Məhkəmə qərarları › İş №2(037)-658/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-658/2023

10.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-658/2023 10.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik əsasında miras əmlakın faktiki qəbul olunması və bölünməsi tələbinə dair mülki işə 10 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək 16 noyabr 2014-cü il tarixdə vəfat etmiş X2 JN-062F Kod 40725028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,14 hektar həyətyanı torpaq sahəsinin miras qalan 0,0350 hektar hissəsinin miras qoyanın qanun üzrə vərəsələri – İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 16 noyabr 2014-cü il tarixdə vəfat etmiş X2 JN-062F Kod 40725028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,14 hektar həyətyanı torpaq sahəsinin miras qalan 0,0350 hektar hissəsinin miras qoyanın qanun üzrə vərəsələri – İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında faktiki qəbul olunması və bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, arvadı X6 16 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. X7 JN-062F Kod 40725028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən miras qoyanın, onun və cavabdehlərin birgə mülkiyyətlərində olan 0,14 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Arvadının qanun üzrə vərəsələri o və cavabdehlərdir. Birgə mülkiyyətlərində olan 0,14 hektar həyətyanı torpaq sahəsinin miras qoyanın 0,035 hektar torpaq sahəsindən birinci növbədə vərəsələr kimi hər birinin miras payına 0,00875 hektar çatır. Beləliklə, həyətyanı torpaq sahəsindən hər birinə miras payı kimi 0,0875 hektar və mülkiyyət payı kimi 0,0350 hektar olmaqla, 0,04375 hektar həyətyanı torpaq sahəsi düşür. Mərhum arvadından miras qalan paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin həmin orqan vərəslər arasında mübahisə olduğundan və digər vərəsələr notariat ofisinə gəlməkdən imtina etdiklərinə görə imtina etmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 izahat verərək göstərdi ki, anası X6 16 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Anasından JN-062F Kod 40725028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0,14 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras əmlakın bölünməsinə etiraz etmir. İş üzrə qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək iş üzrə qərar qəbul edilməsini xahiş etdilər. 03 mart 1975-ci il tarixli İ-ЖГ №290817 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 nikahları 03 mart 1975-ci il tarixdə 01 nömrə ilə qeydə alınmışdır. JN-062F KOD 40725028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 1997-ci il tarixli 33 saylı qərarı ilə İsmayıllı rayonu Yeniyol kəndi ərazisindən 0,14 hektar həyətyanı torpaq sahəsi İddiaçı, X6, Cavabdeh2 və X1 mülkiyyətinə verilmişdir. 24 noyabr 2014-cü il tarixli AZ-İ №689488 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 16 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. 23 iyul 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 noyabr 2014-cü il tarixdə ölmüş X4 vərəsələri - İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli 2\538, 2\539, 2\540saylı arayışlara və xx.xx.1998-ci il tarixdə X5 verilmiş seriya nömrəsi JN-0050, KOD 40725028 olan dövlət aktına əsasən İsmayıllı rayonu Yeniyol kəndi ünvanında yerləşən 0,2454 hektar, 0,2316 hektar və 0,4269 hektar torpaq sahələrinin mərhuma çatan hissəsindən ibarətdir. İsmayıllı rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 13 dekabr 2022-ci il tarixli 1608 nömrəli məktubunda qeyd edilmişdir ki, 16 noyabr 2014-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 10 gün müddətində dayandırılır. Həmin müddət ərzində işin məhkəmənin icraatında olduğuna dair sübut təqdim edildikdə məhkəmənin yekun qərarına qədər notariat hərəkətlərinin aparılması dayandırılır. Əks təqdirdə digər vərəsələrin müraciət etdiyi zaman vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsi mümkündür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, JN-062F KOD 40725028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 1997-ci il tarixli 33 saylı qərarı ilə İsmayıllı rayonu Yeniyol kəndi ərazisindən 0,14 hektar həyətyanı torpaq sahəsi İddiaçı, X6, Cavabdeh2 və X1 mülkiyyətinə verilmişdir. X6 16 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. 23 iyul 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 16 noyabr 2014-cü il tarixdə ölmüş X4 vərəsələri - İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli 2\538, 2\539, 2\540saylı arayışlara və xx.xx.1998-ci il tarixdə X5 verilmiş seriya nömrəsi JN-0050, KOD 40725028 olan dövlət aktına əsasən İsmayıllı rayonu Yeniyol kəndi ünvanında yerləşən 0,2454 hektar, 0,2316 hektar və 0,4269 hektar torpaq sahələrinin mərhuma çatan hissəsindən ibarətdir. İsmayıllı rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 13 dekabr 2022-ci il tarixli 1608 nömrəli məktubunda qeyd edilmişdir ki, 16 noyabr 2014-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 10 gün müddətində dayandırılır. Həmin müddət ərzində işin məhkəmənin icraatında olduğuna dair sübut təqdim edildikdə məhkəmənin yekun qərarına qədər notariat hərəkətlərinin aparılması dayandırılır. Əks təqdirdə digər vərəsələrin müraciət etdiyi zaman vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsi mümkündür. İddiaçı 16 noyabr 2014-cü il tarixdə vəfat etmiş X2 JN-062F Kod 40725028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,14 hektar həyətyanı torpaq sahəsinin miras qalan 0,0350 hektar hissəsinin miras qoyanın qanun üzrə vərəsələri – İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında faktiki qəbul olunması və bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər miras əmlakın bölünməsinə etiraz etmədiklərini bildirərək iş üzrə qərar qəbul edilməsini xahiş edirlər. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzilistismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarından görünür ki, mərhum Xavər Məlikova 16 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayonu Yeniyol kəndində yerləşən 0,14 hektar torpaq sahəsi mərhum Xavər Məlikovadan miras qalmışdır. Xavər Məlikovanın vərəslərinin dairəsi müəyyən edilmiş və mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras qoyanın vərəsələridir. Məhkəmə hesab edir ki, 16 noyabr 2014-cü il tarixdə vəfat etmiş X2 JN-062F Kod 40725028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,14 hektar həyətyanı torpaq sahəsinin miras qalan 0,0350 hektar hissəsinin miras qoyanın qanun üzrə vərəsələri – İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən faktiki qəbul olunması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddia tələbinin miras əmlakın bölünməsi hissəsinə münasibətdə qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq məhkəmə qərara gəlir ki, hər bir mülkiyyətçinin payı bərabər hissələrə bölünməlidir. Məhkəmə hesab edir ki, 16 noyabr 2014-cü il tarixdə vəfat etmiş X2 JN-062F Kod 40725028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,14 hektar həyətyanı torpaq sahəsinin miras qalan 0,0350 hektar hissə miras qoyanın qanun üzrə vərəsələri – İddiaçı 0,0875 hektar hissə, Cavabdeh1 0,0875 hektar hissə, Cavabdeh2 0,0875 hektar hissə və Cavabdeh3 0,0875 hektar hissə müəyyən edilməklə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 16 noyabr 2014-cü il tarixdə vəfat etmiş X2 JN-062F Kod 40725028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,14 hektar həyətyanı torpaq sahəsinin miras qalan 0,0350 hektar hissəsinin miras qoyanın qanun üzrə vərəsələri – İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən faktiki qəbul olunması faktı müəyyən edilsin. 16 noyabr 2014-cü il tarixdə vəfat etmiş X2 JN-062F Kod 40725028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,14 hektar həyətyanı torpaq sahəsinin miras qalan 0,0350 hektar hissə miras qoyanın qanun üzrə vərəsələri – İddiaçı 0,0875 hektar hissə, Cavabdeh1 0,0875 hektar hissə, Cavabdeh2 0,0875 hektar hissə və Cavabdeh3 0,0875 hektar hissə müəyyən edilməklə bölünsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar