçi) ərizə ilə müraciət edərək JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X8, X9, Məmmədova (nikahdan sonra Vəliyeva) İradə Xanmirzə qızı, X4 və onlara məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci ərizəçi izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və qardaşının soyadları Ağagülov əvəzinə səhvən Məmmədov kimi qeyd olunmuşdur. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və qardaşının soyadında uyğunsuzluq olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci ərizəçi birinci ərizəçilə eyniməzmunlu izahat verərək JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 izahat verərək göstərdi ki, ərizəçilər onun oğlanlarıdır. Aparılan torpaq islahatları zamanı birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında oğlanlarının soyadı Ağagülov əvəzinə Məmmədov kimi qeyd edilmişdir. O, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X2 X1 ilə eyni məzmunlu ifadə verərək JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE 08515783 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 07 yanvar 2012-ci il tarixdə mülkiyyətçiyə X8 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 08403506 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 07 noyabr 2010-cu il tarixdə mülkiyyətçiyə X9 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 15857377 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 22 iyul 2016-cı il tarixdə mülkiyyətçiyə X11 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 16062329 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səyyar ASAN10 tərəfindən 23 yanvar 2016-cı il tarixdə mülkiyyətçiyə X7 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səyyar ASAN10 tərəfindən 08 fevral 2018-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. XV-ЖГ 440701 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, birinci ərizəçiyə Ağagülov soyadı ilə doğum haqqında şəhadətnamə verilmişdir. XİX-ЖГ 256496 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ikinci ərizəçiyə Ağagülov soyadı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Xİİİ-ЖГ 435038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X7 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Xİİ-ЖГ 482713 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X10 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İ 438106 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X10 arasında 15 avqust 2008-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X14 və X3 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli **********82 nömrəli məktubdan görünür ki, ərizəçi JN-172 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli 204 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayon X26 Komissiyasının fəaliyyət dövrünün sənədləri Arxiv fonduna təhvil verilmədiyindən Ruşan kəndində X5 və ailəsinə çatan torpaq haqqında məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X8, X9, X10, X7, Ərizəçi1 və Ərizəçi2 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN- 172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 və Ərizəçi2 soyadları səhvən Məmmədov kimi qeyd olunmuşdur. JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyadlarında uyğunsuzluq olduğundan ərizəçilər qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədin onlara və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X25 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyadlarının səhv qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-172 kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və onun ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 10 avqust 1999-cu il tarixli JN-172 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X8, X9, Məmmədova (nikahdan sonra Vəliyeva) İradə Xanmirzə qızı, X7, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-624/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-624/2022
12.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver