Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-654/2024 12.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Quliyeva (Əliyeva) Gülşən İbrahim qızı, Cavabdeh3 və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsi tələbi barədə iddiası, Cavabdeh3 İddiaçı, Quliyeva (Əliyeva) Gülşən İbrahim qızı və Cavabdeh1 qarşı mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi barədə qarşılıqlı iddiası, Cavabdeh1 İddiaçı, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə 12 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Quliyeva (Əliyeva) Gülşən İbrahim qızı, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək 21 yanvar 1994-cü ildə vəfat etmiş bibisi X1 və 03 fevral 2019-cu ildə vəfat etmiş anası X3 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Qəbələ Ərazi İdarəsi tərəfindən 27 dekabr 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə İsmayıllı rayon Ərəgit kəndində yerləşən 170,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 İddiaçı, Quliyeva (Əliyeva) Gülşən İbrahim qızı və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 2(037)-654/2024 saylı mülki iş üzrə İsmayıllı rayonu Ərəgit kəndi ünvanda yerləşən torpaq sahəsindən rəsmi qaydada miras qalmış əmlakdan onun xeyrinə imtina olunmasını, gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəkləri barədə öhdəlik götürmələrini, 11 iyun 2001-ci il tarixdə vəfat etmiş X5 və 03 fevral 2019-cu ildə vəfat etmiş X3 miras qalmış İsmayıllı rayon Ərəgit kəndində yerləşən yerləşən və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1999-cü il tarixli 74 saylı qərarı ilə, "Torpağın mülkiyyətə verilməsinə dair"JN-179 F kod 40703028 nömrəli şahadətnaməyə əsasən ümumilikdə 0.11 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını və həyat yoldaşı X2 bütün məhkəmə prosesində iştirakının təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İsmayılı rayonu Lahıc qəsəbəsində JN-179F KOD 40703028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə valideynləri mərhum atası X5 və anası X7 da daxil olmaqla, beş nəfərin birgə mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsindən miras qalan hissəsinin və həmin torpaq sahəsində yerləşən, tam atasının mülkiyyətində olan fərdi yaşayış evindən, habelə 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 27 dekabr 2018-ci il tarixdə verilmiş ******* nömrəli çıxarış üzrə İsmayılı rayonu Lahıc qəsəbəsində yerləşən, anası X4 miras qalan 0,25 hektar həyətyanı torpaq sahəsinin bibiləri X1 qalan fərdi yaşayış evinin miras əmlak kimi qanun üzrə birinci növbə vərəsələr – o, İddiaçı, Cavabdeh3 və Quliyeva (Əliyeva) Gülşən İbrahim qızı arasında bərabər paylar əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə prosesinin gedişində iddiaçı/cavabdeh İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə prosesinin gedişində cavabdeh/iddiaçı Cavabdeh3 və Cavabdeh1 ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını istəmədiklərini və qarşılıqlı iddia ərizələrinin geri qaytarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia və qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, tərəflər iddia və qarşılıqlı iddia ərizələrinin geri qaytarılmasını məhkəmədən xahiş etdiklərinə görə tərəflərin vəsatətləri ilə iddia və qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılmalıdır. Cavabdeh3 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılmalıdır. Cavabdeh1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Quliyeva (Əliyeva) Gülşən İbrahim qızı, Cavabdeh3 və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsi tələbi barədə iddiası, Cavabdeh3 İddiaçı, Quliyeva (Əliyeva) Gülşən İbrahim qızı və Cavabdeh1 qarşı mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi barədə qarşılıqlı iddiası, Cavabdeh1 İddiaçı, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi tələbi barədə qarşılıqlı iddiasına dair iddia və qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılsın. Cavabdeh3 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılsın. Cavabdeh1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-654/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-654/2024
12.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver