Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-652/2024 01.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt nəticəsində hesablanmış pul məbləğinin silinməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə sayğacdan kənar X1yə görə əsassız hesablanaraq abonent koduna yazılmış 1075 manat məbləğində borcun azaldılaraq 45 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini qismən etiraf etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonun Talıstan kəndində yaşayır. Yaşadığı fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz edilmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Smart kart tipli sayğac vasitəsi ilə ödəniş edir.Smart kart tipli sayğac açıq sahədə quraşdırıldığı üçün "Azərişıq” ASC-nin əməkdaşları sayğaca baxış keçirməklə X1yə nəzarəti həyata keçirirlər. "Azərişıq” ASC-nin əməkdaşı 29 fevral 2024-cü il tarixdə sayğaca baxış keçirmiş, baxış keçirilən zaman sayğacdan kənar X1 etməyinə dair NDM 038393 nömrəli akt tərtib etmiş,buna görə də ona qanunsuz olaraq 1007,19 manat məbləğində borc hesablanmışdır. Bildirmək istəyir ki,2024-cü ilin fevral ayında avtomobil qarajında qaynaq işi görmək istəmişdir. Fərdi yaşayış evini təchiz edən qaynaq işlərinin görülməsinə yaramadığı üçün sayğacdan evinə gələn "ana” xətdən qaynaq aparatına xətt qoşmuşdur. Sayğaca daxil olan və sayğacdan evinə ötürülən elektrik naqilləri eyni rəngli və eyni ölçülü olduğundan səhvən həmin naqili sayğaca qədər olan naqilə birləşdirib 10 dəqiqəlik qaynaq işi görmüş, sonda isə həmin naqilin uc hissəsini izolyasiya etmişdir. Bundan təxminən 10 gün sonra,yəni 29 fevral 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları bunu aşkar etmişlər. Həmin xətt aşkar edilsə də,o həmin xəttdən cəmi 10 dəqiqə istifadə etmiş,başqa vaxt istifadə etməmişdir. Ona görə də o hesablanmış borc məbləği ilə razı deyil,hesab edir ki, həmin borc tamamilə qanunsuz və həddən artıq süni şəkildə şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, "xxxx" ASC istifadə etmədiyi elektrik enerjisinə görə 8870 kvt elektrik enerjisinin istifadəsini qeyd etmiş,bunun 913 kvt-nı 0,08 manat,800 kvt-nı 0,09 manat,7187 kvt-nı isə 0,13 manat hesabı ilə hesablayaraq 1075 manat məbləğ müəyyən etmişdir.Bu qaydada cərimə hesablanması isə heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur.Hesab edir ki,qanunsuz olaraq 1075 manat məbləğində hesablanmış borc azaldılmalıdır. Bütün əhali abonentlərinin,o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq baxış keçirilir,sayğacdan kənar xətlərinin olub-olmadığını müəyyən edilir.Əgər onun evində əvvəllər də sayğacdan kənar X1 halı olsaydı, bu əvvəlki ayda aşkar edilərdi.Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. "Azərişıq” ASC-nin əməkdaşları dəymiş zərəri müəyyənləşdirərkən daxili təlimatlarına istinad etmişdir. Bununla əlaqədar bildirmək istəyir ki, "Azərişıq” ASC-nin tərtib etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların social vəziyyətini ağırlaşdırır. Bu səbəbdən zərərin kortəbii hesablanması qəbul edilə bilməz. Həmçinin "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.16-cı maddəsinə əsasən normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi normativ hüquqi aktın rəsmiləşdirilməsidir.Göründüyü kimi "Azərişıq” ASC verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur.Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, yaşadığı evdə aşkar edilmiş sayğacdan kənar elektrik xəttinə görə ona hesablanmış cərimə qanunsuzdur.Ona görə də cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə sayğacdan kənar X1yə görə əsassız hesablanaraq abonent koduna yazılmış 1075 manat məbləğində borc azaldılaraq 45 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, etiraz göndərərək iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "Azərişıq” ASC-yə qarşı "akt əsasında əsassız hesablanmış 1075 manat elektrik borcunun hesabından silinməsi” nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır.Belə ki,iddiaçının İsmayıllı rayonu,Talıstan kəndində yerləşən yaşadığı fərdi yaşayış evi "Azərişıq” ASC-nin enerji satış bazasında Narıngül Əhmədovanın adına olmaqla **********00068 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır.Bu səbəbdən də iddia qaldırmaq hüququ Narıngül Əhmədovaya aiddir. İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. X1 ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub-olmamasını yoxlamaqla,məhkəmə icraatının başlanması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir.Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi bir neçe qərarlarında ifadə olunmuşdur.Belə ki,M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.xx.xx.2024-cü il tarixində "Azərişıq” ASC-nin əməkdaşları A.Cəfərov, M.Quliyev və E.Hüseynov tərəfindən İddiaçı yaşadığı İsmayıllı rayonu,Talıstan kəndində yerləşən Narıngül Əhmədovaya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "X1 Qaydaları"na uyğun baxış keçirilmişdir.Baxış zamanı fərdi yaşayış evinə elektrik sayğacından kənar xətt daxil olduğu aşkar edilmişdir.Belə ki, elektrik sayğacını qidalandıran xətti dam örtüyünün alt hissəsindən zədələyərək 2x4 mm aliminum naqil vasitəsindən istifadə edilərək kənar xətt çəkilmişdir.Aşkar edilmiş pozuntu ilə əlaqədar "X1 Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli,NDM 038395 saylı akt tərtib olunmuşdur.xx.xx.2024-cü il tarixli, NDM038395 saylı akta əsasən "Azərişıq” ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 240 gün üçün 0.08 manatla 913 kvt.s (dəyəri 73.04 manat), 0.09 manatla 800 kvt.s (dəyəri 72.00 manat) və 0.13 manatla 7157 kvt.s (dəyəri 930.41 manat) toplamda 1075.45 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış,iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi,lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur.Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır.Nəzərinizə çatdırmaq istəyir ki, İddiaçı iddia ərizəsində kənar xətdən istifadə etməsini etiraf etmişdir.Bu da onu deməyə əsas verir ki,Narıngül Əhmədovanın adına olan elektrik sayğacına tərtib edilmiş qüsur aktı tam qanuna uyğun olmuşdur. "EEİQ”-nın 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla,elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı,digər istehlakçılara münasibətdə işə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda,enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı,on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı,digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. "EEİQ”-nın 8.17-2-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17l-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə,enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci ve 8.17-l-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir.Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır.İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək,habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir,bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə "...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının,o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır".Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı İsmayıllı rayonu,Talıstan kəndində yerləşən Narıngül Əhmədovaya məxsus fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2024-cü il tarixli NDM 038395 saylı akt "EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur,buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir.İddiaçı cavabdeh "Azərişıq” ASC-yə qarşı "akt əsasında əsassız hesablanmış 1075 manat elektrik borcunun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş 29 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, “EEİQ”-na uyğun abonent Narıngül Əhmədovaya məxsus elektrik sayğacına baxış keçirilmiş, abonentin həyətyanı sahəsində yerləşən elektrik dairəsinə qıra ataraq sayğacı dövriyyədən kənarlaşdıraraq elektrik enerjisindən bir başa istifadə etdiyi və kənar xəttin n kəsiyinin 2x4 mm2 olduğu müəyyən olunmuşdur. Abunə haqqında cədvəldən görünür ki, Narıngül Əhmədovanın **********00068 abonent koduna 29 fevral 2024-cü il tarixli NDM 038395 nömrəli akt üzrə 913 kvt-nı-0,08 manat,800 kvt-0,09 manat və 7187 kvt-0,13 manat olmaqla,cəmi 1075 manat borc vurulmuşdur. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi 542 manat dəyərində istifadə etdiyi enerjinin dəyərini tam şəkildə ödəmişdir. Bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçıdan 1075 manat borcun 240 gün müddətində ödənilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülərin olduğu diskə baxış zamanı iddiaçı tərəfindən elektrik xəttinə qanunsuz qoşulma apararaq elektrik enerjisindən bir başa istifadə etdiyi müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 29 fevral 2024-cü il tarixdə iddiaçının fərdi yaşayış evinin elektrik xəttinə baxış keçirilmiş, abonentin həyətyanı sahəsində yerləşən elektrik dairəsinə qıra ataraq sayğacı dövriyyədən kənarlaşdıraraq elektrik enerjisindən bir başa istifadə etdiyi aşkar edilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli NDM 038395 nömrəli akta əsasən tərtib edilmiş həmin tarixli təlabnamə üzrə iddiaçının **********00068 abonent koduna 29 fevral 2024-cü il tarixli NDM 038395 nömrəli akt üzrə 913 kvt-0,08 manat, 800 kvt-0.09 manat və 7187 kvt-0,13 manat olmaqla, cəmi 1075 manat borc vurulmuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli NDM 038395 nömrəli akt əsasında iddiaçının yaşadığı evin elektrik xəttində itirilmiş elektrik enerjisinin miqdarı hesablanaraq 240 gün üçün 0.08 manatla 913 kvt.s (dəyəri 73.04 manat), 0.09 manatla 800 kvt.s (dəyəri 72 manat) və 0.13 manatla 7157 kvt.s (dəyəri 930.41 manat) toplamda 1075.45 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi 528 manat dəyərində istifadə etdiyi enerjinin dəyərini tam şəkildə ödəmişdir. Cavabdeh tərəfindən iddiaçıdan 1075.45 manat borcun 240 gün müddətində ödənilməsi tələb olunmuşdur. İddiaçı sayğacdan kənar elektrik xəttinə qısa müddətə qoşulduğunu, lakin həmin xəttdən sonradan istifadə etmədiyini,yaşadığı evdə istifadə etdiyi elektrik enerjisinin dəyərini sərfiyyat göstəricilərinə uyğun olaraq daim vaxtında ödədiyini, borc məbləğinin süni şəkildə şişirdilərək 240 günü 24 saata vurmaqla hesablanması ilə razılaşmadığını, əvvəllər də sayğacdan kənar X1 etmədiyini,cərimə məbləğinin hansı səbəbdən qeyd olunmasını, qanunla qorunan hüquqlarını kobud şəkildə pozulmasını nəzərə almaqla abonent koduna əsassız olaraq hesablanmış 1075 manat cərimə borcunun azaldılaraq ziyanın 45 manat hesablanmaqla qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq iddiaçının yaşadığı fərdi yaşayış evinin elektrik xəttinə və sayğacına baxış keçirilməsinin nəticələrinə dair tərtib edilmiş aktın “X1 Qaydaları”nın tələblərinə uyğun olduğunu bildirərək iddiaçının hazırkı iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının göstərdiyi bəzi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən verilmiş bildirişdə iddiaçıdan tələb olunan 1075.45 manat borc məbləğinin haradan yarandığı, bundan başqa qanunsuz qoşulmuş xəttin 29 fevral 2024-cü il tarixdə aşkar edilməsinə və cərimə barədə tələbnamə 29 fevral 2024-cü il tarixdə tərtib olunmasına baxmayaraq 29 fevral 2024-cü il tarixədək olan dövrü əhatə edən bildirişdə cərimə məbləğinin hansı səbəbdən qeyd olunması da qeyri-müəyyəndir. “X1 Qaydaları”nın 7.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında,dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında,enerji təchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-1-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan,gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.32-ci bəndində əsasən Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi,sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla;məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda,cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı,gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da,cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi,ilk növbədə,məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, İddiaçı qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 8870 kvts miqdarında, yəni 1075 manat dəyərində X1 etməsi və ya həmin miqdarda elektrik enerjisinin sərf olunması ağlabatan deyildir. Belə ki, İddiaçı 2024-cü ilin fevral ayında elektrik enerjisindən qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da, "xxxx" ASC iddiaçının elektrik enerjisindən 240 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 1075.45 manat cərimə hesablamışdır.İddiaçının qanunsuz elektrik enerjisindən 240 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.Ona görə də İddiaçı fərdi yaşayış evində qanunsuz qoşulmuş xəttin müyyən edildiyi 29 fevral 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixə kimi (sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən növbəti baxış keçirilənədək) qanunsuz olaraq X1 etməsi əsas götürülməli və dəymiş ziyan 30 gün müddətinə hesablanmalıdır. (2.2 kvt x (0,7) x 24 saat x 30 gün = 1109 kvts – 134.51 manat. (114 kvts x 0,08 = 9.13 manat, 100 kvts x 0,09 = 9 manat və 895 kvts x 0,13 = 116.38 manat)). Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib olunmuş 29 fevral 2024-cü il tarixli AKT NDM №038395 nömrəli akt əsasında qəbul edilmiş həmin tarixli qərara əsasən ona hesablanmış 1075 manat məbləğ azaldılaraq 134.51 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 134.51 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli AKT NDM №038395 nömrəli akta əsasən hesablanaraq İddiaçı abonent koduna vurulmuş 1075 manat cərimə məbləği azaldılaraq 134.51 (bir yüz otuz dörd manat əlli bir qəpik) manat müəyyən edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-652/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-652/2024
01.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver