Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-637/2021 03.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 03 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Kreditor "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti (bundan sonra iddiaçı) ərizə ilə müraciət edərək borclu Cavabdeh (bundan sonra cavabdeh) 130 manat borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 150 (bir yüz əlli) manat məbləğin alınaraq iddiaçıya ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(037) – 637/2021 nömrəli məhkəmə əmri ilə cavabdehdən iddiaçının xeyrinə cəmi 150 (bir yüz əlli) manat məbləğin tutulması qərara alınmışdır. Cavabdeh məhkəmə əmrinə etiraz verərək İsmayıllı rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(037) – 637/2021 nömrəli əmrinin ləğv edilərək işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Cavabdehin etirazı əsasında məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh "xxxx" MMC-dən dəyəri 232 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 130 manat borcu qalmışdır. Ona görə də iddiaçı 130 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 150 (bir yüz əlli) manat məbləğin alınaraq iddiaçıya ödənilməsini tələb edir. İddiaçının nümayəndəsi Yaşar Ağazadə məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh 055 *** ** ** və ********** mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 02 avqust 2019-cu il tarixli LLK516916 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə cavabdeh "xxxx" MMC–dən hissə-hissə ödəmək şərtilə 232 manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 52 manatını ilkin ödəniş olaraq ödəmiş, qalan 180 manat məbləği 6 ay müddətinə aylıq 30 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə gətirmişdir. İş materiallarına əlavə edilmiş 15 mart 2021-ci il tarixli 1655 nömrəli maliyyə arayışında cavabdehin 02 avqust 2019-cu il tarixli LLK516916 saylı müqavilə üzrə ödənilməmiş 130 manat əsas borcunun qaldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 17 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 20.00 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 02 avqust 2019-cu il tarixli LLK516916 saylı müqavilənin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin həmin müqavilə üzrə borcu 130 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 02 avqust 2019-cu il tarixli müqaviləyə əsasən 130 manat borc Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş 20.00 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 130 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 150 (bir yüz əlli) manat məbləğ alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-637/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-637/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver